Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                 

"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb" - GİLEY
Tarix: 13-06-2019, 10:48 | Çap et
"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb"
”Oğlumu evimizin içində, həyat yoldaşının gözü önündə döydülər. Sonra şərlədilər. Dözməyib, intihar etdi. Amma özünü öldürməyə sövq etdirməklə bağlı kimsə cəza almadı”.

Göyçay rayonunun Hacıağabəyli kəndinin sakini Firəngiz Fətəliyeva belə deyir. O, oğlunun intihara sövq edildiyini, buna rəğmən yerli məhkəmələrin işi ədalətli araşdırmadığını söyləyir.

F.Fətəliyeva deyir ki, əvvəl gündən onların işinə soyuq yanaşılıb. Əvvəlcə Göyçay Rayon Prokurorluğu işi doğru-dürüst araşdırmayıb, sonra da məhkəmələr.

“Hadisə ötən il iyunun 20-də olub. Qonşu ailənin 7 nəfər üzvü oğlumun evinə hücum edərək onu yatağının içində döyüb, ölümcül etdilər. Guya gəlinlərinə sataşıb. Xəstəxanaya apardıq, baxan olmadı. Sonra polisə apardılar. Puldan basıb polislə hədələdilər. Oğlum da dözmədi, intihar etdi. O gün, bu gündür qalmışıq idarələrdə, məhkəmələrdə, ədalət axtarırıq. Ancaq ədaləti bərpa edən yoxdur”.

Ana deyir ki, oğlu döyüləndən sonra xəsarət dərəcəsini müəyyən emək üçün ekspertizaya müraciət ediblər. Həmin ekspertiza rəyini belə bugünədək ala bilmirlər:

“Məhkəmə deyir, prokurorluqdan, prokurorluq deyir, məhkəmədən alın. Nəhayət, Göyçay Rayon Məhkəməsi evə hücum edən 7 nəfərdən 4-ü haqqında qərar verdi. Evə basqın edib, adam döyməyə görə sataşdığı deyilən gəlinin qardaşı və həyat yoldaşına 6 ay həbs, 2 nəfər qadına isə inzibati cəza kəsildi. Onlar ictimai işlərə cəlb edildilər. 33 yaşlı, yeni evli övladımın ölümünə səbəb olublar. 6 ay həbs cəzası və ictimai işlər nədir ki, bunun yanında? Üstəlik, evə hücum edən 7 nəfərin cəmi 4 nəfəri cəza alıb. Buna da cəza demək olarsa. Evə hücum edib, şəxsə yüngül xəsarət yetirmək adı ilə… Sonrasını düşünən yoxdur”.

Firəngiz Fətəliyeva məhkəmənin qərarı ilə razılaşmadığından apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb:

“Biz bununla da razı deyilik. Odur ki, Ali Məhkəməyə müraciət etmişik. Yenə ədaləti bərpa etməsələr, sona, Avropa İnsan Haqları Məhkəməsinədək gedəcəyik. Bizim işimizi düzgün araşdırmırlar, ört-basdır edirlər. Mən buna imkan verməyəcəyəm. Günahkarların cəzasını layiqincə çəkməsini istəyirəm”.

2018-ci il iyunun 20-də baş verən hadisəni Firəngiz Fətəliyeva belə xatırlayır:

“Oğlum Anar Fətəliyev evində yatıbmış. Qonşu ailə evlərinə girərək oğlunu yataqdaca döyüb. Bu, səhər saat 10-da olub. Yazıqda salamat yer qoymamışdılar. 7 nəfər olublar. Onlara necə müqavimət göstərmək olardı? Uşağı stəkanla, daşla al qana boyayıblar. Sonra da çıxıb gediblər. Səbəb kimi də deyiblər ki, guya mənim oğlum səhər tezdən gedib onların gəlininə sataşıb. Halbuki, yazıq uşaq fəhləlikdən yorğun düşüb yatıbmış. Biz onu xəstəxanaya apardıq, vəziyyəti pis idi. Xəstəxanada da normal yiyə durmadılar. Elə bir az özünə gəlmişdi ki, polis gəlib apardı. Axşam heç nə sübut edə bilmədiklərinə görə buraxdılar”.

Ana deyir ki, xəsarət alan oğlunu xəstəxanaya aparıblar. Ancaq orada da ona yaxşı baxan olmayıb:

“Çox soyuq yanaşdılar. Elə bil xalq düşməni idi. Əsasən də ona atılan şərə görə çox pis çökmüşdü. Daha sonra isə hədələr dayanmadı. Polisə ifadəsi zamanı da oğlumu hədələmişdilər”.

Ana bu sözləri oğlunun intihardan öncə yazdığı məktubla əsaslandırır. Deyir, oğlu həm ona atılan şərə, həm də hədələrə dözməyib, intihar edib:

“İntihar etdiyi gün balaca bir vərəqə bir neçə cümlə yazmışdı: “Mən belə yaşaya bilmərəm. Mənə şər atdılar, böhtan atdılar. Məni hədələdilər. Mənə bundan sonra yaşamaq çətindir” – yazmışdı və 2 ay öncə tikdirdiyi tövlədə özünü asmışdı”.

Ana bildirir ki, məhkəmə və prokurorluq istintaqı ədalətli aparmayıb:

“Deyirəm, adam göndərilsin, ekspert gəlsin kəndimizə. Oğlumu qonşudan, dostdan-tanışdan, qohumlardan, nə bilim, sinif yoldaşlarından, kənd camaatından soruşsunlar. Belə bir şey edə bilən oğul olub, olmadığını araşdırsınlar. Bizi dindirsinlər, məsələnin kökünə getsinlər. Heç bir iş görülmür, iş araşdırılmır. Qarşı tərəf iddia edir ki, 3 uşaq anası olan gəlinlərinə sataşıb. Onun evinə səhər saat 10-da girib. Əgər eləydisə, onun evinə niyə həmin vaxt yox, saatlar keçəndən sonra gəliblər? Baş Prokurorluğa da yazmışam. Ədalətli istintaq tələb edirəm. Ancaq baxan, maraqlanan yoxdur”.

F.Fətəliyeva deyir ki, indiyə qədər qonşu ilə hər hansı düşmənçilikləri olmayıb. Oğlunun qapı qonşusu həmin ailənin yaxınıdır:

“Araları yaxşı idi. Gediş-gəlişləri vardı. Birdən-birə nə oldu, bilmirəm. Evli uşaqdı, gül kimi həyat yoldaşı vardı. Başqasına, özü də evli, 3 uşaq anasına niyə baxsın ki? Mənim övladımı intihar həddinə çatdırıblar. Burada ona şər atanların da, polisin də günahı var. Ancaq buna baxmayaraq ədalətli qərar verilmədi. Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxladılar. Digərlərinə isə yüngülvari cəza verib, işi bağladılar. Bu ədalət harada yazılıb?”

F.Fətəliyeva ana kimi Prezident İlham Əliyevdən, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevadan, Ədliyyə Nazirliyi və Baş prokuror Zakir Qaralovdan rica edir ki, oğlu Anar Fətəliyevin özünü asaraq öldürməsi ilə bağlı məhkəmənin ədalətli qərar çıxarmasına və işin yenidən araşdırılması ilə bağlı göstəriş versinlər:

“Ana kimi bağrım çatlayır. Mənim övladımı göz görə-görə ölüm həddinə çatdırmış insanların yüngülvari cəza ilə işin içindən çıxmasına izin verməyin. Bizim kəndimizdə cəmi 40-50 ev, 300-400 sakin var. Yalvarıram, gəlib araşdırsınlar. Mənim oğlum kiminsə qızına, gəlininə sataşacaq biriydimi? Niyə haqsız yerə ölümünə səbəb oldular? İndi hamı həyatına qaldığı yerdən davam edir. Biz isə bədbəxt olduq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru