Əsas Səhifə > Şou-biznes > "Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur"

"Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur"


3-01-2019, 10:18
"Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur"
DİA.AZ: - Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.

DİA.AZ xəbər verir ki, bu barədə ifaçı özü açıqlama verib.

Sənətçi ailə quracağı insanla toy etməyəcəyini, sadəcə kiçik yığıncaqla, dost-tanışının əhatəsində olmaq istədiyini bildirib.

Mətanət gələcək həyat yoldaşı haqqında bunları söyləyib:

“O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur. Sevilən xanımam”.

Geri qayıt