Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                     KAPİTAL BANK müştərinin başına OYUN AÇDI .....                     Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... .....                     Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır .....                     Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                 

İFLASA UĞRAYAN "ÇAXIR SİYASƏTİ"
Tarix: 8-11-2012, 10:24 | Çap et
İFLASA UĞRAYAN "ÇAXIR SİYASƏTİ"
KTN NƏDƏN ÇAXIRIMIZIN AXIRINA ÇIXDI?

Statistikaya inansaq, hər il Azərbaycanda 500 min dekalitrdən çox şərab, yəni istehsal olunan şərabın 70%-dən çoxu satılmamış qalır. Məsələn, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə respublikada 693 min dekalitr əmtəəlik, yəni satış üçün şərab istehsal edilib. Ölkə daxilində istehlak edilən və ya xaricə göndərilən şərab məhsullarının həcmi isə bundan xeyli aşağı olub: Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Azərbaycanda yaşı 15-dən yuxarılar arasında adambaşına çaxır istehlakı ildə cəmi 0,03 litrə bərabərdir. Yəni DST də bizdə ənənvi olaraq arağa üstünlük verildiyini və bu hesabla, ölkənin yaşı 15-dən yuxarı olan 7 milyon vətəndaşının toplam şərab istehlakı 21 min dekalitrdən artıq olmadığını deyir. Ölkənin şərab ixracı üzrə göstəriciləri də elə böyük deyil, ənənəvi olaraq Azərbaycan şərab məhsullarını MDB-nin üç slavyan ölkəsində satır - 2011-ci ildə Rusiyaya təxminən 150 min dekalitr şərab və üzüm çaxırının distilləsindən alınan digər məhsullar göndərilib. 2011-ci ildə Belarusa Azərbaycandan 4 min dekalitr, Ukraynaya isə 14 min dekalitrə qədər şərab və digər şərab məhsulları yola salınıb. Yəni istehlakla ixracat birlikdə 190 min dekalitri keçmir.

O biri tərəfdən isə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı (BİŞT) bu il şərab bazarının ciddi böhran yaşadığını vurğulayır. BİŞT baş direktoru Federiko Kastelluççi bunu ilk növbədə Fransa və İtaliyada havaların pis keçməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, 2012-ci ildi qlobal səviyyədə alkoqollu içkilər istehsalı 6,1 faiz azalaraq 1975-ci il səviyyəsinə düşəcək: “Gözlənilir ki, ilin sonuna kimi dünya üzrə çəkiləcək şərabın həcmi 243,5 milyon hektolitrdən 252,9 milliona hektolitrə qədər dəyişəcək. Bu son 37 il üzrə ən aşağı göstəricidir”,- deyə Kastelluççi vurğulayıb.

Xatırladaq ki, 2011-ci ildə dünya üzrə şərab istehsalı 264,2 milyon hektolitr olub. Beləliklə, dünya üzrə şərab istehsalı təxminən 12 milyon hektolitr, yəni 120 milyon dekalitr az olacaq. Bu da Fransa, İtaliya və İspaniya kimi iri şərabçılıq ölkələrində şərabın topdansatış qiymətlərini 20 faizə qədər qaldırıb. Beləliklə, Azərbaycan yaranmış bu fürsətdən yararlanaraq, nisbətən ucuz qiymətlərlə son bir neçə ildə yığılmış milyonlarla dekalitr şərab məhsullarını bəzi yeni bazarlara yeridə bilər. Bu, ən azından nəzəri cəhətdən belə görünür.

Ancaq Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təmsilçiləri ilə söhbət zamanı praktikada bunu həyata keçirməyin çox çətin olduğu anlaşılır. KTN bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev dünya bazarında heç bir qıtlığın olmayacağını bildiririr: “Bunlar hamısı boş söhbətlərdir, əsas məqsəd əllərində yığılmış qalığı satmaqdır. İtaliya, İspaniya və Fransa hər il on milyonlarla dekalitr artıq şərab istehsal edir və satmağa yer tapmır. Onlar qalıq şərabı on il satsalar da bitməz. Yer axtarırlar şərab satmağa - Afrikadan belə bazarları öyrənirlər”.

KTN təmsilçisinin bu sözlərini qərb bazarlarınada son 8 ildə baş verən proseslər də təsdiqləyir. Məsələ bundadır ki, 2004-2010-cu illər arasında dünya şərabçılıq sənayesi təklif artıqlığı ilə mübarizə aparıb. Bu, 2004-ci ildən başlayaraq, ardıcıl bir neçə il bol məhsul yığılması, həmçinin 2008-ci ildən sonra dünya böhranı səbəbindən şərab istehlakının azalması ilə bağlıdır. Yəni əgər 2001-2003-cü illər üzrə dünyadakı şərab istehsalının orta toplam göstəricisi 2658 milyon dektalitr olubsa, 2004-cü ildə bu, 3019 milyon dektalitrə qalxıb, yəni bir ildə şərab istehsalı 361 milyon dekalitr artıb. 2005-ci ildə isə 2862 milyon dekalitr şərab istehsal edilib ki, bu da əvvəlki illərin orta göstəricisindən 204 milyon dekalitr artıq deməkdir. Yəni təkcə iki il ərzində 565 milyon dekalitr qalıq şərab toplanıb. Beləliklə, sırf bazar konyukturasına görə, Azərbaycan şərabının Avropa bazarlarına girməsi çətindir.

Bir çox ekspertlər Azərbaycan üçün ən əlverşili bazar olaraq Rusiyanı görürlər və bunlar əsasən sovet keçmişində bu müttəfiq respublikaya göndərilən çaxır vaqonlarının xatirəsini unutmayıblar. Həmin illərdə Azərbaycan SSRİ-nin ən iri şərabçılıq respublikalarından birin çevrilmişdi. Qorbaçovun “quru qanunu” ilə bağlı Azərbaycanda üzümlüklərin qırılmasından azacıq əvvəl 1984-cü ildə respublikada 2,1 mln. ton üzüm yığılmışdı və həmin illərdə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab, 1,4 mln dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. Azərbaycanın toplam gücü 1,8 milyon ton olan 181 şərab zavodu əsasən Rusiya bazarı üçün işləyirdi.

1985-ci ildə Rusiyanın şərab qablaşırma zavodlarının toplam gücü 120 milyon dekalitr idi ki, bunun 45-50 milyon dekalitri məhz Moldova, Azərbaycan və Orta Asiyanın hesabına təmin edilirdi. Azərbaycan çaxır materialı əsasən Ural, Uzaq Şərq, Sibir, Volqa boyu və Şimal iqtisadi zonalarında yerləşən şərabqablaşdırma zavaodlarına aparılırdı. Amma SSRİ dağıldıqdan sonra Rusiyanın şərab bazarının həcmi sürətlə aşağı düşməyə başladı. Moskva nəqliyyat xərclərinin bahalı olmasını irəli sürərək Sibir, Ural və Uzaq Şərqdə yerləşən şərab zavodlarına çaxır materialı almadı və beləliklə, bu ölkənin şərab zavodlarının 70%-i boşdayanmadan sıradan çıxdı. Aparılan siyasət nəticəsində Rusiya vətəndaşlarının şərab istehlakı da aşağı düşdü və hazırda orta hesabla adamdaşına 4 litrdən çox deyil. Müqayisə üçün deyək ki, bu, Fransanın göstəricisindən 20 dəfə aşağıdır - aparılan güclü təbliğat nəticəsində ruslar indi daha çox pivəyə və arağa üstünlük verirlər. Hazırda Rusiyanın şərab bazarının ümumi həcmi 50 milyon dekalitrdən çox deyil, yəni SSRİ dövrü ilə müqayisədə 2,4 dəfə azalma var.

Buna paralel olaraq, Moskva MDB-nin digər respublikalarından idxal edilən şərab məhsullarını da azaltmağa başlayıb. Məsələn, 1997-ci ildə Rusiya MDB respublikalarından 34,5 milyon dekalitr şərab idxal edibsə, 1999-cu ildə bu, 14,3 milyon dekalitrə, 2000-ci ildə isə 10,7 milyon dekalitrə düşüb. Hazırda Rusiya daxili bazarı əsasən öz şərab məhsulları ilə təmin etməyə çalışır və Azərbaycan bu bazarda 0,5%-dan da az paya malikdir.

Elə bu səbəbdəndir ki, Sabir Vəliyev Azərbaycanın şərabçılıq sektoru üçün perspektivli MDB bazarları kimi Belarusun və Ukraynanın olduğunu vurğulayır. Və KTN təmsilçisi dediklərində haqlıdır. Ukraynanın şərab bazarının indiki durumunu analiz etdikdə Azərbacana ənənəvi olaraq dostluq nümayiş etdirən bu ölkədə böyük satış potensialının olduğunu görmək mümkündür. Məsələ bundadır ki, 2008-ci ildə baş vermiş dünya böhranı bu ölkədə şərab istehlakını iki dəfəyə qədər salıb.

Ukrayna Üzümçüləri və Şərabçıları Assosasiyasının direktoru Sergey Mixaleçkonun sözlərinə görə, böhrandan əvvəl Ukraynada adambaşına 6-6,5 litr şərab istehlak edilirdisə, hazırda bu rəqəm 3 litrə düşüb. “Şərab həmişə ölkə əhalisinin maliyyə durumunun göstəricisi olub” deyən Mixaleçko dolayısı ilə bu ölkədə iqtisadi durum düzəldikcə şərab bazarının daha 15 milyon dekalitr artacağını bildirir. Eyni özləri böhrandan əvvəl adambaşına şərab istehlakı 21 litr olan Belarus barədə də demək olar. Bu ölkədə də böhran nəticəsində şərab istehlakı bir neçə milyon dekalitr azalıb. Yəni Azərbaycanın ənənəvi dostu olan hər iki slavyan ölkəsində bazar tələbatı getdikcə artmaqdadır və Azərbaycanın şərab zavodları bundan yararlanaraq satış arealını genişləndirə bilər.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) aqrar islahatlar üzrə eksperti Vahid Məhərrəmov isə Azərbaycanın şərab zavodlarının satış bazarı kimi yalnız MDB ölkələri ilə kifayətlənməsini doğru saymır: “Gürcüstanın yolu ilə gedə bilərlər, bir neçə il əvvəl Rusiya Gürcüstanın şərab istehsalçılarını öz bazarından çıxardı və onlar Avropa bazarlarına üz tutmalı oldular. Almaniyadan xüsusi mütəxəssislər gətirdilər və öz məhsullarını Avropa bazarlarının standartlarına uyğunlaşdırdılar. Bunu bizimkilər də etməlidir”.

Vahid Məhərrəmov Azərbaycanda üzümçülük və şərabçılıq üzrə təkcə mütəxəssislərin deyil, ixtisaslı fəhlə kadrlarının da hazırlanmasının vacibliyini vurğulayır: “İspaniya, Fransa və İtaliya ona görə ucuz və keyfiyyətli məhsul istehsal edir ki, onların kadrları var, artıq üzümü becərməyə və yığmağa başlayandan texnologiyaya əməl edirlər”.

İTM təmsilçisi Azərbaycan üzümçülərinin diqqət yetirməli əsas istiqamətlərdən birinin də daxili bazar olduğunu vurğulayır. Onun sözlərinə görə, adambaşına hər il normativə görə, 12 kiloqram üzüm istehlak edilməlidir: “Buraya şərabdan tutmuş, üzüm şirəsinə, bəhməzə, kişmişə, mürəbbələrə qədər çox məhsul daxildir. Bunu nəzərə aldıqda, indi istehsal edilən 120 min ton üzüm yalnız daxili bazar üçün yetərli olar. Yəni üzümçülük müəssisələri alkoqolsuz məhsulların da istehsalını artırmalıdırlar”.

Qeyd edək ki, bu məsələdə mentalitetcə bizə yaxın olan Türkiyənin təcrübəsi xüsusilə maraqlıdır, qardaş ölkədə adambaşına ildə 33,6 kiloqram üzüm istehlak edilir və bunun çoxu alkoqolsuz məhsullardır. Yəni Azərbaycan məişətində də üzüm Türkiyə səviyyəsində istifadə edilsə, daxili bazarın həcmi 300 min tonu keçər və üzüm istehsalında sovet illərinin səviyyəsinə müəyyən qədər yaxınlaşma mümkün olar ki, bu da üzümçülük və şərabçılıq müəssisələrindən xüsusi maketinq siyasəti tələb edir.
Türkiyənin üzümçülük sektorunda üzümün il boyu təzə meyvə kimi istehlakı ağırlıq təşkil edir və bu ölkədən Avstraliya, Almaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Niderland kimi ölkələrə təzə üzüm ixrac edilir. Yəni Azərbaycanda da iri üzüm anbarları tikilə bilər və ölkə iş adamları üçün ənənəvi satış bazarı olan MDB ölkələrini il boyu təzə üzümlə təmin etmək olar. Halbuki, Azərbaycan bazarında belə, mövsümdən kənar dövrlərdə satılan üzüm əsasən Türkiyə və İrandan gətirilmiş olur. \ ans \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru