"Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur"
Tarix: 3-01-2019, 10:18 |
Çap et
DİA.AZ: - Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.
DİA.AZ xəbər verir ki, bu barədə ifaçı özü açıqlama verib.
Sənətçi ailə quracağı insanla toy etməyəcəyini, sadəcə kiçik yığıncaqla, dost-tanışının əhatəsində olmaq istədiyini bildirib.
Mətanət gələcək həyat yoldaşı haqqında bunları söyləyib:
“O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur. Sevilən xanımam”.