Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                 

"Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir" - Prezident İlham Əliyev
Tarix: 2-09-2017, 16:51 | Çap et
"Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir"
"Bu gözəl bayram günlərində Cəlilabad şəhərinin içməli su problemi də öz həllini tapır. Mən bilirəm ki, uzun illər ərzində su problemi Cəlilabad sakinlərini çox narahat edirdi, su fasilələrlə, gündə bir neçə saat verilirdi. Elə günlər var idi ki, su, ümumiyyətlə, olmurdu. İndi isə bu məsələ birdəfəlik öz həllini tapıbdır və Cəlilabad şəhərinə 24 saat ərzində keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilir. Bu, çox böyük hadisədir, tarixi hadisədir. Mən bunu həmişə qeyd edirəm, bu layihənin icrası onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki bu, sırf sosial layihədir. Bu layihə çox böyük vəsait tələb edirdi və Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, Cəlilabad sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunsunlar".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Ölkə başçısı deyib ki, bu layihənin icrası ölkəmizin inkişafını göstərir: "Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır".

Hazırda içməli su layihələrinin icrasının ölkəmizdə geniş vüsət aldığını qeyd edən prezident əlavə edib ki, qarşıya qoyulan vəzifəyə əsasən, hər bir şəhərin içməli su məsələsi öz həllini tapacaq: "Biz bu məqsədə yaxınlaşırıq. Eyni zamanda, kəndlərdə də, qəsəbələrdə də bu məsələlər öz həllini tapır. Biz müxtəlif imkanlardan istifadə edirik. Həm çayboyu kəndlərdə təmizləyici qurğular quraşdırılır, eyni zamanda, magistral su xətləri çəkilir. Bir sözlə, içməli su problemi Azərbaycanda əsaslı şəkildə öz həllini tapır və tapacaqdır. Deyə bilərəm ki, bu da insan sağlamlığına ən çox müsbət təsir edən amildir. Çünki su həyatdır, təmiz su sağlam həyat deməkdir. Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan dövləti bu məqsədə çatmaq üçün bir çox tədbirlər görür. Siz yaxşı bilirsiniz ki, artıq neçə ildir ölkəmizdə tibbi müayinədən keçən insanların sayı 5 milyona çatıbdır. Biz bu xidməti pulsuz, dövlət hesabına təqdim edirik. Bu, nəyə görə mümkün olub? Ona görə ki, indi hər bir yerdə müasir tibb ocaqları var, o cümlədən Cəlilabad rayonunda. Mən hər iki tibb müəssisəsinin - həm Müalicə Diaqnostika Mərkəzinin, həm də Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Bu iki böyük tibb ocağı Cəlilabad rayon sakinlərinə çox yaxşı xidmət edir. Ümumiyyətlə, Cəlilabad rayonunun inkişafına böyük diqqət göstərilir. Mən rayonda dəfələrlə olmuşam. Bu səfər Prezident kimi mənim səkkizinci səfərimdir və hər dəfə müxtəlif tədbirlərin açılışında iştirak etmişəm. Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib. Qeyd etdiyim kimi, xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, Gənclər Evi, 20-dən çox məktəb tikilib. Dörd kənd yolu layihəsi icra edilib və bu layihələrin icrası imkan verib ki, 100 min əhali bu yollardan istifadə etsin. Çünki bu 4 layihənin əhatə dairəsi çox böyükdür. Bu, 60-dan çox kəndi əhatə edir".

Dövlət başçısı bu gün Cəlilabad-Masallı, Masallı-Lənkəran magistral avtomobil yollarının açılışında iştirak etdiyini də xatırladıb. "Bu da çox gözəl layihədir. İndi Bakıdan Astaraya qədər çox gözəl magistral yol salınır. Əlbəttə ki, bu istiqamətdə yerləşən bütün rayon sakinləri bu imkanlardan istifadə edəcəklər. Cəlilabad şəhəri üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəlki magistral yol şəhər mərkəzindən keçirdi və istər-istəməz bu, müəyyən problemlərə gətirib çıxarırdı, həm yük maşınları, həm də ki, böyük maşın axını insanları narahat edirdi. İndi isə yeni bir trass açılıbdır və beləliklə, bu məsələ də öz həllini tapır", - deyə o bildirib.

Cəlilabadda digər məsələlərin də öz həllini tapdığını qeyd edən prezident vurğulayıb ki, rayonda qazlaşdırma prosesi gedir: "Hələ ki, 70 faiz səviyyəsindədir, ancaq bu, artacaq. Əvvəlki illərlə müqayisədə bu, böyük nailiyyətdir. Ancaq biz çalışmalıyıq ki, kəndlərimiz maksimum qazlaşdırılsın. Cəlilabad rayonunda 100-dən çox kənd var və çalışacağıq ki, kəndlərin əksəriyyətinə qaz xətləri çəkilsin. İçməli su məsələsi bu gün öz həllini tapıbdır. Elektrik enerjisi ilə təminat hesab edirəm ki, problem yaratmır. Əlbəttə ki, sosial və iqtisadi məsələlər gündəlikdədir".

Ölkə başçısı əlavə edib ki, Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlə gedir. "Xüsusilə son vaxtlar kənd təsərrüfatının bütün sahələrinə böyük diqqət göstərilir. Cəlilabadda da vətəndaşlar, sahibkarlar buna çox müsbət reaksiya verirlər və kənd təsərrüfatının istehsalı artır. Eyni zamanda, mənə verilən məlumata görə, indi Cəlilabadda yetişdirilən kənd təsərrüfatı məhsulları xarici bazarlara çıxarılır. Bu, insanların dolanışığı üçün yaxşıdır, ölkəmiz üçün yaxşıdır, ölkəmizə valyuta gəlir. Biz əlbəttə ki, növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərəcəyik. Eyni zamanda, yeni suvarılan torpaqların dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedəcək. Buna böyük ehtiyac var. İndi ölkəmizdə on minlərlə hektar sahədə yeni suvarma layihələri icra edilir. Bu il bu vaxta qədər suvarılmayan 100 min hektardan çox torpağa su veriləcək, gələn il də həmçinin. Cəlilabad rayonunda isə suvarılan torpaqların həcmi o qədər də böyük deyil. Mənə məlumat verilib ki, indi torpaqların təqribən 10 faizi suvarılır. Biz əlavə tədbirlər görməliyik, vəsait ayrılmalıdır ki, suvarılan torpaqların sahəsi böyüsün. Belə olan halda məhsuldarlıq daha da yaxşı olacaq. Əminəm ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, emal müəssisələrinin yaradılması növbəti illərdə Cəlilabad rayonu üçün əsas istiqamət olacaqdır. Bugünkü hadisə çox əlamətdar hadisədir, müqəddəs Qurban bayramına təsadüf edir. Ancaq bu, təsadüfi deyil. Hesab edirəm ki, bu bayram günündə bu layihə Cəlilabad şəhəri üçün gözəl hədiyyədir. Sizi bir daha bu münasibətlə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram", - deyə prezident bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru