Əsas Səhifə > Şou-biznes > Yük maşını üstündə çəkilən klip plagiat çıxdı

Yük maşını üstündə çəkilən klip plagiat çıxdı


19-02-2020, 08:29
Yük maşını üstündə çəkilən klip plagiat çıxdı
Gənc müğənni Çingiz Mustafayevin bir neçə gündür çıxan klipi "Güven bana"nın plagiat olduğu haqda iddialar yayılıb.

DİA.AZ mediatime.az-a istinadən xəbər verir ki, klipdəki görüntü yük maşınının üstündə mahnı ifa etmək "Yeni ulduz" iştirakçısı Aygün Miyakın 2006-cı ildə çəkdirdiyi "Hardasan" klipinə bənzəyir.

Sözügedən mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Klipin rejissoru da Çingizin özüdür.
Xatırladaq ki, Aygün ailə qurduqdan sonra Türkiyədə yaşayır.




Geri qayıt