GƏNCƏNİN TARİXİ ARAŞDIRILIR
Tarix: 11-11-2011, 15:42 |
Çap et
ARTIQ BU ŞƏHƏRDƏKİ TARİXİ ABİDƏLƏR SİYAHIYA ALINIR
Ölkə prezidentinin sərəncamı ilə Gəncədə tarixi abidələrin qeydiyyata alınması prossesinə başlanılıb. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən komissiya yaradılıb.
Eyni zamanda Gəncə Regional Elmi Mərkəzdə qərargahda fəaliyyət başlayıb. Əsas məqsəd vətəndaşların köməyindən istifadə edərək hələ də üzə çıxmayan tarixi abidələri və qədim əşyaları tapmaq və şəhərin tarixini dəqiq yaşını müəyyənləşdirməkdən ibarətdir.
Gəncə şəhər Regional Elmi Mərkəzin şöbə müdiri Samir Pişnamazzadənin verdiyi məlumata görə, bu istiqamətdə tərtib edilən siyahı günbəgün artmaqdadır. Başqa sözlə desək aparılan araşdırmalar nəticəsində bu günə kimi tarixi açılmayan qədim binalar, yaşayış yerləri məişətdə istifadə olunan ərazilər aşkar edilib.
Tarixçilərini fikirincə Gəncə şəhərində bəzi evlərdə elə əşyalar var ki, onunla Gəncənin tarixinin daha dəqiq öyrənilməsi mümkün ola bilər. Hələ ki, vətəndaşlar alimlərlə istənilən səviyyədə çalışa bilmir. Başqa sözlə desək elm xadimləri prossessin gedişində əhali təbəqəsinin biganə münasibəti və maarifsiz olmağından narazıdır.
Bildirək ki, abidələrin tam qeydiyyata alınmasından sonra Gəncənin keçmişinin öyrənilməsi xüsusi ilə asanlaşacaq. Bundan əlavə şəhərin tarixi abidələrinin dəqiq sayı da müəyyənləşəcək. Nəhayət, ən önəmlisi, dövlət tərəfindən bu abidələrin restavrasiyası gündəmə gələcək ki, bu da milli keçmişimizin qorunmasında önəmli rol oynayacaq.