“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                 

"Üç gündən sonra sağlam adam da burda canını tapşırar..." - VİDEO
Tarix: 2-04-2020, 11:07 | Çap et
"Üç gündən sonra sağlam adam da burda canını tapşırar..."
Gözümü açandan və ağlım kəsəndən Ağdaş rayonunun Ləki kəndində yaşamışam. Bir vaxtlar zəngin təbiəti, çoxlu iş yerləri, özünəməxsus binaları və ən əsası da digər kəndlərdən fərqli olaraq xəstəxanası olan Ləkini sevməmək mümkün deyil. Amma sözümün canı Ləkinin zənginliyi yox, qeyd etdiyim xəstəxanasıdır.

“Qəsəbə balinsa”sı adıyla məşhur olan bu tikili daha çox doğum evi kimi yadımızda qalmışdı. Çünki həqiqətən də xəstəxananın ən böyük uğuru doğum evi kimi fəaliyyət göstərməsi idi. Elə mən özüm də əksər ləkililər kimi gözümü o xəstəxanada dünyaya açmışam. Bundan əlavə, dövrün şəraitsizliyi və kənd həyatını nəzərə alsaq, yüngül xəstəliklərin müalicəsi üçün həmin xəstəxana əlverşli idi.

Təbii ki, heç bir minik vasitəsi olmayan və maddi durumu çətin olan kənd sakinləri elə indi də ilk problemdə, cəmi bir həkimi olan xəstəxanaya üz tuturlar. Lakin uzun illərdir, xəstəxananın demək olar ki, camaatdan heç bir təmənna güdməyən tibii personalı bu xəstəxanada necə və hansı şəraitdə fəaliyyət göstərir, bir Allah bilir, bir də özləri.

"Üç gündən sonra sağlam adam da burda canını tapşırar..."

Onu da qeyd edim ki, xəstəxananın yerləşdiyi ərazidə maraqlı bir görüntü də müşahidə etmişəm. Xəstəxana, musiqi məktəbi və məscid - yanaşı olan bu üç tikili, əslində, insan həyatının xronoloji ardıcıllığını çox yaxşı əks etdirir. Çünki insan xəstəxanada doğulur, evlənir və toyunda musiqi səslənir, məsciddən də son mənzilə yola salınır. Bəlkə də bu xəstəxananın ən böyük təsir qüvvəsi elə yerləşdiyi əraziyə görədir, nəinki, şəraitində və fəaliyyətində.

Bu günlərdə Ağdaş Mərkəzi Xəstəxanası koronavirusla bağlı təcrid tədbirlərinə görə bağlandığı üçün, əlacsız iki yaxın qohumumu həmin Ləki qəsəbə xəstəxanasına aparmışdım. Elə xəstəxananın həyətində, sanki birinci dəfəymiş kimi gördüklərimdən sonra məni dəhşət bürüdü. Uzun illər gəlməyimə baxmayaraq, ilk dəfə idi ki, xəstəxananın bu durumu məni vahiməyə salmışdı. Bəlkə də son günlər dünya çapında baş verən xəstəlik səbəbindən idi... Axı, ölüm qorxusu insanı daha sürətli düşünməyə vadar edir.

Bir neçə tibb bacısı xəstəxananın həyətində dayanıb söhbət edirdi. Xəstəxanın sınıq-salxaq pilləkənlərindən addım-addım həkimin otağına doğru qalxmağa başladıq. Pilləkənin məhəccəri uzun illərdir təmirin nə olduğunu yadırğadığından, müxtəlif rənglərin harmoniyası ilə rəngbərəng olmuşdu. Adam əlini vurmağa da qorxurdu ki, birdən harmoniyaya xələl gələr. Elə ilk addımda bu xəstəxanada müalicə olunan xəstələrin sağalmaqdan daha çox xəstələnmək “şansları” olduğu ağlıma gəldi.
Birinci mərtəbədə sağa-sola boylanıb yuxarı - həkimin otağına qalxdıq. Bura həqiqətən də “sağlamlıq mərkəzi” yox, xəstəxana idi. Təsəvvür edin, xəstəxanada cəmi iki otaq fəaliyyət göstərir. Onlarla tibb bacısının yerləşdiyi və köhnə odun sobası ilə qızındığı rütubətli otaq və xəstələri qəbul edən həkimin ürəkağrıdan kabineti.

Həkimin qapısının ağzında ətrafa boylandım. Nimdaş və boğucu hava, cırıldayan və az qala, darmadağın olmuş döşəmə, nəmlənmiş tavan, lampasız elektrik cərəyanları, su gəlməyən əl-üzyuyanlar, təbii ki, qaz üzünə həsrət qlamış palatalar. Hətta xəstəxananın pəncərələrinə baxanda ha fikirləşdim, lakin yadıma sala bilmədim ki, sonuncu dəfə bu formalı pəncərələri harada və nə vaxt görmüşəm. Yəqin ki, sovet dövründən qaldığı üçün xatırlaya bilməmişdim.

Həkimin otağına girdik. İki elektrik sobası ilə qızdırılan otaqdan qəribə və burnuma yad olan qoxu gəlirdi. Otaqda isə cəmi iki-üç köhnə tibbi cihaz var idi. Ki, onlar da müasir tibbi avadınlıq siyahısından çıxalı illər olub. Hətta ağlımdan keçən ilk cümlə bu oldu: “Bu şəraiti xaricdən gələn bir vətəndaş görsə, adamın cəmdəyinə tüpürər. Tüpürər və deyər ki, siz burada müalicə alırsız?”



Şiddətli qoxuya dözməyib bayıra çxıdım. Gözüm, üzərində 1,2,3,4,5,6 yazılmış palatalara sataşdı. Bekarçılıq və maraqdan bir-bir otaqları gəzməyə başaldım. Vicdanım haqqı, əgər sağlam bir insan eksperiment üçün belə, bir neçə saat bu palatalarda yatsa, elə ağır xəstəliyə düçar olar ki, dünyada ən inkişaf etmiş ölkələrin həkimləri də həmin adamın dərdinə əlac ola bilməz.

Gözümə ən birinci, tarixi məlum olmayan köhnə, demək olar ki, üzərindəki rəngləri getmiş çarpayılar və çarpayıya salınmış üfunət qoxusu verən yataq örtükləri sataşdı. Bu çarpayıda və çarpayıya salınmış örtüklərdə hansı xəstə sağala bilər ki?!

Ətrafa nəzər saldım. Toz basmış, xarab olmuş və suyu gəlməyən əl-üzyuyanlar, işləməyən, qaz xətti olmayan sobaları görəndə ikinci dəfə dəhşətə gəldim. Təbii ki, palatalarda işıq da yox idi. Tavan və döşəmələr də dağılmış vəziyyətdə idi. Əgər bura xəstəxana kimi fəaliyyət göstərirsə və kənd camaatının ümid yeridirsə, hətta Ağdaş Mərkəzi Xəstəxanasının “Avropa standartlarına” uyğun təmir olunduğu deyilirsə, nə üçün bu xəstəxana belə acınacaqlı durumdan əziyyət çəkir? Xəstəxana dövlət səviyyəsində fəaliyyət göstərirsə, nə üçün dövlət tərəfindən təmir olunmur? Axı, o xəstəxanaya pənah aparan çox sayda insan var!

Yadıma düşmüşkən onu da qeyd edim ki, bir vaxtlar Ləkidə Təcili Tibbi Yardım Xidməti də fəaliyyət göstərirdi. Lakin onu da bu kənd camaatına çox görüb ləğvinə qərar verdilər.

Elə bu düşüncələrlə hamılıqla xəstəxanadan ayrıldıq. Məscidə və musiqi məktəbinə baxıb maşına əyləşdim və deyinə-deyinə yola düşdüm. Son gördüyüm maraqlı mənzərə isə pəncərəsinə, adi karandaşla məktəbli dəftərinin vərəqinə “maska yoxdur” yazısı yazılmış aptek oldu...
Mərahim Nəsib//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Dünən, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Dünən, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Dünən, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Dünən, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Dünən, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Dünən, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Dünən, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Dünən, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Dünən, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Dünən, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Dünən, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Dünən, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Dünən, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Dünən, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru