HAKİMİYYƏTİN ŞOK “ZƏHƏRLƏNMƏ PLANI”
Tarix: 12-11-2012, 10:43 | Çap et
“ELÇİBƏYİN ZƏHƏRLƏNMƏSİ” İSTİNTAQININ TƏFƏRRÜATISiyasətdə gözlənilməz hadisə yoxdur. Eks-prezident Əbülfəz Elçibəyin ölümüylə bağlı istintaq işinin başlanması bu deyimi bir daha təsdiq etdi. Xüsusilə də bu işin keçmiş prezidentin ailə üzvlərindən və ya silahdaşlarından birinin deyil, onun dövründə vəzifədə olmuş, sonradan isə onunla isti münasibətləri ilə diqqəti çəkməyən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə açılması qəribə göründü. Ən maraqlısı isə odur ki, Hafiz Hacıyevin Baş Prokurorluğa müraciətindən cəmi bir ay keçməmiş bu barədə cinayət işi açılaraq, istintaq başlayıb. Düzdür, cinayət işinin açılması barədə xəbər mediaya bir qədər gec sızmışdı, amma əlimizdə olan məlumata görə, bu cinayət işi iyulun sonlarında, yəni müraciətdən bir neçə həftə sonra başlayıb. Modern.az Azərbaycan ictimaiyyəti üçün maraqlı hadisələrdən olan bu işin istintaqı ilə bağlı özəl məlumatlar əldə edib.
İstintaqa Bakı şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov rəhbərlik edir. V.Süleymanov indiyədək bu cür siyasi çalarlı işlərlə məşğul olmamış bir müstəntiqdir. Digər tərəfdən o uzun müddət Rusiyada yaşayıb işlədiyi üçün Azərbaycanın siyasi mühitindən o qədər də xəbərdar deyil. Belə olan halda əldə kiçicik belə ipucu olmayan və iştimaiyyətin, o cümlədən siyasi dairələrin də diqqətdə caxlayacağı səsli-küylü bir cinayət işinin ona tapşırılması qəribə görünür. Bununla belə, əldə etdiyimiz məlumata görə, Vaqif Süleymanov istintaqa çox ciddi yanaşır. Məsələ ilə bağlı ən xırda detalları belə, öyrənməyə çalışır.
İnsaf naminə qeyd etmək lazımdır ki, Elçibəyin zəhərlənməsi kimi heç bir sübut və dəlili olmayan bir cinayət işinin araşdırılması qaranlıq otaqda pişik axtarmaq kimi bir şeydir. O otaqda pişiyin olub-olmadığı isə, necə deyərlər, böyük sual altındadır. Belə olan halda müstəntiq çox haqlı olaraq bu məsələdə mətbuatın köməyindən yararlanıb. Bunun üçün hələ 10 il əvvəl, Əbülfəz Elçibəyin ölümündən cəmi bir il sonra Vüsalə Mahirqızının rəhbərlik etdiyi “Xalq Cəbhəsi” qəzetində dərc edilmiş araşdırma yazı istintaq üçün cığır rolunu oynayıb. Qeyd edək ki, həmin araşdırmada bir neçə adam Əbülfəz Elçibəyin zəhərlənmə ehtimalından danışmışdı.
Beləliklə, istintaqa şahid qismində ilk ifadə verənlərdən biri də məhz yazının müəllifi Qızılgül Abdinova olub. Q.Abdinova bir neçə saatlıq dindirilmə prosesində istintaqa ifadə verərək, araşdırma zamanı əldə etdiyi məlumatların hamısını yazıda qeyd etdiyini, bundan başqa bir şey bilmədiyini deyib.
Bundan sonra istintaqa Əbülfəz Elçibəyin yaxın dostu Adil Minbaşı ifadə verib. A.Minbaşı Əbülfəz Elçibəyin zəhərlənməsindən şübhələrinin olduğu barədə fikirlərini istintaqa da bildirib. Daha sonra Əbülfəz bəyin köməkçisi Əli Mürsəloğludan ifadə alınıb. Ə. Mürsəloğlu birmənalı şəkildə zəhərlənmə versiyasını rədd edib.
İstintaqa daha bir jurnalist – “Gündəlik Bakı” qəzetinin redaktoru Əli Həziquliyev də çağrılıb. Ə.Həziquliyev isə özündən əvvəl istintaqa ifadə verənlərdən çox-çox ötkəm danışaraq, Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyinə inandığını deyib. O bildirib ki, buna cox ciddi əsaslar olub. Və 1999-cu ildə AXCP-də hər bir kəsin Əli Kərimlinin Elçibəyə nifrət etdiyini açıq bildiyini, Ə.Kərimlinin partiyaya sədr olması ehtirası ilə alışıb-yandığını və nəhayət, həmin günlərdə - Elçibəy xəstələnib işdən qaldığı ilk günlərdə - “Bəy zəhərlənib” deyə bir xəbərin yayıldığını xatırladıb.
Bu versiyaları istintaqa daha qəti şəkildə açıqlayanlardan biri də bayraqdar Elman Türkoğlu olub. E.Türkoğlu Əli Həziquliyevin də qeyd etdiyi zəhərlənmə olayının tarixini bir qədər də dəqiqləşdirib. Onun dediyinə görə, bu tarix Əli Kərimlinin öz evində keçirdiyi ad günündən bir gün sonraya, daha dəqiq desək, həmin günə təsadüf edir. Ə.Kərimlinin ad günü aprelin 28-i olub. Həmin ad gününə qatılacaq qədər ayaqda olan Əbülfəz bəy səhhətində yaranan problemlər səbəbindən aprelin 29-da keçirilən mitinqə gələ bilməyib. Türkoğlu bildirib ki, bu, zəhərlənmə məsələsini təsdiq edən ciddi fakt sayıla bilər.
Bundan sonra istintaqa ifadə verənlərdən Almurad Əliyev zəhərlənmə versiyanı qətiyyətlə rədd etsə də, onun da Əbülfəz bəyin də yaxın qohumu olan Mərdan Əliyev əks mövqe tutaraq, Adil Minbaşı kimi, zəhərlənmə ehtimalına inandığını deyib.
Yeri gəlmişkən, bu arada Hafiz Hacıyev də istintaqa kömək məqsədilə Türkiyəyə səfər edərək, orada əvvəlcə qeyri-rəsmi surətdə Elçibəyin zəhərlənmə ehtimalını araşdırıb. Onu da deyək ki, Türkiyədə bu təşəbbüsə isti yanaşılmayıb və Hafiz Haçıyev demək olar ki, oradan əliboş qayıdıb.
Yeri gəlmişkən, istintaqın başlamasının ikinci ayında daha bir mətbuat nümayəndəsi də istintaqa dəvət olunub. Əldə etdiyimiz məlumata görə, həmin adam APA-nın baş direktoru Vüsalə Mahirqızıdır. Amma V.Mahirqızı bu cinayət işi ilə bağlı deyəcəyi bir şey olmadığını bildirərək, prokurorluğa getməyib.
Son günlərdə isə istintaqa Mirmahmud Mirəlioğlu dəvət olunub. M.Mirəlioğlu da bəzi qəzetlərin yazdığının əksinə olaraq, hec bir zəhərlənmədən söhbət gedə bilməyəcəyini deyib. Maraqlı olan daha bir məqam isə odur ki, ifadə verənlərin dediyinə görə, müstəntiq hər bir detala qədər maraqlanır, suallar verir. Məsələn, dindirilənlərdən ilk öncə Hafiz Hacıyevin Əbülfəz bəylə nə dərəcədə yaxın olması, belə bir vəsiyyətin ona edilməsinin nə dərəcədə inandırıcı olması kimi məsələlər soruşulur. Eyni zamanda, istintaqa dair suallardan əlavə müstəntiq Əli Kərimlinin Elçibəylə münasibətlərinin belə bir dəhşətli cinayətə səbəb ola biləcək qədər kəskin olması barədə də onların fikirlərini öyrənir. Nəhayət, bütün bu məlumatları bizimlə bölüşən mənbə fikirlərinə belə sonluq verir: “Beləliklə, hazırda Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləyə bilməsi ehtimalının ssenarisi nəzəri çəhətdən istintaqın əlindədir. Bu ssenaridəki hadisələr bir-biri ilə uzlaşdırılıb, tutuşdurulub, kimin hansı addımı nə vaxt, niyə atdığı qeyd olunmaqla ardıçıllıq əldə olunub. Onu da deyim ki, bu “ehtimal ssenarisi”ndə aktyorların sayı teleseriallardakılardan belə, çoxdur. Əlbəttə ki, istintaq ancaq Əbülfəz bəylə təmasda olan beş-on nəfəri dindirməklə yekunlaşmayıb. Bununçün Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edilib və o dövrdə baş verən bəzi olaylara aydınlıq gətirilib. O cümlədən də ölkələr arası münasibətlərlə bağlı bəzi faktlar barədə istintaq məlumatlandırılıb. Əgər Əbülfəz bəyin zəhərlənməsi təsdiq olunsa, çox maskalar yırtılacaq. Kimlərin Bəyə həqiqi yandığı, kimlərin yalandan canfəşanlıq etdiyi, əslində isə əqidəsini pula satdığı qəflətən şok effektilə cəmiyyətə bəlli olacaq”. Lakin biz bu ssenarinin yalnız nəzəri çəhətdən təsdiq olunduğunun fərqindəyik. Bu nəzəriyyəni isbat üçün isə hazırda istintaqın bircə yolu var: Əbülfəz Elçibəyin qəbrinin eksqumasiya olunması. Çünki, hadisələrin üstündə illər keçməsi başqa vasitələrlə cinayətin təsdiq olunmasını imkansız edir. Eksqumasiya olacaqmı, olmayacaqmı...?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|