HAKİMİYYƏTİN MONOLİTLİYİ ŞÜBHƏ ALTINA DÜŞÜB
Tarix: 4-11-2012, 11:54 | Çap et
OLİQARXLARIN TƏŞKİLATI MÜSTƏVİSİ İÇ DÖYÜŞLƏRİN MEYDANIDIR
DİA.AZ: - Rusiyanın baş kəndində yaranan və cəmiyyət arasında «Oliqarxların təşkilatı» kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına ilk gündən münasibət birmənalı olmadı. Əslində bu hadisəni əksər ekspertlər haqlı olaraq Azərbaycan hakimiyyəti daxilindəki gərginliyin və ikitirəliyin təzahürü kimi qəbul etdilər. Bu, həqiqətən də belədir və son günlər cərəyan edən olaylar, danışan tərəflərin mövqelərindəki açıq ittihamlar da dediklərimizin sübutu kimi qəbul oluna bilər.
Bildirək ki, ÜATİ-nin fəaliyyətində xüsusi fəallıq nümayiş etdirən «Azrros»un prezidenti Söyün Sadıqov bir neçə gün əvvəlki müsahibəsində çox ciddi məqamlardan danışmaqla yanaşı, «Oliqarxların təşkilatı»nın əslində rəsmi Bakının xeyir-duası ilə ortaya çıxdığını da bəyan edib. Amma sonrakı münasibətlər də təsdiqləyir ki, burada kimin kimi «Rəsmi Bakı» kimi qəbul etməsi xüsusi önəm daşıyır. Artıq hakimiyyət içində vahid komandanlığın şübhə altına düşməsi hər kəsin öz «Rəsmi Bakı»sının olduğunu ortaya çıxarıb.
Söyün Sadıqov müsahibəsində konkret adlar çəkir və bildirir ki, onlar Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə yeni təşkilat yaranmamışdan öncə görüşüb, məsləhətləşiblər və onun xeyir-duasını alıblar. Kimdir Zeynal Nağdəliyev? Hər halda, bu sualın cavabını tampaq çox asandır. Prezidentin yeni komandasının üzvü kimi təqdim olunan Zeynal Nağdəliyevin adı uzun müddətdir ki, yerli mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı fəaliyyətdə olan hakimiyyətiçi qruplaşmanın ən fəal üzvü kimi təqdim olunmaqdadır. Onunla bərabər bu cinahda Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun yaxın qohumu, Prezident Administrasiyasının digər şöbə müdiri Əli Əsədovuni da qərarlaşdığı məlumdur.
Deməli, Söyün Sadıqovun xeyir-dua aldığı «Rəsmi Bakı» əslində hakimiyyətin antimehdiyevçi qanadıdır. Söyün Sadıqov bildirir ki, hətta ilk başdan Diasporalarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovu da məlumatlandırıblar və onun da «dobro»sunu alıblar. Amma sonradan aydın olduğu kimi, Nazim İbrahimov ÜATİ-nin əleyhinə ilk bəyanat verən tərəf kimi diqqətə gəldi. Bunun ardından isə ÜATİ-yə qarşı Ramiz Mehdiyevin kurasiyasında olan qruplar - başda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov olmaqla bir neçə şəxs də hərəkətə keçdi.
Əli Həsənov günü bu gün də ÜATİ-yə qarşı əks cinahın ən ağır artileriyası kimi diqqətə gəlir və onun rupor kimi istifadə etdiyi ANS kanalına verdiyi sonuncu açıqlamasında isə PA-nın şöbə müdiri ÜATİ-nin yaradıcılarına qarşı, yəni həm də aralarında prezident İlham Əliyevin qudası, tanınmış iş adamı Araz Ağalarovun da dayandığı heyətə qarşı çox ağır ittihamlar işlədib və hətta az qala onları dövlətə qarşı xəyanətdə də ittiham edib. «Onlar Azərbaycan dövlətinin müstəqil siyasətinə manne olan rıçaqların əlində alətə çevrilməməlidirlər» məsləhətilə Əli Həsənov həm də onları Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsinə manne olan qüvvələrin əlində alət olmaqda ittiham edir.
Bildirək ki, Söyün Sadıqov da əks cinah təmsilçilərinəi qarşı çox sərt ifadələr işlədib. Yəni artıq tərəflər söyüş və ittiham mərhələsindədirlər. Bütün bunları hakimiyyətiçi münasibətlərin gərildiyi, əsəblərin tarıma çəkildiyi nöqtə kimi xarakterizə edən hökumət içindəki mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, əslində proseslər bundan sonra daha da şiddətli olaylar məcrasına yön alacaq.
Mənbəmizin söylədikləri: «Kim qalib gələcək? Aydın deyil. Çünki tərəflər özlərini kifayət qədər əmin hiss edirlər. Doğrudur, bu gün oliqarxların təşkilatına qarşı rəsmi Bakının hücum təəssüratı var, amma ÜATİ-yə dəstək verən hakimiyyətiçi cinahın susması fonunda belə bir təəssürat yaranıb».
Mənbəmiz bildirir ki, əgər ÜATİ ideyasını dəstəkləyən qüvvələr həlledici qələbəni əldə edən tərəfə çevrilsələr, o zaman bir çoxları, başda Ramiz Mehdiyev olmaqla öz postlarını itirmək zorunda qalacaqlar: «Ramiz Mehdiyev, Nazim İbrahimov və Əli Həsənov - bu üçlük ilk «vurulan» tərəf olacaq».
Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, artıq deyilənlərin baş verməsi istiqamətində ciddi hərəkətlənmə var: «Qarşı tərəf danışmır, iş görür. Hər zaman danışan tərəf üçün danışmaq yeganə silah kimi görünüb. Proseslər isə davam edir və 2013-cü il prezident seçkilərinə qədər məsələ bitməlidir. Əks halda, hakimiyyətin monolitliyi darmadağın olmuş olacaq və bu şəkildə hansısa qüvvənin hətta bələdiyyə seçkilərində belə qalib gəlməsi mümkün deyil».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|