Əsas Səhifə > Şou-biznes > Samir Bağırov hansı Xalq artisti ilə yeni duet oxumağı duşunür?
Samir Bağırov hansı Xalq artisti ilə yeni duet oxumağı duşunür?26-05-2018, 08:21 |
DİA.AZ: - İki illik sükütdan sonra fərqli ifa tərzi və görünüşü ilə seçilən müğənni Samir Bağırov yenidən səhnəyə qayıdıb. DİA.AZ-ın məlumatına görə, ifaçı “Muz Life” verilişində sənətinə qaldığı yerdən davam etdiyini bildirib: “Bir az fasilə oldu. Bəlkə də, belə olmalı idi. Amma əsas odur ki, indi mən buradayam”. O, bu illər ərzində heç də boş oturmadığını, gündəmdən heç vaxt düşməyəcəyini iddia edib: “Hazırda yeni mahnılar üzərində işləyirəm. Tezliklə qulaq asacaqsınız”. Uzun illərdir Xalq Artisti Aygün Kazımova ilə dostluq edən müğənni həmkarı ilə yeni duetə imza atmağı düşünür: “Yeni duet hazırlamağı planlaşdırırıq. Hazırda iki solo mahnı üzərində çalışıram. Amma ondan sonra duet ola bilər”. Geri qayıt |