Şuşa Rayon Mərkəzi Xəstəxanasının mebel və inventarla təchiz edilməsi 2,3 milyon manata başa gələcək. İqtisadiyyat.az xəbər verir ki, tibb müəssisəsinin mebel və inventarla təchizatının reallaşdırılması “Fərid-inşaat” firmasına həvalə olunub.
Şirkətlə bağlanılmış müqaviləyə əsasən, xəstəxananın mebel və inventarla təchiz edilməsi 2.341.758,49 manata başa gələcək.
Qeyd edək ki, Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi yaxın vaxtlarda tam başa çatacaq.