“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                 

"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Tarix: Bu gün, 06:44 | Çap et
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..."
Paytaxtımızın ev sahibliyi etdiyi qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən böyük tədbiri sayılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) yüksək səviyyədə baş tutdu, uğurla başa çatdı. Fransa kimi şərə xidmət edən ölkələrin təxribat və qarayaxma kampaniyalarına baxmayaraq 100-ə yaxın dövlət, hökumət və parlament rəhbərləri, 70 mindən çox qonaq COP29 tədbirinin əhəmiyyətini və Azərbaycanın yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün Bakıda bir araya gəldilər, bəşəriyyət üçün aktual məsələləri geniş şəkildə müzakirə etdilər, yeni strategiya və qərarlar qəbul etdilər. Bu baxımdan, Prezident İlham Əliyevin "X" platformasındakı hesabında COP29-un nəticələrinə həsr olunmuş paylaşımında qeyd etdiyi kimi COP29 iqlim diplomatiyasında həqiqətən də böyük dönüş nöqtəsidir.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, COP bütün insanlığın gələcək taleyinin həll olunduğu mühüm platformadır. Onun sözlərinə görə, Bakı COP-unda qəbul edilən mühüm qərarlar bu platformanın dünya birliyi üçün nə qədər önəmli olduğunu göstərdi:

“Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün biz mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək: "Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı”. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi sözsüz ki, dövlətimizin gücünün, nüfuzunun və uğurlu diplomatiyasının nəticəsidir. 12-13 gün ərzində bir çox fərqli platformalarda görüşlər təşkil olundu, iqlimlə əlaqədar panellərdə qlobal problemlər və onlardan çıxış yolları müzakirə edildi. COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul olundu, İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Və ən əsası isə, Bakı COP-unda 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) təsdiqləndi. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə əhəmiyyətli dərəcədə kömək edəcək.
Bu mənada BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stillin Azərbaycana iqlim maliyyələşdirilməsi sahəsində çətin hədəfə uğurla nail olduğu üçün təşəkkür etməsi heç də təsadüfi deyil. Saymon Still COP29-un yekun plenar sessiyasında bildirib ki, "bu, çətin yol idi, amma biz müəyyən edilən məqsədə çatdıq. Bu yeni maliyyə hədəfi, hər bir ölkəyə artan iqlim təsirləri şəraitində bəşəriyyət üçün sığorta polisidir. Bu qərar bütün ölkələrə iş yerləri yaratmağa, daha sürətli iqtisadi inkişafı təmin etməyə, hamı üçün daha ucuz və təmiz enerjinin əldə olunmasına kömək etməklə təmiz enerji bumunun artmasına kömək edəcək. Bu, iqlim böhranının ön cəbhəsində olanlar, xüsusən də ən həssas olanlar üçün real müdafiə tədbirlərini maliyyələşdirməyə kömək edəcək. COP29 eləcə də karbon bazarları üzrə qlobal razılaşmaya nail olub, bu sahədə onilliklər boyu davam edən gərgin işin nəticəsində, bir neçə əvvəlki COP-un bunu əldə edə bilmədiyi bir dövrü geridə qoydu.
Belə yüksək nəticələr heç şübhəsiz ki, Fransa kimi bədxahlarımızı qıcıqlandırır. Çünki COP29 başlamazdan öncə Makron Fransasının təşviqi ilə bəzi Qərb KİV-də bu tədbirdə heç bir nəticənin əldə olunmayacağı və tədbirin böyük uğursuzluqla nəticələnəcəyi yönündə iddialar tirajlanırdı. Almaniya XİN başçısının Azərbaycana qarşı isterik ittihamları da təsadüfi deyildi”.

Anti-Azərbaycan qüvvələrin bütün bu gözləntiləri və qərəzli təxminlərinin puç olduğunu vurğulayan politoq deyib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və COP29 Sədrliyinin yüksək təşkilatçılığı COP29-da aparılan müzakirələrin qlobal iqlim dəyişikliyi ilə mübarizədə həqiqətən də ciddi dönüş əldə edilməsində mühüm rol oynadı:
“COP29-un nəticələrini böyük əminliklə tarixi nəticələr kimi dəyərləndirə bilərik. Dövlət başçısı da "X" hesabındakı sözügedən paylaşımında Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi.
COP29-un yüksək səviyyədə baş tutması Azərbaycanın dünyadakı nüfuzunu daha da artırdı. Bakıdakı qlobal İqlim Sammitində iştirak edən ölkələrin liderləri və ekspertləri Azərbaycanın təşkilatçılığını və nəticəyönümlü fəaliyyətini yüksək qiymətləndirir, həlledici qərarların qəbul edilməsində Bakının səylərindən məmnun olduqlarını bildirirlər. Hamı gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi bu tədbirin sonunda yüksək nəticələrin əldə edilməsi üçün gerçəkdən də tam məsuliyyətli və vicdanlı vasitəçi kimi çıxış etdi. Məhz bunun nəticəsidir ki, COP29 qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi, "Bakı dönüşü" kimi iz buraxdı. COP29-un baş tutmasına mane olmağa çalışan, boykot çağırışları edən qüvvələr də bir daha gördülər ki, Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyi bacarır.
Əlbəttə, bundan əvvəlki illərdə də paytaxtımızda bir sıra mühüm beynəlxalq tədbirlər uğurla keçirilmişdi. Lakin bu həcmdə meqa-tədbirə ilk dəfə idi ki, ev sahibliyi edirdik. Bu tədbir ölkəmiz üçün sözün əsl mənasında böyük sınaq idi”.

Ə. Hüseynov hesab edir ki, Azərbaycan bütün dünyaya örnək ola biləcək yüksək təşkilatçılığı ilə öz potensialını, gücünü, liderlik bacarığını nümayiş etdirdi:
“COP29 əvvəlki COP-lardan nəticəyönümlülüyü ilə, səmərəliliyi ilə yadda qaldı. Ev sahibi və sədr ölkə kimi Azərbaycana göstərilən təzyiqlər və Qərbin aparıcı dövlətlərinin iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışmaq cəhdləri isə heç bir nəticə vermədi. Öz sənaye qazları və kimyəvi tullantıları ilə dünyanı zəhərləyən və qlobal iqlim fəlakətlərinə yol açan Qərb ölkələri 300 milyard dollarlıq iqlim maliyyələşməsi üçün öhdəlik götürməyə məcbur oldular. Bakı COP-u inkişaf etmiş sənaye ölkələrini inkişaf etməkdə olan ölkələr qarşısında məsuliyyətlərini dərk etməyə çağırdı. Beləliklə, iqlim dəyişikliklərinə ən çox zərər vuran inkişaf etmiş Qərb ölkələri iqlim maliyyəsinin ödənilməsindən yayınmağa müvəffəq ola bilmədilər. Bu isə COP29-a sədrlik edən tərəf kimi həqiqətən də ölkəmizin ciddi uğurudur. Azərbaycan iqlim lideri kimi öz iradəsini böyük dövlətlərə qəbul etdirməyi bacardı. COP29 ölkəmizin qlobal iqlim siyasətindəki rolunu artırmaqla yanaşı, onu iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı ölkəyə çevirdi. Bakıda keçirilən İqlim Sammiti yüksək həmrəylik və səmərəliliyinə görə ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru