Gənc müğənni Çingiz Mustafayevin bir neçə gündür çıxan klipi "Güven bana"nın plagiat olduğu haqda iddialar yayılıb.
DİA.AZ mediatime.az-a istinadən xəbər verir ki, klipdəki görüntü yük maşınının üstündə mahnı ifa etmək "Yeni ulduz" iştirakçısı Aygün Miyakın 2006-cı ildə çəkdirdiyi "Hardasan" klipinə bənzəyir.
Sözügedən mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Klipin rejissoru da Çingizin özüdür. Xatırladaq ki, Aygün ailə qurduqdan sonra Türkiyədə yaşayır.