Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                 

SƏBAYEL MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ
Tarix: 25-12-2012, 11:02 | Çap et
SƏBAYEL MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ
MƏHKƏMƏ İCRAÇISI QANUNLARI SAYA SALMIR

Azərbaycanda məhkəmə-hüquq sistemində təkmilləşdirilmə aparılmasına baxmayaraq bu gün bəzi mənmurlar hələ də bu sistemin adına ləkə gətirən hərəkətlər edir. Bəzi məhkəmələr, o cümlədən məhkəmə icraçıları hələ də vətəndaşları süründürməçiliyə salır, vəzifə səlahiyyətlərindən sui-istifadə edib insanların heysiyyatı ilə oynayır. Təəssüflər olsun ki, bu cür icra məmurları barədə hələ də ciddi tədbir görülmür.
Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Qənirə Hüseynova da bu cür süründürməçiliyə məruz qalıb. Məhkəmə icraçıları neçə illərdir ki bu qadını get-gələ salır, onun xeyirinə çıxarılan məhkəmə qərarlarını icradan yayınır. Bəli, söhbət bir deyil, bir neçə məhkəmə qərarından gedir. İllər boyu min bir zülmlə qazandığı pulla aldığı qanuni mülkiyyətinə bu gün bəzi dələduzların və məsuliyyətsiz məhkəmə icraçılarının özbaşınalığında sahib çıxa bilmir.
Qənirə xanımın dediyinə görə, o 2008-ci ildə paytaxtın Səbail rayonu, A. Məmmədov küçəsi, 82 saylı evin 5 və 6 saylı mənzilləri ev sahibi Feyruz Əliyevdən alıb. Alqı-satqı qanuni yolla həyata keçirilib və ev sahibinin heç bir etirazı olmayıb: “Hadisə belə olub. Feyruz Əliyev oğlum Elşənlə 2005-ci ildə özlərinin və bizim evi banka girov qoymaqla oradan pul götürüb. Razılaşmaya görə, hər iki tərəf banka aylıq pul ödəməli idilər. Bir müddətdən sonra məlum oldu ki, Feyruz Əliyev banka pul ödəmədiyindən banka ödəniləcək pul faizilə artıb. Eyni zamanda, onun banka pul ödəməməsi bizim də bankda olan girov evimiz problemli şöbəyə göndərilib və hər iki ev Feyruz Əliyevin məsuliyyətsizliyindən bankda batır. Həmin vaxt Feyruz mənzili bizə satmaq qərarına gəldi. Razılaşma əsasında 147 min dollar onun mənzilinin, 200 min dollar isə öz evimizin yerinə ödəyib evləri girovluqdan çıxardıq. Feyruz Əliyev razılaşma əsasında həmin pulu bizə qaytara bilmədiyi üçün əvəzində mənzili könüllü olaraq bizə verdi. Bununla bağlı bizimlə onun arasında alqı-satqı aparıldı, özünün və ailə üzvlərinin razılığı ilə ev bizim adımıza sənədləşdirildi. Lakin, bir müddət qalmağa yerləri olmadığı üçün Feyruz ailəsi ilə həmin evdə qalmağı xahiş etdi və biz də ona icazə verdik. Amma, bir müddətdən sonra məlum oldu ki, Feyruz Əliyev evdən çıxmaq istəmir və pulun ona bağışlanmasını istəyir. Məsələ ilə bağlı Feyruz və onun ailə üzvləri ilə danışıqlar aparsaq da, o mənzildən çıxmayacağını bildirdi”.

Cavabdeh susdurulur, icra məmuru “xod” gedir

Qənirə xanım deyir ki, məsələ ilə bağlı 2009-cu ildə onlar məhkəməyə müraciət edib. Məhkəmə tərəfləri dəfələrlə prosesə dəvət etsə də, qarşı tərəf heç bir səbəb göstərmədən proseslərə qatılmayıb. Amma, cavabdehin vəkili prosesdə iştirak edib. 2009-cu il martın 31-də Səbail rayon Məhkəməsinin hakimi Famil Nəsibovun sədrliyi ilə məhkəmə istintaqı yekunlaşıb və və iddia təmin edilib. Məhkəmə cavabdehin təcili mənzildən çıxarılması və evin qanuni mülkiyyətçinin istifadəsinə verilməsi barədə qərar çıxarıb.
Qərarla razılaşmayan qarşı tərəf sənəddən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib. Cavabdehin kassasiya şikayəti də əsassız sayıldığı üçün Ali Məhkəmə tərəfindən bu şikayət də rədd edilib və birinci instansiya məhkəməsinin qəırarı qüvvədə qalıb.

Ali Məhkəmənin iki qərarı bir icraçının əlində oyuncağa çevrilib

Ali Məhkəmənin qərarından sonra iş məhkəmə tərəfindən icra olunmaq üçün Səbail rayon məhkəmə icraçılarına göndərilsə də, Feyruz Əliyev icraçılarla “dil tapıb” qərarın icrasını dayandırıb. Məhkəmə icraçıları da bu məqsədlə işi icra etməkdən yayınıb. Bir müddətdən sonra məlum olub ki, qarşı tərəf, yəni Feyruz Əliyev hansısa yolla Səbail rayon məhkəməsində iddia qaldırıb və evinin dələduzluq yolu ilə əlindən alındığını iddia edib. Amma, məhkəmə bu dəfə də onun yalanlarını üzə çıxarıb. Feyruz Əliyev iddia edib ki, guya məhkəmə prosesindən məlumatsız olub, Səbail rayon Məhkəməsi ondan xəbərsiz qərar çıxarıb. Prosesdə məlum olub ki, məhkəmə dəfələrlə cavabdehi prosesə dəvət etsə də, o prosesdə iştirakdan imtina edib. Bunu məhkəmə şahidləri də təsdiqləyib və iddia rədd edilib. Qərardan verilən apellyasiya və kassasiya şikayətləri də yenidən rədd edilib və qərar yenidən icra üçün məhkəmə icraçılarına göndərilib.
Qənirə Hüseynova deyir ki, iki dəfə onun xeyirinə qərarlar çıxarılmasına, bütün məhkəmə instansiyaları mənzilin boşaldılmasına qərar versə də, cavabdehlər evdən çıxmaq istəmir: “Dəfələrlə məhkəmə icraçılarına müraciət etsəm də heç bir xeyri yoxdur. İcraçılar yalnız onu bəhanə edirlər ki, cavabdeh mənzildən çıxmır. Maraqlıdır, cavabdeh qərarı icra etsəydi, bəs bu məhkəmə icraçıları nəyə lazım idi? Elə bu icraçılar mübahisəli məsələlər üçündür, onlar da işlərini icra etmir. Bütün instansiyalar hamısı bizim xeyirimizə qərar çıxarıb, əlimizdə qanuni qüvvəyə minmiş iki məhkəmə qərarı var. Məhkəmə icraçıları isə Azərbaycan Respublikası adından çıxarılan qərarları saymır. Hər dəfə gedəndə bir bəhanə ilə icradan yayınırlar. Bu məmurlar barədə niyə bir tədbir görülmür?”

Gözə kül üfürmək və ya icra məmuru cavabdehdən tələb yox, xahiş edir

Şikayətçinin dediyinə görə, dəfələrlə təkiddən sonra məhkəmə icraçıları “gözə kül üfürmək” kimi bir hərəkət edib. Belə ki, icraçılar Qənirə xanımı 2 il süründürəndən sonra iddiaçının əl çəkmədiyini görüb cavabdehə-Feyruz Əliyevə tələb deyil, təklif göndərib. Çox yumşaq halda yazılmış təklifdə icraçılar Feyruz Əliyevdən xahiş ediblər ki, evi boşaltsın. Səbail rayon icra şöbəsinin icra məmuru Əziz Hacıbalayevin Feyruz Əliyevə göndərdiyi təklifdə yazılıb: “10 gün müddətində qətnamənin icrasını könüllü olaraq təmin etməniz, bu müddət ərzində mübahisəli mənzildən çıxmağınız və tələbkar Qənirə Hüseynovanın əməli istifadəsinə verməniz Sizə təklif olunur. Əks halda qərarın icrası qanuna müvafiq məcburi qaydada icra ediləcək”.

Təklif 2012-ci ilin avqust ayının 10-da cavabdehə göndərilib. Amma, hələ də icra məmurunun göstərdiyi 10 gün “bitməyib”. İcra vərəqəsindən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq icrac məmurları hələ də həmin ünvana gedib cavabdehin mənzili tərk etməsini tələb etmir. Nəticədə Qənirə Hüseynovanın hüquqları hər gün pozulur. Qənirə xanım deyir ki, təklifdən sonra məhkəmə icraçıları bir dəfə də olsun həmin ünvana getməyib və mübahisəli mənzilin boşaldılmasını tələb etməyib: “Mən başa düşə bilmirəm, məhkəmə icraçısı vəzifəsini niyə icra etmir? Məhkəməni saymır, yoxsa Azərbaycan Respublikası adından çıxarılan qərarı? İcra məmurunun vəzifəsi birbaşa qərarı icra etmək olduğu halda, Səbail rayon məhkəmə icraçıları bizə meydan oxuyur, nə şikayətdən qorxmur, nə də heç kimdən. Hər dəfə onlara müraciət edəndə icra məmurları bizi əliboş yola salır, mübahisəli mənzili boşaltmaq istəmir. Artıq iki ildən yuxarıdır ki, məhkəmə icraçıları tərəfindən süründürülürəm. Artıq səbrimiz tükənib. Hara, kimə şikayət edəcəyimizi bilmirik”.
Hüquqları kobud pozulan Qənirə xanım çarəsizlikdən prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib məhkəmə icraçılarının özbaşınalığına son qoyulması və pozulmuş hüquqlarının bərpasını xahiş edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru