Əsas Səhifə > Şou-biznes > “15 mindən dəm vururdu, indi 100 manata...”
“15 mindən dəm vururdu, indi 100 manata...”16-12-2020, 16:39 |
“Həmişə ayağımı yorğanıma görə uzatmışam. Bəzi sənət adamları kimi yarımmilyonluq kredit götürməmişəm ki, pandemiya vaxtı oturub dərd çəkim. Kasıb adam olmuşam, heç vaxt belə qələt etmərəm”. Bunu Yenicag.az-a açıqlamasında stilist Samiraldo deyib. O, müğənnilərin bostanını daşlayıb: “Nə vacibdir ki, yarımmilyonluq maşın sürəsən, 20 minlik sür, amma sonradan kasıblayanda əziyyət çəkmə. Vaxt vardı, sənət adamlarına deyəndə ki, gəl, toyumda oxu, göylə gedirdilər. 5 minə razı olmur, 15 mindən dəm vururdular. Amma pandemiya hər kəsə dərs oldu. 15 minə toya gedənlər indi 100 manata qaça-qaça gedər. Özü də rayon toylarına. İnsanlara yuxarıdan aşağı baxmaq lazım deyil. Bəlkə birinin yoxudur. İndi də toy, məclis yoxdur, hamısı oturub evdə”. Koronavirusdan qorxduğunu bildirən Samiraldo evdən çıxmadığını deyib: “Nə gizlədim, çox qorxuram. Evdən bayıra çıxmıram. Arada evin yanındakı marketə gedirəm, onda da üz-gözümü bağlayıram ki, virus yoluxmasın. Çox məsuliyyətsiz adamlar var. Xəstədirlər, amma bunu gizlədirlər. Nəticədə də evdən çıxıb hamını yoluxdururlar”. Geri qayıt |