Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Dünya Azərbaycana yığışıb ki, iqlim dəyişmələrini müzakirə etsin. Demək olar ki, COP29 konfransı çərçivəsində masaya bütün ekoloji mövzular qoyulmaqdadır. Sabah bu böyük tədbirlər yekunlaşır, lakin Azərbaycan özünün problemləri ilə baş-başa qalmaqdadır. Elə onlardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılara yaratdığı problemlərdir. Özün konfransda iqlim dəyişkənliyindən danış, amma balıqçılara gələndə onların çörək təknəsini əlindən al... Bəli, yanılmırıq, COP29 prezidenti Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Nə qədər paradoksal mənzərə olsa da, hamıda sual doğurur - COP29 prezidenti olan nazirin balıqçılara etdiyi zülmdən konfrans iştirakçılarının xəbəri varmı? Söhbət Pirallahı rayonunda balıq ovuna qoyulan məhdudiyyətlər, sərt addımlardır. Qaydalar sərtləşdikcə isə rüşvət ayaq açır, balıq kimi üzür... Balıqçılar özləri belə deyirlər. Məlumdur ki, sentyabrın 1-dən aprelin 1-dək balıq ovuna icazə var. Amma qayığı ilə balığa gedənlərə deyilir ki, 2 mildən dərinə getmək olmaz. Bu da absurd qadağadır. Çünki bu mövsümdə balıq dənizin dərinliyində olur. Balıqçıların Azadlıq radiosuna dediyinə görə, 2 mildən balıq tutmaq mümkün deyil, qayıq özü yerə dəyir. Bu narazılıq o həddə çatıb ki, bu ilin avqustunda Rövşən Əliyev adlı balıqçı canı boğazına yığılaraq intihara əl atıb. Üzərinə benzin tökərək özünü yandıran Rövşən Əliyev yalnız oktyabrda xəstəxanadan yarımcan vəziyyətdə evə buraxılıb. Balıqçıların sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlara zülm edir və çörək yerindən məhrum edib. Bu azmış kimi, balıqçılar danışırlar ki, ağızlarını açıb danışa bilmirlər, dərhal həbslə təhdid olunurlar. Ən dəhşətlisi odur ki, kimisinə 7600 manat cərimə gəlib, kimisinin cərimə ilə yanaşı qayğının müsadirə edilməsinə qərar verilib. Şikayətçi olan sakin də deyir ki, məhkəmənin cərimə qərarını bir kənara qoyaq, nazirlik hansı haqla qayığın müsadirəsinə əl ata bilər? Onu ki dövlət qurumu balıqçıya verməyib, öz pulu ilə alıb. Hətta hazırda hərbi xidmətdə olan bir gəncə 1700 manat cərimə kəsilib. Bir sözlə, balıq tutmaq qadağandır, amma baxır kimlərə... Nədənsə, nazirlik bu iddialara münasibət bildirməyib. Görünür, COP29 prezidenti Muxtar Babayevin başı konfranslara qarışıb. Di gəl, bu vəziyyətim nə dərəcədə sosial gərginlik yaratmasının fərqində olmaq lazımdır. Bu baxımdan, bir neçə il əvvəl Lənkəranın Nərimanabad balıqçı qəsəbəsində baş verənləri xatırlamaq olar: eyni problem, eyni qadağa və nəticədə etiraz aksiyaları sərhədçilərlı toqquşmaya səbəb oldu, rezin güllələr, bibər qazı işə salındı. Yəni problemin həll edilməməsi Pirallahıda ciddi gərginlik ocağı yaratmaqdadır. Artıq bunun ilk əlaməti var - bir nəfər özünü bezərək yandırıb. Digərləri isə olmayan pulları ilə cərimə ödəməyə məhkum edilib. Hətta nazirliyin əməkdaşları əlində qayçı ilə gələrək balıqçıların torlarını kəsirlər. Bu qanunsuzluqdur və nazirlik işçisi vətəndaşa zərər vurur, onun zəhmətini məhv edir. Təbii ki, balıq ovu ilə bağlı qaydaların olması vacibdir, amma 2 mildən uzağa getməməklə balıq tutmaq mümkün deyil axı. Üstəlik, cərimələr qayıqları müsadirə etmək, torları kəsib yararsız vəziyyətə salmaq...Ən əsası, balıqçılar iddia edirlər ki, bütün bunlarla yanaşı, rüşvət amili rol oynayır. Deməli, balıq ovlamaq üçün "görüm-baxım" etməlisən. Halbuki qanunla bir kvota müəyyən edilib və o hər kəsə o həcmdə balıq ovlamağa şərait yaradılmalıdır. İkincisi, sadə insanlara bu qadağa tətbiq edilməsi oliqarxların, brokonyerlərin əl-qolunu açır, onlar daha çox balıq əldə edə bilirlər. Budurmu nazir Muxtar Babayevin "iqlim dəyişikliyi" siyasəti? Bu mövzuda əvvəllər Balıq Konserninin sədri olmuş Hafiz Hacıyev açıq şəkildə deyib ki, qaydalar yoxdur, məmurlar və oliqarxlar üçün "yaşıl işıq"dır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinə və şəxsən cənab nazir Muxtar Babayevin diqqətinə bir faktı da çatdıraq. Nazirlər Kabinetinin qərarı ilə sənaye balıq ovunun aparılması mayın 1-dən sentyabrın 1-dək qadağandır. Bu aylar ərzində balıqların kürü tökmə vaxtı olduğu üçün ovlamaq olmaz. Amma gəlin görək bu qərara nə qədər əməl olunur? Tonlarla balıq tutanlara kimsə "gözün üstə qaşın var" demirsə, tilovla balıq tutanlar necə brokonyer olur? Belə çıxır ki, könlü balıq istəyənin, əvvəlcə quyruğu suda gərək deyil, əli cibində gərək...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06 |
|
|
|
• Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03 |
|
|
|
• Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51 |
|
|
|
• “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42 |
|
|
|
• “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38 |
|
|
|
• "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• “Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28 |
|
|
|
• Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24 |
|
|
|
• NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20 |
|
|
|
• Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
• Güneyli fəal həbs edildi
Bu gün, 12:09 |
|
|
|
• "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07 |
|
|
|
• Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01 |
|
|
|
• Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58 |
|
|
|
• Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55 |
|
|
|
• Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52 |
|
|
|
• "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45 |
|
|
|
• Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40 |
|
|
|
• “Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34 |
|
|
|
• Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
• Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23 |
|
|
|
• “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07 |
|
|
|
• “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00 |
|
|
|
• "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57 |
|
|
|
• “Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52 |
|
|
|
• Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48 |
|
|
|
• Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36 |
|
|
|
• Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34 |
|
|
|
• "Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33 |
|
|
|
|