Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Tarix: 26-10-2024, 15:55 |
Çap et
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib.
"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə-Daşkəsən Regional Bölməsinə yeni rəis təyin olunub.
Əmrlə İlqar Məhərrəmov sözügedən qurumun rəisi təyin edilib.
Qeyd edək ki, İ. Məhərrəmov Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.