RƏSUL QULİYEV, LALƏ ŞÖVKƏT VƏ ETİBAR MƏMMƏDOV MİTİNQ QƏRARI VERDİ
Tarix: 24-10-2012, 11:18 |
Çap et
ETİRAZLAR BAŞLAYIR
14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi mitinq keçirməklə bağlı qərar verib.
Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib ki, Azadlıq meydanı daxil olmaqla Bakının 6 mərkəzi meydanından birində mitinq keçirmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəyi başçısına müraciət ediblər. Bildirib ki, mitinq noyabrın 3-dən saat 16-dan 18-ə qədər olmalıdır.
Ə.Temirxanın sözlərinə görə, Məşvərət Məclisinin keçirəcəyi mitinqin əsas şüarları bunlardır:
"Rədd olsun korrupsiya və rüşvətxorluq!", "Məmur talançılığına yox!", "Məmur özbaşınalığına son qoyulsun!", "8 saatlıq real iş günü təmin edilsin!”, "İşçilərlə əmək müqaviləsi bağlansın!", "Şəhid ailələrinin, əlillərin,müəllimlərin sosial güzəştləri bərpa olunsun!", "Qanunsuz ev söküntülərinə son qoyulsun!", "Seçki korrupsiyasına yox!", "Azad və ədalətli seçkilər keçirilsin!".
ALP sədri həmçinin bildirib ki, artıq DQMM-də mitinqlə bağlı Təşkilat Komitəsi yaradılıb.