"Mən reklam üçün bu gün dalaşıb, sabah barışıb, şou yaradanlardan deyiləm"
Tarix: 1-02-2016, 09:55 |
Çap et
Əməkdar artist Elza Seyidcahan müğənni Xatun Əliyevaya xəbərdarlıq edib.
Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişində Xatuna onu parodiya etməyi qadağa qoyduğunu bildirib:
"Bəribaşdan deyirəm ki, qadağa qoyuram. Məni peşəkar aktyorlar parodiya edə bilər. Hətta bir ara aktyorlara da qadağan etmişdim. Hər kəs öz yerini bilməlidir. Bu sənətdə aktyorluğu bacaranlar çoxdur. Heyif ki, çoxları müğənniliyi bacarmırlar. Amma pula görə bu sənətə gəliblər. Xatunun etdiyi isə parodiya yox, karikaturadır. Ələ salmağa qalsa, elə biabırçı vəziyyətdə edərik ki... Əlimdə sübut da var. Ətrafda parodiya ediləcək adam çoxdur, getsin onlarla məşğul olsun. Mən reklam üçün bu gün dalaşıb, sabah barışıb, şou yaradanlardan deyiləm. Yaltaqlıq edib, kimlərəsə hədiyyələr verənlərdən deyiləm. Hər kəs yerini bilməlidir. Allahdan başqa heç kimdən qorxmuram. Təhqir edən, təhqir olunacaq".
Qeyd edək ki, X.Əliyeva açıqlamasında E.Seyidcahanı parodiya edəcəyini və bunun üçün onun şeirlərini əzbərləməyə başladığını demişdi.
VİDEO BURADA