DİA.AZ: - Müğənni Əhməd Mustafayev yarıdıcılığında növbəti yeniliyi etdi.
DİA.AZ xəbər verir ki, ötən günlərdə nostaljiyə köklənən “Dəyərlimsən” klipini yayıma çıxaran ifaçımızın yeni klipi fərqli ampluadadır. Ritmik və yaz əhval-ruhiyyəli klip “Olma dedi” mahnısına çəkilib. Sözləri Əliağa Vahidə, musiqisi Əhmədin özünə, aranjimanı Şakirə məxsus mahnıya Zaur Məmmədli rejissorluq edib.
Ekran işi bir gün ərzində reallaşıb. Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda və eyni zamanda Mərəzə ərazisi yaxınlığında baş tutub. Klipdə Əhməd iki geyim dəyişib.
Ekran işi Ə.Mustafayevin rəsmi “YouTube” kanalına yerləşdirilib.