Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                 

Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı - İSTİNTAQ AKTINDAN
Tarix: 20-02-2017, 08:33 | Çap et
Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı
Sabiq MTN naziri Eldar Mahmudovun qohumu, hazırda həbsdə olan Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin (BTRİB) keçmiş baş direktoru Beytulla Hüseynovun milyonluq villası ətrafında vaxtilə böyük qalmaqal yaşanıb.

Həbs edilən MTN generallarının cinayət işi materiallarından görünür ki, Beytulla Hüseynov villasını satmaq istəyərkən aldadılıb. O, problemin həlli üçün Eldar Mahmudova müraciət edib. MTN-in işə qarışması isə bir neçə iş adamının başına oyun açıb.

Əslində hər şey Beytulla Hüseynovun yeznəsi ilə birlikdə ucuz qiymətə villa alıb təmir edərək baha qiymətə satmaq arzusu ilə başlayıb. Villanı alan şəxs isə nağd pulunun olmadığını deyib. Ödənişi isə evi banka girov qoyaraq götürəcəyi pula edəcəyini deyib. Beytulla Hüseynov bununla razılaşıb, amma ev banka girov qoyulsa da pulunu ala bilməyib. Villanı banka girov qoyan şəxs daha sonra götürdüyü krediti ödəmədiyi üçün əmlak satışa çıxarılıb. Villası əlindən çıxan B.Hüseynov qohumu olan Eldar Mahmudova müraciət edib. Bundan sonra MTN əməkdaşları bu işdə adı keçən hər kəsi öz üsulları ilə cəzalandırıblar.

Cinayət işi materiallarından görünür ki, milyonluq villa epizodu üzrə Beytulla Hüseynov dindirilib. O, deyib ki, həmin evi bacısı Nəzakət Zamanovanın əri Taryel Zamanovla birlikdə 2011-ci ildə alıblar. Məqsəd isə evi təmir edib baha qiymətə satmaq və əlavə pul qazanmaq olub.

B.Hüseynov evi 900 min manata Murad Quliyev adlı şəxsə satmağa razılaşdıqlarını deyib: “Muradın həmin vaxt əlində nağd pulu yox idi. Murad Quliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifəli şəxs idi. Evi banka girov qoyub pul götürəcəkdi. Ödənişi də bu şəkildə edəcəkdi. Yeznəm Tariyel Zamanovun adından Muradın tanışının adına etibarnamə verdirdim. Ancaq bir neçə ay keçsə də ödənişi etmədi”.

Beytulla Hüseynov etiraf edib ki, pulunu ala bilmədiyi üçün sabiq MTN-ə müraciət edib. Bundan sonra 2015-ci ildə MTN əməkdaşı Natiq Alıyev ona zəng edib. Alıyev evin bakın girovluğundan çıxarılması üçün 383 min manat lazm olduğunu deyib.

B.Hüseynov ifadəsində bildirib ki, həmin pulun 300 min manatını Murad Quliyev verib: “MTN əməkdaşalrı 300 mini Muraddan almışdılar. 83 min manatın isə mənim ödəməli olduğumu dedilər. Pulu ödəyəndən sonra ev yenidən Tariyel Zamanovun adına keçirildi”.

Şahid qismində B.Hüseynovun bacısının əri Taryel Zamanov da dindirilib. O, 2006-cı ildən 2009-cu ilədək “Rabitəbank” ASC-nin Sahil filialının müdiri, 2009-cu ildən 2015-ci ilədək “Muğan Bank” ASC-nin Sahil filialında çalışıb.

Qalmaqallı villa haqda danışan Zamanov deyib ki, həmin evi 2007-ci ildə Gülnarə Hacıyevadan 560 min manata alıb. Evi təmir edib, baha qiymətə satmaq istəyən Zamanov bu barədə B.Hüseynova müraciət etdiyini deyib.

Zamanov ev təmir edildikdən sonra B.Hüseynovun tanışı Bayram Vəliyev vasitəsi ilə Murad adlı şəxsə 1.2 milyon manata satmağa razlaşdıqlarını, ona etibarnamə verdiklərini deyib: “Bir müddət keçdi. Amma Murad pulu ödəmədi. Bundan şübhələnərək Əmlak Komitəsinə həmin evlə bağlı sorğu göndərdim. Evin başqa şəxsə satıldığını öyrəndim. Bayram Vəliyevlə mübahisə etdik. O, bundan xəbərsiz olduğunu, Muradın dostlarını tandığını, Muradın Moskvaya qaçdığını dedi. Buna görə Muradın tanışları Vaqif və Mehbalı ilə görüşdük. Məlum oldu ki, Murad Vaqifə etibarnamə verib, evi banka qoyublar”.

Danışıqlar sonrasında evin qaytarıldığını deyən T.Zamanov işə MTN əməkdaşlarının qarışmasından xəbərsiz olduğunu bildirib.

Milyonluq villanın girov qoyulduğu “Bank of Azerbaijan” ASC-nin 1 saylı filialının keçmiş rəhbəri Ələddin İbrahimov da bu haqda istintaqa danışıb.

O, deyib ki, 2011-ci ildə Vaqif Məmmədov adlı iş adamı banka müraciət edərək Göyçay rayonu ərazisində şirə və spirtli içkilər istehsalı zavodunun- “Emil-İ” firmasının fəaliyyətinin genişləndirilməsi üçün kredit götürmək istədiyini deyib.

Bunun üçün banka Göyçaydakı iki torpaq sahəsini və Bakıda Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evini girov kimi təklif edib. Yaşayış evi Tariyel Zamanovun (Beytulla Hüseynovun yeznəsinin) mülkiyyətində olub.

Bundan sonra Vaqif Məmmədova 1,5 milyon manatlıq kredit xətti açılıb və ona 450 min məbləğində kredit verilib.

Bank filialının rəhbərinin sözlərinə görə, bir müddət sonra V.Məmmədov ödəniş edə bilməyib. Bunun üçün girov qoyduğu və 1 milyon manat məbləğində qiymətləndirilən villanın satılmasını və borcunun ödənməsinə razılıq verib.

Villaya müştəri kimi “Fidan” şirkətinin rəhbəri Ağaisa Mahmudov çıxıb. A.Mahmudov həmin evi 823 min manata almağa razılaşıb. Mahmudov Vaqif Məmmədovun banka olan 400 min manat kredit borcunu ödəmək və qalan pulu isə nağd qaydada Vaqifə verəcəyi barədə razılığa gəlib.

Milyonluq villa isə bankın razılıq məktubu ilə bankda girov qalmaq şərti ilə notarial qaydada Abdullayev İntiqam Cəlal oğlunun adına rəsmiləşdirilib. Sonra Ağaisa Mahmudov evi təmir edərək köçüb həmin evdə yaşamağa başlayıb və hər ay kredit borclarını ödəyib.

Az müddət sonra keçmiş evin sahibinin Beytulla Hüseynov olması ortaya çıxıb. Beytulla Hüseynov şikayət edib ki, ona məxsus villa qansuz yolla ələ keçirilib.

MTN-ə çağırılan filial müdirindən banka olan kredit borcunun tam ödənilməsini və evin girovdan çıxarılmasını tələb ediblər. Evi də Beytulla Hüseynovun qohumunun adına keçirilməsini istəyiblər: “Kreditin faiz borcunu bankın öz hesabına silməsini istədilər. 383 min manat əsas borc və 218 min manat da faiz borc bağlandı. Faiz borcu bankın hesabına sildik”.

Yeni aldığı villa zorla əlindən alınan iş adamı Ağaisa Mahmudov da istintaqa ifadə verib.

Bankın müştərisi olan Mahmudov girovluqda olan evi almaq üçün sahibi kimi tanıdığı Vaqif Məmmədova 423 min manat pul verdiyini, evin təmiri və mebelləri üçün isə 250 min xərc çəkdiyini deyib. Villanın ümumi dəyəri isə 823 min manata razılaşdırılıb.

MTN-ə çağırılan Mahmudova deyiblər ki, Beytulla Hüseynov aldadılaraq villası ələ keçirilib.

Ağaisa Mahmudovdan əvvəlcə MTN-də saxta aksiz markalarından istifadə etdiyi deyilərək 50 min manatı hədə-qorxu yolu ilə alınıb. Daha sonra isə villanın geri qaytarıması prosesi başlayıb.

“MTN işçiləri Fizuli Əliyev və Natiq Alıyev dedilər ki, bu məsələ ilə bilavasitə Eldar Mahmudovun tapşırığı ilə general Sübahir Qurbanov məşğul olur. Məndən 300 min aldılar. Verməsəm həbs ediləcəyimi söylədilər. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi”.

İstintaqda şahid qismində Vaqif Məmmədov da dindirilib. Bu işdə adı daha çox hallanan V.Məmmədov 20 ildir tanıdığı dostu vasitəsi ilə tanış olduğu şəxslərlə yoldaşlıq etdikdən sonra bu işlərin başına gəldiyini deyib: “Dostum Polad Məmmədov dedi ki, lisenziyası olmayan bir bankın lisenziya alaraq fəaliyyətinə başlamaq istəyirlər. Məni Mehbalı adlı şəxslə tanış etdi. Söhbət zamanı Mehbalı həmin bankın fəaliyyətə başlaması üçün bir milyon lazım olduğunu və bankın idarəçiliyi ilə Murad adlı şəxsin məşğul olacağını söylədi. Mənim də bankda tanışım var idi. Murad Bakıda Ceyhun Hacıbəyli küçəsində özünə məxsus ev olduğunu, banka qoyaraq pul götürə biləcəyimizi dedi. Evin sənədləri Taryel Zamanovun adına idi. Taryel Zamanov da etibarnamə verdi.

Bankdan 400 min manat kredit verildi. Təxminən 4-5 ay sonra Murad telefonlarını söndürdü. Muradın Moskvada olduğunu öyrəndik.

Bundan sonra evin satılaraq kreditin bağlanmasına razılaşdıq. Evi Ağisa Mahmudov aldı. Bir müddət sonra MTN-dən zəng gəlib. Dedilər ki, ev Beytulla Hüseynovundur. O, da Eldar Mahmudovun qohumudur”.

Beytulla Hüseynovun MTN-ə müraciətindən sonra işin ilk araşdırılması tapşırılan zabit Rüfət Abdullayev olub.

MTN-in IV baş idarəndə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rüfət Abdullayev deyib ki, 2012-ci ildə rəisi Ceyhun Şadlinski onu yanına çağıraraq baş idarə rəisi Sübahir Qurbanovun tapşırığına əsasən Beytulla Hüseynova məxsus evin geri qaytarılması ilə bağlı material araşdırmalı olduqlarını tapşırıb. Bu göstəriş isə onlara nazir Eldar Mahmudov tərəfindən verilib: “Beytulla Hüseynova məxsus evin aldadılaraq banka girov qoyulduğunu, daha sonra isə satıldığını bildirdi. Beytulla Hüseynovla iş yerində görüşdük.

Beytulla Hüseynov dedi ki, yeznəsi Taryel Zamanovun adına rəsmiləşdirdiyi evini 1,2 milyon manata Murad adlı şəxsə satmağa razılaşıb. Muradın nağd şəkildə pulu olmadığı üçün evi banka girov qoyub. Pul götürüb həmin məbləği ödəməli imiş.

Beytulla Hüseynov etibarnamə verdirdiyini, amma evi banka qoyduqdan sonra pul ala bilmədiyini dedi. Bu görüşdən sonra məlum olanları rəisim Ceyhun müəllimə məruzə etdim. O, da dedi ki, dələduzluq olduğu üçün bizim səlahiyyətimizdə deyil. Ancaq bu işi nazirin şifahi göstərişi ilə həll edilməli olduğunu bildirdilər. Bundan sonra bu işdə adı çəkilən şəxslərin dindirilməsini başladıq.

Beytulla Hüseynovun adamı Bayramın ofisində baş tutan görüşdə Murad, Vaqif, Mehbalı görüşdülər. Hər biri üzərlərinə düşən pulu banka ödəməklə evi girovdan çıxarıb Beytullaya qaytaracaqları barədə qərara gəldilər”.

R.Abdullayev bu işdə adı keçən iş adamlarından MTN-də pul alınması haqda heç nə danışmayıb.
\\qafqazinfo.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru