"ONLARI TANRIYA TAPŞIRIRAM"
Tarix: 22-01-2013, 08:57 | Çap et
"EVDƏN ÇIXANDA QURANDAN SURƏLƏR OXUYURAM"İnsanı yaşadan həyat, həyatı insana bəxş edən isə Allahdır. Onun hər birimizə ayırdığı ömür payı əvəzolunmaz və təkrarsızdır. Bu ömrü sadəcə yaşamaq xətrinə yaşayanlar da var, əksinə tarixdə böyük iz qoyanlar da. Həyat duyğulu və duyğusuz insanlarla doludur. Duyğulu insanlar bu dünyaya sığışmırlar, özləri üçün yeni bir dünya axtarırlar, sirli, sehrli bir dünya. Belə bir dünyanı yaşayanlardan biri də Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovadır.
- Məleykə xanım, yəqin ki, sızı oxuculara təqdim etməyə ehtiyac yoxdur.
- Xeyr, elə deyil. Mən istərdim ki, həmişə mənə Məleykə Əsədova deyilsin, çünki Məleykə deyiləndə o an insanların gözü qarşısına Əfsanə gəlir, Jalə gəlir, Kleopatra gəlir, bu gün Mariya Tüdor gəlir, Gültəkin gəlir. Mən həmişə sevinirəm ki, pərəstişkarlarım məni harda görsələr, Əfsanə, ya da Məleykə Əsədova deyə çağırırlar. Bu da mənim üçün çox sevindiricidir ki, tamaşaçılarım soyadımı da yaşadırlar.
- Böyük səhnəyə gedən yol asandırmı?
- Çox çətin bir yoldur teatr səhnəsi. Nəyə qadirsənsə üç, dörd saat ərzində səhnədə bütün istedadını göstərirsən. Oynadığım obrazı tamaşaçılara canlı olaraq yaşadıram. Mən dəfələrlə demişəm, Hollivudda Oskar mükafatı alanların çoxu teatr aktyorlarıdır. Biz aktyorlar neçə-neçə insanın taleyini yaşayır və canlı olaraq göstəririk.
- Məleykə xanım çətin həyat yolu keçmiş obrazları canlandırır. Oynadığı obrazların təsirindən necə, çıxa bilirmi?
- Çox çətin olur. Şirin obrazını oynayan vaxtlarda evə gələndə o cür oturub dururdum və ya Mariya Tüdoru oynayanda onun təsirindən bir neçə gün çıxa bilmirdim. İnternetdən o qadının xarakterinə qədər dolğun məlumat toplamışdım.
- Bu qədər təzadlı obrazlar oynayırsınız. Bəlkə ona görədir ki, həyatla barışa bilmirsiniz?
- Bəli, hər bir obraz ayrı-ayrılıqda həyatıma təsir eləyir. Sizin bu sualınız mənim çox xoşuma gəldi. Mən elə bir təsirə düşürəm ki, uzun müddət bu təsirdən çıxa bilmirəm.
- Sizi başqa ölkələrdən filmlərə dəvət edirlər?
- Bir dəfə Türkiyədən dəvət olub. Mən o vaxt sözümü demişdim ki, sözünü deyə bilən, yadda qalan, çətin bir obraz olarsa gələrəm. Ümumiyyətlə, Məleykə heç vaxt görünmək xətrinə efirə çıxmaq istəmir.
- Yaşınızdan daha da gənc görkəminiz var, bunun sirrini açıqlaya bilərsiniz?
- 1967-ci ildənəm. ürəyimi təmiz və gözəl saxlayıram, pis fikirləri özümdən uzaqlaşdırıram ki, bu da məni gözəl və təravətli saxlayır.
- Həyatda sizə stimul verən kimdir?
- Mənim hər şeyim, stimul verənim anamdan sonra qızım Gülərdir. Demək olar ki, onun üçün yaşayıram.
- Bu qədər səmimi və sadə olduğunuz halda, niyə insanlar sizin özündənrazı olduğunuzu söyləyirlər?
- Reallıqda belə deyil, bu, mənim xarici görkəmimdən irəli gəlir. Bir az da insanlarla çox az qaynayıb qarışıram. Həyatda başıma nə gəlibsə, sadəliyimdən gəlib. Mən torpağıma, vətənimə bağlı bir insanam.
- Sənət dostlarınızdan sizə paxıllıq edən varmı?
- Bəlkə də var, amma mən heç kimin paxıllığını çəkmirəm. Sənət yoldaşlarıma da öz yollarında həmişə uğurlar arzulayıram. Onların uğurları da mənim uğurlarımdır. Bu sualı onların özlərinə versəniz, daha yaxşı olar.
- Həyatda ən yaxın dostunuz kimdir?
- Bacılarım və qızım.
- Gələcəkdə qızınızı hansı sənətdə görmək istəyərdiniz? Ümumiyyətlə, onun kaprizlərinə necə dözürsünüz?
- Mənim arzulardım ki, qızım çox dillər bilsin. Hərdən bir çox çəkilişlərdən qızıma görə etiraz edib, günümün çox hissəsini onunla keçirdirəm. İkinci sinifdə oxuyur, çox dəcəldir, kaprizlərinə də dözürəm və dözməyə də məcburam. Hərdən cəzaları da olur. Dərslərini bilməyəndə şənbə, bazar günləri gəzməyə qoymuram. Əks halda, “Park-Bulvara” və əyləncə mərkəzlərinə aparıram.
- Eşitdiyimizə görə, ailə qurmağa hazırlaşırsınız. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, lap əvvəl günlərdən şəxsi həyatım barədə danışmağı sevmirəm. Mən gündəmə şəxsi həyatımla gəlməmişəm. İyirmi iki ildir eyni şöhrətimi saxlayıram. Bu da az zaman deyil. Mən özümü xalqıma sənətimlə, obrazlarımla tanıtmışam. İndi təzə dəbə düşüb, sənətkara obrazlar barədə sual verməkdənsə şəxsi həyat barədə sual verirlər. Axı bu nəyə gərəkdir? Düzdür, tanınmış sənətkaram, şəxsi həyatım da hamını maraqlandırır. Hal-hazırda həyatımı özüm idarə edirəm. İnşallah, nəsə olarsa, yəqin ki, biləcəksiniz...
- Gələcək planlarınız haqda nə deyə bilərsiniz?
- Mən öncədən planlarımı danışmağı xoşlamıram. On səkkiz-on doqquz il komediyada oynamamışam, yalnız dramatik, çətin obrazlar oynamışam. Amma Musiqili Komediya Teatrı məni 2011-ci ildə Qoqolun “Evlənmə” tamaşasında baş rola – Aqafiya Tixinovna obrazını oynamağa dəvət etdi. Tamaşa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Zirvə” mükafatına layiq görüldü və ilin ən gözəl tamaşası seçildi.
- Tez-tez ünvanınıza atmacalı sözlər deyirlər. Buna necə reaksiya verirsiniz?
- Mən öz işlərimlə məşğulam. Zamanım da olmur o sözlərə qulaq asım. Deməli, mən varam ki, mənim haqqımda danışırlar. Birdə ki, barlı ağaca daş atarlar da. Qoy atsınlar.
- Siz Tanrıya bağlı olduğunuzu vurğulayırsınız. Bəs niyə ibadət etmirsiniz?
- Namaz qılmağa hələ hazır deyiləm. Amma hər dəfə evdən çıxanda “Ayətül kürsü”, “Fələq” və “Nas” surələrini oxuyuram. Mən Allahın ətəyindən yapışıram, ona çox möhtacam. Gecə-gündüz həyat yollarımda Allaha şükür eləyirəm. Allahıma bu qədər bağlıyamsa, necə kimlərinsə qəlbini qıra və incidə bilərəm? Lakin mənim ünvanıma mənasız və böhtan sözlər danışırlar. Mən isə həmişə susuram və Tanrımın hökmünə tapşırıram həmin insanları.
- Bu günlərdə “Ay Zaur” verilişində sizin ifanızda çox təsirli bir şeir eşitdim...
- Bu şeir Bəxtiyar Vahabzadənin şeiridir. Ümumiyyətlə, onun yaradıcılığını çox sevirəm. Sonuncu şeirin də adı belədir – “Kimdir mənim düşmənim”. Əgər icazə versəydiniz, ilk və son bəndlərini söyləyərdim.
- Əlbəttə, buyurun.
- Kimdir mənim düşmənim,
Ən qorxulu düşmənim.
Kaş biləydim bunu mən,
O zərbə vurmamışdan.
Kəsəydim yolunu mən,
Özüm öz əllərimlə.
Bir gün bal içirəmsə,
Bir gün zəhər içirəm.
Mən həyat yollarımdan
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm.
- Teatrda sonuncu işiniz barədə nə deyərdiniz?
- Tamaşanın rejissoru Gümrah Ömərdir. Bu tamaşa 1962-ci ildə səhnəyə qoyulub, rejissoru Tofiq Kazımov olub, baş rolu isə Hökümə Qurbanova oynayıb. Ümumiyyətlə, çox çətin əsərdir. Əsrdə bir dəfə qoyulan tamaşadır. Maria Tüdoru oynamaq üçün böyük istedad tələb olunur. Mən Kleopatra, Züleyxa, Şirin, Gültəkin. Karderia və s. belə çətin obrazları oynamışam. Nəyə qadir olduğumu da öz istedadımla sübut etmişəm. Hələ arzularım çoxdur. İnşallah, oynadığım obrazlar hələ qarşıdadır.
- “Oxu məni”yə arzularınız?
- Həmişə düzlükdən yazsın. Yəni reklam xatirinə yox, sənətkarın sənətini işıqlandırsınlar, onların zəhmətinə dəyər versinlər. Qalmaqallardan yazmasınlar. Mənim “Oxu məni”yə xahişim və ricam odur ki, dedi-qodulara yol verməsinlər. Mən belə şeylərdən çox uzaq bir insanam. Məleykə Əsədovanın elə sənətindən yazsalar, oxuyacaqlar. Arzum budur ki, həmişə adı kimi oxunulsun və mən bütün “Oxu məni” kollektivini tamaşalarıma dəvət edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|