Əsas Səhifə > Şou-biznes > Bir klipdə 2 geyim dəyişdi
Bir klipdə 2 geyim dəyişdi21-05-2019, 08:23 |
DİA.AZ: - Müğənni Əhməd Mustafayev yarıdıcılığında növbəti yeniliyi etdi. DİA.AZ xəbər verir ki, ötən günlərdə nostaljiyə köklənən “Dəyərlimsən” klipini yayıma çıxaran ifaçımızın yeni klipi fərqli ampluadadır. Ritmik və yaz əhval-ruhiyyəli klip “Olma dedi” mahnısına çəkilib. Sözləri Əliağa Vahidə, musiqisi Əhmədin özünə, aranjimanı Şakirə məxsus mahnıya Zaur Məmmədli rejissorluq edib. Ekran işi bir gün ərzində reallaşıb. Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda və eyni zamanda Mərəzə ərazisi yaxınlığında baş tutub. Klipdə Əhməd iki geyim dəyişib. Ekran işi Ə.Mustafayevin rəsmi “YouTube” kanalına yerləşdirilib. Geri qayıt |