Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                 

ŞAH İSMAYIL XƏTAİNİ MÜZAKİRƏYƏ ÇIXARMAQ DA GÜNAHDIR
Tarix: 22-01-2013, 11:44 | Çap et
ŞAH İSMAYIL XƏTAİNİ MÜZAKİRƏYƏ ÇIXARMAQ DA GÜNAHDIR
"O DÖVRDƏN OYANIŞ BAŞLAYIR"

Bakıya Paris Milli Kitabxanasından qiymətli kitab, sənəd və səsyazılarının surəti gətirilib. Azərbaycanın tarix və mədəniyyətini öyrənmək baxımından ayrıca dəyər daşıyan bu qaynaqlarla daha dolğun tanışlıq üçün AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovla söhbətləşdik.

- Paşa müəllim, son vaxtlar tapıntılarınız xeyli çoxalıb. Səbəb nədir?

– Ən əsas səbəbi Azərbaycanın müstəqil ölkə olmasıdır. Biz bilirdik ki, xaricdə çoxsaylı əlyazmalarımız var. Mən burada 30 ildən çoxdur ki, işləyirəm. Axtarışlarımız həmişə olub. Sovet dövründə çoxlu qadağalar vardı. Bir yerə gedəndə, Moskvadan getməli və Moskvadan icazə almalıydın. Bir əlyazmadan ötrü nə qədər əziyyət çəkirdik. İndi o qadağalar aradan götürülüb. Ona görə də, xaricdə saxlanan əlyazmalarımızın – yazılı abidələrimizin surətinin ölkəyə gətirilməsi intensivləşib.

– Sovet dövründə əlyazmaların üzə çıxarılmasında dövlət nə dərəcədə maraqlı idi?

– O dönəmdə də elm ciddi inkişaf eləmişdi. İstər şərqşünaslıq, istərsə nizamişünaslıq və s. Klassiklərimizin əsərlərinin surəti də gətirilir və ciddi araşdırılırdı. Sadəcə, o dövrün miqyası ilə indikini müqayisə etmək mümkün deyil. O vaxt heç kimin ağlına gəlməzdi ki, bu sayda əlyazmanı haradansa gətirmək mümkün ola bilər...Çünki hər bir işə çoxsaylı icazələr lazım idi. Həm də xaricə getmək asan deyildi. Sosialist ölkəyə getməyə də icazə tələb olunurdu. Bütün bunlar elmin inkişafına maneə idi.

- Tapıntılarınızla bağlı daim oxucu və dinləyicilərimizə xəbər veririk. Son tapıntının izinə necə düşdünüz?

– Onu deyim ki, tək öz gücümüzə bu işləri görə bilmərik. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, Azərbaycan vətənpərvərləri, hətta səfirliklər bizə kömək edirlər. Harada nəyimiz var – bunu öyrənmək də asan məsələ deyil. Ölkələrin çoxunun əlyazmalar kataloqu yoxdur. Gərək gedib görəsən, kitabxanaları gəzəsən, axtarasan. Bayaq dediyim maneələr aradan qalxsa da, indi maliyyə problemiylə üzləşirik. İnstitutumuz müstəqildir, lakin onun o qədər maliyyəsi varmı ki, dünyanın müxtəlif ölkələrinə getsin, pulla əlyazma alsın? Bir çox ölkələrdə bu iş pulludur.

– Bəs problemi necə çözürsünüz?

– Elə yerlər var, pulsuz ötüşmək olur...Elələri də var ki, həmin ölkədə yaşayan həmvətənlərimiz bu yükün altına girirlər. Dəfələrlə belə olub. Şəxsən mənə Berlində yaşayan həmvətənimiz Məmmədəli Hüseyni çox kömək edir. Öz hesabına bizə dəfələrlə əlyazma tapıb göndərib. Hətta biz bir əlyazma xahiş etdiyimiz halda, gedib ondan da yaxşı bir mənbə tapıb – onu da göndərib. Yəni köməkləşib bu işin öhdəsindən gəlirik.

– Son Paris əlyazmalarını da bu yolla əldə etdiniz?

– Bəli, Parisdə də yaşayan həmvətənlərimiz var... Ən çətini, dediyim kimi, nəyimizin harada olmasını öyrənməkdir. Şərqi Avropada nə qədər əlyazmalarımızın olduğunu son vaxtlar bilmişik. Çexiyadan Nizaminin neçə «Xəmsə»sini gətirdik. Polşadan Füzulinin dəyərli əsərlərinin surətlərini əldə etdik. Yəni kömək olmasa, işlər bu səviyyədə görülməz.

– Paris Milli Kitabxanasından tapılan əlyazmaların Bakıya gətirilməsi bir çoxlarında maraq doğurdu. Odur ki, sizinlə görüşmək, daha geniş və dolğun bilgi almaq istədik...

– Yəqin ki, ABŞ-dan aldıqlarımızdan da xəbəriniz var? Doğrusu, yenə Avropadan gözləyirdik, Amerikadan heç yox... Oradan çox zəngin əlyazmaların surətləri gətirildi. Türkiyəli bir dostumuz – Engin Cihad Tekin bizə kömək elədi. Qaldı ki, Paris Milli Kitabxanasının necə izinə düşdük, bilirsiniz, vaxtilə Yusif Vəzir Çəmənzəminli o kitabxanada işləyib, istifadə etdiyi mənbələrə aid sitatları da var. Yusif Vəzir Parisdə xeyli yaşayıb, qardaşı da orada vəfat edib və s. Axtarışlardan sonra məlum oldu ki, orada əlyazmalar – Nizaminin, Füzulinin əsərləri, yazılı dastanlarımız, uyğur əlifbası ilə «Oğuznamə», XVI əsrə aid «Əlacnamə» adlı əsər, XV əsrdə Təbrizdə yazılmış «Kəlilə və Dimnə» və s. əsərlər var. Bunların izinə düşmüşdük. Məlum oldu ki, nəinki əlyazmalar, hətta orada şəkillər də var. Fransız fotoqraflar, rəssamlar Bakıda olarkən onun qravürünü, şəklini çəkiblər. Xəzər sahilindən görünüş, şəhərin binaları... İndi o binaları heç tanımazsan. Çünki sonradan Sovet dövründə üstünə mərtəbə əlavə olunub və s. Xəritələr də var. XVIII-XIX əsrlərdə avropalılar və ruslar tərəfindən çəkilmiş xəritələr. Müxtəlif məqsədlərlə. Məsələn, Abşerondakı neft yataqları nə üçün lazım idi? Sərvətimizi öyrənmək, burada alış-verişin yollarını dəqiqləşdirmək istəyirdilər – bunun üçün. Bakıdakı istehkamlar nəyə lazımmış? XVIII əsrdir. İşğal məsələsi qalxıb. Bir yerə gələndə də onun xəritəsini bilmək lazımdır, axı... Xəzərin bütün sahillərinin fransız dilində tərtib olunmuş xəritəsi var. Çar Rusiyası artıq 1872-ci ildə quberniyalara bölünmüş Qafqazın mükəmməl xəritəsini tərtib etmişdi. Burada rusca, fransızca, ingiliscə, hətta latın dilində tərtib edilmiş xəritələr var! Demək istəmirəm ki, bizdə belə xəritələr yox idi. Vardı. Fikrimcə, tariximizi, coğrafiyamızı tədqiq edəndə, bunlar hamısı bir yerdə olmalıdır ki, ortaya gərəkli bir iş çıxsın. Bundan başqa Avropa səyyahlarının əsərləri var. Rafael Duma-nın əski fransız dilində səyahətnaməsi var. Burada nələr əks olunub – Azərbaycanın sərvətləri, hansı şəhərləri var, kimlər yaşayır, mədəniyyəti və ən nəhayət, burada insanlar hansı dildə danışır...Duma yazır ki, nəinki xalq arasında, şəhər və kəndlərdə, hətta İsfahan sarayında belə (İsfahan İranın ortasıdır) insanlar Azərbaycan türkcəsində danışırlar – yüksək vəzifəli şəxslər daxil! Demək, o dövrdə saraylarda danışığın fars dilində olması haqqında əfsanələr şişirtmədir. Blanden adlı səyyahın əsəri «İrana səyahət» adlansa da, Azərbaycandan geniş danışılır. Hə, bir də gətirilənlərin arasında patefon yazıları var. XX əsrin əvvəllərində patefona səs yazmaq hər yerdə mümkün deyildi. Həm də baha olurdu. Parisə gedib çıxmaq hər adamın işi deyildi. İmkanlı adamlar və sponsorların – Bakı milyonçularının köməyi ilə gedirdilər. Yazdırmanın da maliyyəsi baha idi. Kimlərin səsi var? Mahmud Behbudov Şuşinskinin, Şövkət Məmmədovanın. Opera aktrisası xalq mahnıları oxuyur... Yəqin maraq doğuracaq. Çünki bəzi mahnılar bizə tanış gəlmir, unudulub. Tanımadığımız xanəndələr də var. Məsələn, Məhəmməd Zeynal, Məşədi Hilal və b. Bir də, milliyyətcə erməni olan xanəndələrin dilimizdə tərtəmiz oxuduğu mahnılar, şikəstələr var. Qeyri-ixtiyari belə sual doğur adamda – görəsən, bu adamların ana dili nədir? Elə bil ki, Azərbaycan türkcəsidir... Bu bir qənaətdir və açıq danışsaq, dilimiz gözəl, güclü və Qafqazda populyar, asan öyrənilən dil olmasının sübutudur. Hərdən özümüzü də tərifləyək!

İkinci qənaətim – «Qarabağ şikəstəsi»ni Ter Akopov Azərbaycan türkcəsində oxuyur – əla tələffüzlə! Anna Pogosova da həmçinin. Sual oluna bilər ki, bunlar XX əsrin əvvəllərində Qarabağı öz vətənləri sayırdılarsa, bizi qonaq bilirdilərsə, nəyə görə mahnılarımızı bizim dildə oxuyurdular? Deyəsən, özləri də öz yalanlarının fərqindədirlər, amma nəyə isə nail olmaq üçün bu yalanı bütün Avropada yaymağa, təsdiq eləməyə çalışırlar. Nəhayət, nəticə - belə çıxır ki, bizim mahnıları müəyyən mərhələlərlə mənimsəyirlər. Birinci mərhələdə öz dilimizdə oxuyurlar. Bizim hansımız ermənicə mahnı oxumuşuq? Oxuyurlar-oxuyurlar, görürlər ki, gözəl musiqidir, başlayırlar «Sarı gəlin» kimi öz dillərində oxumağa...fikirləşirlər ki, niyə onların mahnısını oxuyaq? Elə edək ki, desinlər bizim mahnımızdır! Beləliklə, birinci mərhələ bizim patefon yazısında var! Tarixi sənədlər yalanın-yalan olduğunu sübut edir!

- Paşa müəllim, səsyazılarını bizə verəcəksinizmi?

- (gülür) Məmnuniyyətlə! Qoy dinləyiciləriniz «Qarabağ şikəstəsi»nə qulaq assınlar...

- Sağ olun. Son sual: Son vaxtlar Şah İsmayılla bağlı müzakirələr, mübahisələr kəsmir. Siz hansı mövqedəsiniz?

- Biz əvvəlki qadağaların olmadığı bir cəmiyyətdə yaşayırıq. Hər kəs istənilən mövzuda danışa bilər. Amma danışarkən nəyə isə əsaslanmaq lazımdır, axı...Deyirəm, bəlkə bizim tarix elmimiz zəifdir, yaxud da fikir söyləyənlər tarixi əsərləri, tədqiqatları oxumurlar? Fikrimcə, Şah İsmayılın tariximizdəki xidmətlərini müzakirə etməyə dəyməz! Şah İsmayılın və Səfəvilərin dövrü Azərbaycan mədəniyyətinin intibah (oyanış—S.İ.) mərhələsidir. Anadilli ədəbiyyatımızın intibah mərhələsidir! Mənim bütün elmi yaradıcılığım Səfəvilər dövrü elmi abidələrimizin tədqiqinə həsr olunub. Qurtarmaq bilmir! Ana dilimizə elə qol-qanad vermək azdır? Qaldı Osmanlı dövləti ilə ziddiyyətlərə, onu da tarixi mənbələrə baxsaq, sübut olunar ki, Səfəvilərin bu müharibələrin baş verməsində elə bir günahı yox idi. Sübut üçün Şah Təhmasibin təzkirəsini - oradakı məktubları açıb oxumaq yetər. Şah Təhmasibin Sultan Süleymana bir neçə məktubu var. Orada açıqca görünür ki, Sultan Süleyman müharibə istəyir. Şah Təhmasib yazır ki, iki qardaş müsəlman dövlətiyik, vuruşmaq istəmirəm. Şah Təhmasib deyir ki, siz Avropada döyüşəndə, mənə dedilər ki, hücum edib, İstanbula qədər gedə bilərəm, bütün qüvvələr Avropadadır. Mən söylədim ki, onlar kafirlərlə vuruşurlar, mən heç vaxt belə hərəkət edib, müsəlman adıma xəyanət etmərəm. Lakin mən Xorasana gedən kimi sən arxamdan hücum elədin...Və yenə də səndən yox, İbrahim Paşadan inciyirəm. Hə, o paşa indi serialların qəhrəmanıdır (gülüşmə). Şah Təhmasib yazır ki, o da (İbrahim paşa - S.İ.) cəzasına çatacaq! Və təzkirədə yazır ki, necə ki, cəzasına çatdı... Bu uzunmüddətli təzkirədir - illərlə yazılırdı... Səfəvilər neyləməliydi? Oturub gözləməliydi ki, biz dövlət quraq-qurmayaq? Dövlət qurmamaq olardımı? Bu boyda mədəniyyəti oldu onların, dövlət niyə qurulmasın ki? Kitablar ortaya çıxıb. Biz onları tərcümə edəcəyik. Şah İsmayılın məktublaşmaları, sənədləri, əvvəlki Ağqoyunluların, Qaraqoyunluların məktubları, sənədləri... Böyük bir material olacaq. Bunları çap edib ortaya qoysaq, həqiqət də ortaya çıxacaq. Məsələn, belə xoşagəlməz söz yayılıb ki, Şah İsmayılın həyat yoldaşı Çaldıran döyüşündən sonra Osmanlılara əsir düşüb, onlarda yaşayıb... Bu, yalandır! Venesiya səyyahı Mikele Membrenin səyahətnaməsini bu yaxınlarda Oqtay Əfəndiyev tərcümə edib ortalığa qoyub. Oradan məlum olur ki, Taclı xanım heç bir dəfə də Vətənindən qırağa çıxmayıb. Əri - Şah İsmayılın vəfatından sonra oğlunun -Təhmasibin yanında yaşayıb. İtalyan səyyahı bunu yazıb. Bu, bir də iki qardaşın arasını vurmaq kimi bir şeydir. Bəzi məsələlər bilməməkdən irəli gəlir. Düzdür, çox şeylər yazılıb. Məsələn, Oqtay Əfəndiyev «Səfəvilər dövləti - Azərbaycan tarixi»ni yazıb - böyük xidmətdir. Amma bundan qat-qat çox şeylər yazılmalıdır. Bir də, danışanların bir hissəsi heç yazılanları da oxumayıb, məncə. Bax, vəziyyət belədir....
\ azadlıq radiosu \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru