“15 mindən dəm vururdu, indi 100 manata...”
Tarix: 16-12-2020, 16:39 |
Çap et
“Həmişə ayağımı yorğanıma görə uzatmışam. Bəzi sənət adamları kimi yarımmilyonluq kredit götürməmişəm ki, pandemiya vaxtı oturub dərd çəkim. Kasıb adam olmuşam, heç vaxt belə qələt etmərəm”.
Bunu Yenicag.az-a açıqlamasında stilist Samiraldo deyib.
O, müğənnilərin bostanını daşlayıb:
“Nə vacibdir ki, yarımmilyonluq maşın sürəsən, 20 minlik sür, amma sonradan kasıblayanda əziyyət çəkmə. Vaxt vardı, sənət adamlarına deyəndə ki, gəl, toyumda oxu, göylə gedirdilər. 5 minə razı olmur, 15 mindən dəm vururdular. Amma pandemiya hər kəsə dərs oldu. 15 minə toya gedənlər indi 100 manata qaça-qaça gedər. Özü də rayon toylarına. İnsanlara yuxarıdan aşağı baxmaq lazım deyil. Bəlkə birinin yoxudur. İndi də toy, məclis yoxdur, hamısı oturub evdə”.
Koronavirusdan qorxduğunu bildirən Samiraldo evdən çıxmadığını deyib:
“Nə gizlədim, çox qorxuram. Evdən bayıra çıxmıram. Arada evin yanındakı marketə gedirəm, onda da üz-gözümü bağlayıram ki, virus yoluxmasın. Çox məsuliyyətsiz adamlar var. Xəstədirlər, amma bunu gizlədirlər. Nəticədə də evdən çıxıb hamını yoluxdururlar”.