Samir Bağırov hansı Xalq artisti ilə yeni duet oxumağı duşunür?
Tarix: 26-05-2018, 08:21 |
Çap et
DİA.AZ: - İki illik sükütdan sonra fərqli ifa tərzi və görünüşü ilə seçilən müğənni Samir Bağırov yenidən səhnəyə qayıdıb.
DİA.AZ-ın məlumatına görə, ifaçı “Muz Life” verilişində sənətinə qaldığı yerdən davam etdiyini bildirib:
“Bir az fasilə oldu. Bəlkə də, belə olmalı idi. Amma əsas odur ki, indi mən buradayam”.
O, bu illər ərzində heç də boş oturmadığını, gündəmdən heç vaxt düşməyəcəyini iddia edib:
“Hazırda yeni mahnılar üzərində işləyirəm. Tezliklə qulaq asacaqsınız”.
Uzun illərdir Xalq Artisti Aygün Kazımova ilə dostluq edən müğənni həmkarı ilə yeni duetə imza atmağı düşünür:
“Yeni duet hazırlamağı planlaşdırırıq. Hazırda iki solo mahnı üzərində çalışıram. Amma ondan sonra duet ola bilər”.