Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                 

MƏKTƏB BUFETLƏRİ ŞAGİRDLƏRƏ TƏHLÜKƏDİR
Tarix: 23-10-2012, 09:28 | Çap et
MƏKTƏB BUFETLƏRİ ŞAGİRDLƏRƏ TƏHLÜKƏDİR
ELM VERƏ BİLMƏDİKLƏRİ KİMİ, YEMƏKLƏRİ DƏ BƏRBADDIR

Ölkə prezidenti orta məktəblərin bufetlərində satılan ərzaq məhsulları ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) xüsusi tapşırıqlar, göstərişlər verib. Bu barədə qəzetimizə açıqlama verən SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, sözügedən göstərişdən sonra komitədə iclas keçirilib:

“İclasda məktəblərə satılan qida rasionunun nələrdən ibarət olması, məktəb bufetlərindəki hazırkı durum müzakirə olunub. Buna uyğun olaraq, orta məktəblərin bufetlərində qidalarla bağlı müvafiq standartlar hazırlanacaq və standartlar hazır olandan sonra tətbiq ediləcək, həmçinin bufetlərə nəzarət gücləndiriləcək”.

Bufetlər ictimaiyyətə qapalıdır

Təəssüflər olsun ki, orta məktəb bufetlərinə jurnalistlərin daxil olmasına, oradan reportaj hazırlamasına qadağa var. Qadağadan yalnız jurnalistlər deyil, QHT rəhbərləri də şikayətçidir. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, yalnız təhsil nazirinin icazəsindən sonra orada monitorinq aparıla bilər: “Nədənsə orta məktəb bufetləri özlərini ictimaiyyətə qapalı müəssisə elan ediblər”.

Xatırladaq ki, hər tədris ilində 3-4 orta məktəbdə kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar KİV-də işıqlandırılır. Amma E.Hüseynov hesab edir ki, bu, yalnız mətbuata sızan məlumatlardır: “Kütləvi zəhərlənmələrdən əlavə, ayrı-ayrı şagirdlərin də bufetlərdən aldığı məhsula görə zəhərlənməsi halları baş verir, amma bu, mətbuatdan gizlədilir”.

Qida zəhərlənmələrinin gizlədilməsinin səbəbi varmış

E.Hüseynov ötən ay ölkə prezidentinə zəhərlənmələr, ölkədə istehlakçı siyasətinin zəif olması ilə bağlı məktub ünvanladığını dedi: “Məktub Nazirlər Kabinetinə göndərilib və İqtisadi İnkişaf Nazirliyində müzakirə edilib. Müraciətimdə Azərbaycanda zəhərlənmələrin qeydiyyatının ümumdünya səviyyəsindən dəfələrlə az göstərildiyini, qeydiyyatın düzgün aparılmadığını, zəhərlənmələrin dinamikasının öyrənilmədiyini və bunun səbəblərini də qeyd edtmişəm”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda qida zəhərlənmələrinin cidd-cəhdlə gizlədilməsinin bir neçə səbəbi var: “Birinci səbəb budur ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, baxmayaraq ki, beynəlxalq təşkilatlar qanun layihəsini hazırlayıb parlamentə təqdim edib. İkinci səbəbə gəlincə, bildiyimiz kimi, bütün mallara Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən gigiyenik sertifikat verilir. Qida zəhərlənməsi olduqda insanlar səhiyyə orqanlarına üz tuturlar. Səhiyyə orqanları da xəstəyə qida zəhərlənməsi diaqnozu qoyduqda, malın adı ortaya çıxır. Ölkədə istehsal edilən və ölkəyə gətirilən bütün malların gigiyenik sertifikatı olmalıdır. Malın adı ortaya çıxanda həmin malın gigiyenik sertifikatı stolun üstünə qoyulmalıdır. Burada maraqlar konflikti var. Eyni orqan həm qida zəhərlənməsini qeyd edir, həm də gigiyenik sertifikat verir. Nə qədər ki, gigiyenik sertifikat verən orqanla Səhiyyə Nazirliyi bir-birindən ayrılmayıb, qida zəhərlənmələri gizlədiləcək. Qida zəhərlənmələri gizlədildiyindən zəhərlənmələr ictimailəşə bilmir və onun səbəbləri araşdırılmır ki, həlli yolları aransın və tədbirlər görülsün”.

E.Hüseynovun fikrincə, zəhərlənmələr gizlədildiyindən orta məktəblərin bufetlərində kütləvi zəhərlənmə halları davam edəcək.

Günah həmişə zəhərlənəndə olur

AİB sədri deyir ki, hər bir ərzaq malı satışa çıxarılmamışdan əvvəl mütləq sınaqdan keçməlidir, çünki uşaqlar ərzağa həssas kiçik istehlakçılardır: “Yaxşı olar ki, gələcəyimizin sağlamlığının keşiyində durmaq üçün müəyyən qruplar yaradılsın. Məsələn, Sabirabad və Hacıqabul rayonlarında 25 məktəbdə gənc istehlakçı klubu yaratmışıq, məktəb bufetlərinə şagird və müəllimlər özləri nəzarət edirlər. Hesab edirəm ki, bu, bütün məktəblərdə olmalıdır, istehlakçı özü vəziyyətə nəzarət etməlidir”.

E.Hüseynov təəssüflə bildirdi ki, indiyədək qidadan zəhərlənənə, yaxud dünyasını dəyişənin yaxınlarına dəyən ziyana görə kompensasiya ödənilməyib: “Günah həmişə nədənsə zəhərlənəndə, öləndə olur. Orta məktəblərdə isə şagirdlərin qidadan zəhərləndiyini sübut etmək daha çətindir. Çünki bufetlərdə çek aparatı olmur. Bu zaman zəhərlənən şagirdin valideynlərinin övladının məhz bufetdən aldığı ərzağa görə zəhərləndiyini sübut etməsi çətinləşir”.

Hansısa sahədə nəsə gizli saxlanılırsa...

Bakıdakı orta məktəblərdəki bufetlərə Təhsil Nazirliyinin nə dərəcədə nəzarət etdiyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. O, bildirdi ki, orta məktəblərdəki bufetlərin Təhsil Nazirliyinə və onların idarəsinə heç bir dəxli yoxdur: “Orta məktəblərdə bufetlərin ərzaqla təminatını “Məktəbli şirkəti” həyata keçirir. Ərzaqların təhlükəsizliyini isə müvafiq dövlət orqanları gerçəkləşdirir. Gigiyena və Epidemologiya Mərkəzi bu işi aparır”.

Gün ərzində “Məktəbli şirkəti” ilə əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Qeyd edək ki, ölkədəki restoranlarda, satış obyektlərində, eyni zamanda orta məktəblərin bufetlərində sanitar-gigiyenik qaydalara nə dərəcədə əməl olunmasına Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzi nəzarət edir. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də istehlakçılara satılan malların keyfiyyətinə və təhlükəsizliyinə məsuldur.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov qəzetimizə açıqlamasında tədris ili başlayandan orta məktəblərin bufetlərində reydlər apardıqlarını dedi. Son bir ay ərzində aparılan reydlərin nəticələrini öyrənmək istəsək də, şöbə müdiri bunun hazırda mümkünsüz olduğunu bildirdi: “Əlimizdəki məlumatları toplayıb sonra KİV-ə məlumat verəcəyik”.

Məlumatın nə vaxt toplanacağına gəlincə, bunun orta məktəblərdə 1-ci rübün sonuna hazır olacağını dedi.

Eyyub Hüseynov isə düşünür ki, hansısa sahədə nəsə gizli saxlanılırsa, deməli, orada problem var: “Burada nə var ki, hər həftə olmasa da, heç olmasa hər ay ictimaiyyətə, valideynlərə, orta məktəblərdəki bufetlərin vəziyyəti barədə məlumat verilməlidir. Bunu bilməyə istehlakçıların haqqı var. Məlumatlar vaxtında verilməlidir ki, valideynlər tədbirli davransınlar. Zəhərlənmələr olandan sonra məlumatın ictimaiyyətə təqdim olunmasının nə xeyiri olacaq?”.

2012-2013-cü tədris ilindən başlanmasından 1 aydan çox vaxt keçsə də, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abas Əliyev bildirdi ki, İİN yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məktəb bufetlərində şagirdlərə təqdim olunan ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nə dərəcədə əməl olunmasını öyrənmək üçün bu günlərdə monitorinqlərə başlayacaq.

Valideynlər nədən şikayətçidir?

Qeyd edək ki, bufetlərdə, cipsi, coca-cola, eyni yağda qızardılmış peraşkilərə şagirdlər tərəfindən daha çox maraq var. Valideynləri də narahat edən məhz budur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bizimlə söhbətində bildirdi ki, orta məktəblərin bufetləri ilə bağlı SMPDK-nın “Qaynar xətt”inə şikayətlər daxil olur. F.Talıblı dedi ki, valideynlər bufetlərdən aldıqları ərzağa görə övladlarının səhhətində fəsadlar yaranmasından, eyni zamanda bufetlərdə uşaq orqanizmi üçün təqdir olunmayan ərzaq məhsullarının satılmasından şikayətlənirlər.

Bufetlərimizdə satılan ərzaqların yaratdığı fəsadlar

Onu da deyək ki, İngiltərədə cipsi satışına qadağa qoyulub. Qadağaya səbəb insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsullarının siyahısında cipsinin birinci yer tutmasıdır. Hazırlanma texnologiyasına görə cipsinin tərkibində çoxlu sayda kanserogen maddələr yaranır ki, bu da xərçəngin yaranmasına səbəb ola bilər. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.

Avropa həkimlərinin apardığı araşdırmaya görə, coca-cola da insan orqanizmi, xüsusilə də azyaşlılar üçün ziyandır. Bir stəkan coca-cola qanda şəkərin yüksəlməsinə, yüksək miqdarda insulin partlamasına səbəb olur, hətta bəzən halsızlıq yaradır.

Bildiyimiz kimi, orta məktəblərin bufetlərində eyni yağda dəfələrlə peraşki qızardılır. Hətta köhnə yağın üzərinə təzəsi əlavə edilməklə bir neçə gün də istifadə olunur. Dünya tibb alimlərinin araşdırmasına görə, belə yağda qızardılan peraşkilər xərçəng xəstəliyini qaçılmaz edir. \ kaspi.az \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Dünən, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Dünən, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Dünən, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Dünən, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Dünən, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Dünən, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Dünən, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Dünən, 16:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru