"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                 

Arif getdi, bəs onun bir barmaq işarəsi ilə Göygölü talayanlar necə olacaq? - İTTİHAM
Tarix: 25-05-2020, 10:42 | Çap et
Arif getdi, bəs onun bir barmaq işarəsi ilə Göygölü talayanlar necə olacaq?
Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Rayon sakinləri bu sərəncamı çoxdan arzuladıqları üçün sevinclə qarşılayıb.
Demokratik.Az-ın məlumatına görə, 2006-cı ilin fevralından özünü rayonda "basılmaz ağa" kimi aparan Seyidovun özbaşına əməlləri barədə yerli mətbuat orqanlarında çeşidli yazılar yayılsa da, onun öz vəzifəsini daşıya bilməyən bacarıqsız icra başçılardan biri olsa da 14 il eyni postu necə asanlıqla qamarlaya bilməsi daha çox maraq doğurur. Bunun bir sıra səbəbi və səbəbkarları da var ki, bəzi məlumatlarda adıçəkilənin sabiq PA rəhbəri Ramiz Mehdiyevə yaxın kadr olduğu iddia edilir.
Amma, artıq bütün bunların heçbir önəmi qalmır, digər başçılar kimi rüşvətxorluq və korrupsiya yolu ilə əlində cəm etdiyi sərvətlərini, bizneslərini, hektarlarla torpaq sahələrini və bu kimi maddi qənimətlərinin siyahısını tirajlamağın da cəmiyyətə bir faydası görünmür. İndi bunlar aparıcı media qurumlarında da parıldadıqca, daha çox gecikmiş qınaq effekti də yaradır.
Əsasən, rayonun bələdiyyə sədrlərinin əli ilə torpaqların talançılığı, qaba davranışları, paqondaşıyan övladının eyş-əyləncəli bahalı maşınları yazanda adam durdurulmalı, cəzasını almalı idi, artıq olanlar acı bir keçmişdir. Göygöl sakinləri itirdiyini itirib, gedən də qazandığını qazanc edib, getdi, oxşamışları kimi də ömrünün sonuna kimi xımı-xımı yeyib keyfini çəkəcək. İqtisadi-sosial inkişaf baxımından, regionun turizm potensialında tormozlayıcı amil baxımından təəsüf, Göygöl rayonu düz 15 ilini itirdi.
"Demokratik.Az"-ın məlumatına görə, Göygöl sakinləri indi bu rəddin sonrakı və daha vacib olacaqlarında maraqlıdırlar.
Məsələn, Arif Seyidovu tezliklə kim əvəz edəcək, yeni təyinat özü ilə hansı innovativ yanaşmalar gətirəcək?
Arif Seyidovun hesabına hazırda rayonda vəzifə daşıyan məmurlar da təxirəsalınmaz islahatlara məruz qalacaqmı?
Yeni gələn rayonu 95 faizlik büdcə asılılığından xilas üçün hansı əməli işlər görə biləcək?
İcra başçılarına qarşı DTX-nın təşkil etdiyi xüsusi əməliyyatlar və son hadisələr bir daha göstərdi ki, yerlərdə özlərini "xan" kimi, bəyzadələr kimi aparan icra başçılarının qudurğanlığına təkcə özlərindəki avtobioqrafik xüsusiyyətləri deyil, varlanmaq eşqilə döyünən vəhşi istəklərinə şərait yaradan yarıtmaz prokuror, rəis, məhkəmə, tasa oturan idarə və müəssisə rəhbərlərinin varlığı təkan verib. Yəni, rayon rəhbərliyi inzibati resurs imkanlarından istifadə etməklə, əsasən hüquq mühafizə orqanları ilə birləşərək rayonda kor atlarını dördnala çapa biliblər.
Əldə etdiyimiz səhih bilgilərə görə, hazırda rayonda vəzifə daşıyan, rayonun maddi-inzibati imkanlarından istifadə edərək varlanan şəxslərin böyük əksəri "Arif Seyidovçu"lardır.
İcra Hakimiyyəti strukturunun özünə nəzər salsaq görürük:

1) Əliyev Turani Həmdəm - İHB-nin 1-ci müavini;
Bu şəxsin hazırki vəzifəyə təyinatı 2006-cı ilə, birbaşa Arif Seyidovun gəlişinə təsadüf edir. Rayonun ən qalmaqallı və ən varlı məmurlarından biri sayılır. 2006-cı ildə sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən şəhər icra nümayəndəsi postundan qovulub, Seyidov tərəfindən İHB-yə müavin gətirilə bilib. Prezident sərəncamında olsa da, heç vaxt Seyidovun qanunsuz davranışlarına, fəsadlı sərəncam və qərarlarına narazılıq səsini ucaltmayıb.

2) Məmmədov Elşən Mirzə - Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri;
Əvvəllər ststistika idarəsinin müdiri olub, yetərli bilgiyə və savada sahib olmasa da, məhz Arif Seyidov tərəfindən önə çəkilib. Atası Mirzə Məmmədov Seyidovun ən yaxın dostlarından sayılır və uzun illərdir Seyidovun təyinatı ilə İHB-nin Göygöl şəhəri üzrə nümayəndəsidir.

3) İbrahimova Kəmalə Xanlar qızı - Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri;
Başçının ən sevimli xanım kadrıdır. Arif Seyidov tərəfindən rayon 1 saylı orta məktəbinin direktor müavinliyindən birbaşa İHB-yə yüksək vəzifəyə gətirilib. Seyidovun həmyerlisidir və onunla yaxın qohumluq əlaqələrinə sahibdir.

4) Muradov Ramin Akif - Sektor müdiri - baş mühasib;
Arif Seyidovun bacısı qızının həyat yoldaşıdır, Seyidovun təyinatı ilə birbaşa İHB-yə eyni vəzifəyə daşınıb.

5) Qasımov Allahşükür Mirməhəmməd oğlu - Başçının köməkçisi;
2006-cı ildən Arif Seyidovun köməkçisidir və Seyidovun bibisioğludur. Daha çox Ruzigar ləqəbilə tanınınb, hərbu xidmətkeçməsə də, Seyidovun hesabına dövlət qulluqçusuna çevrildiyi deyilir.

6) Məmmədov İlqar Müseyib - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Şöbə müdirinin müavini;
Arif Seyidov tərəfindən vəzifə yiyələnib. Sabiq başçının dostu, Toğanada yerləşən Göygöl balıq vətəgəsinin rəhbəri İlham Məmmədovun qardaşıdır.

7) Hacıyev Vüqar Feyzulla - Memarlıq və tikinti şöbəsinin müdiri;
Arif Seyidovun həmyerlisi və yaxın qohumudur. Vəzifəyə Seyidov tərəfindən taclandırılıb.

8) Eyvazov Ariz Əlif - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;
İHB-də təmsil olunan ən savadsız məmurlardan birincisidir. Uzun illər Arif Seyidova İHB-də "sözdaşıyanı" funksiyasını yerinə yetirib. Hazırki posta Seyidov tərəfindən yiyələnib.

9) Əli Qasımov - Rayon İHB-də Həmkarlar təşkilatının sədri;
Sabiq icra başçısının hesabına rayon "Kommunal Təsərrüfatı İstehsalat Birliyi"nin sabiq müdiri olub. Arif Seyidovun yaxın əlaltılarından sayılır.

Rayon idarə və təşkilatlarında da Seyidovun rəddinə üzülən, məmur qiyafələrini ona borclu bilənlər az deyil.
Onlardan aşağıdakılar daha həssas diqqət çəkir.

Ayazi Paşayev - Dövlət Sosial Müdafiə Fondunun hazırki müdiri;
Arif Seyidovun rayona rəhbərliyi dönəmində Kapitalbank Göygöl filialının rəhbəri olub. Seyidovun qeyri-rəsmi göstəriçlərini yerinə yetirməklə, bankdakı maliyyə fırıldaqçılığı səbəbindən illər öncə cinayət işi açılmaqla bank sistemindən qovulub. Ardından, Seyidov tərəfindən DSMF-yə müdir postuna yiyələnib. Özünü kollektivin və yaxın ətrafının hüzurunda sabiq deputat, hazırda Qaçqınkom rəhbəri olan Rövşən Şükür oğlu Rzayevin də yaxın dostu kimi təqdim edir.

Nazim Hacıyev- Göygöl rayon Məşğulluq Mərkəzinin rəhbəri;
Seyidovla dostluğunu rayonda az adam bilmir. İki il məhz, sabiq başçının iradəsilə rayonda bu vəzifəni sahiblənib. İşsizliyin aradan qaldırılması istiqamətində, Arif Seyidovun şəxsi mövqeyinə sığınan hərəkətlərlə seçilib. İş metidunu daha çox Seyidovun tapşırıqları ilə həyata keçirib.

Elbrus Atayev - Göygöl rayon Təhsil şöbəsinin müdiri;
Əvvəllər şəhər 1 saylı orta məktəbin direktoru olub. Məhz Arif Seyidovun istəyilə RTŞ-nə rəhbərlik etməkdədir. Sabiq başçının həmyerlisi və yaxın qohumudur.

Məmmədov Mirzə Bayraməli - Göygöl şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi;
İcra başçısının köhnə dostlarından biridir. Şəhər üzrə heç bir işi müstəqil həyata keçirməyən, bütün şikayət və təkliflərin həllini Arif Seyidova yönəldən məmurlardandır. Seyidovun təqdimatı ilə uzun illərdir ki, bu vəzifənin sahibidir. Müavini Ədalət bəyin Seyidovla bacanaq olması ŞİH-in Seyidova hansı həddə inhisarında olduğuna dəlalət edir.

Əliyev Oktay Məmməd - Göygöl rayonu üzrə Maliyyə idarəsinin rəisi;
15 ildir ki, rayon maliyyə idarəsinə sahiblik edir. Bu illər ərzində Seyidovun tapşırığı ilə çoxsaylı maliyyə əməliyyatları edərək korrupsiyaya yol açdığı bilinəndir.

Аbbasov Zaur Firudin - Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi;
Bu məmur da Göygöldə Seyidova fərdi xidmətlərilə tanınıb. Heç bir idman nailiyyətlərindən danışmağa haqqı çatmayan, rayonda idmanın inkişafına fərdi əməyi olmayan bir "Seyidovçu"dur. İcra başçısının bacısı oğlanları ilə dostluğu fonunda idarə rəisi təyin edilib.

Səfiyar Rəhimov - Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru;
Təqaüd yaşını tamamladıqdan sonra, rayonun "baş elektrik montyoru" S.Rəhimova da Seyidov sahib çıxıb. İllər əvvəl məhz bu şəxs rayonda "təmizlik müdiri"nə çevrilə bilib.
"Demokratik.Az" olaraq yazılanların doğruluğunu daha aydın sezmək üçün diqqətinizə onu da çatdıraq ki, adıçəkilən şəxslər daima rayonda icra başçısı yanında şuranın üzvləri olublar.
Daha bir həqiqət də diqqət çəkir. Sabiq icra başçısının seçkiyə qanunsuz müdaxilələri sayəsində: Mikayıl Hacıyev - Göygöl şəhər Bələdiyyəsinin 15 ildir ki, təyinatlı sədridir;
Bələdiyyə sdərinin fəaliyyətinə nəzər saldıqda, 100-lərlə (0,6 ha olmaqla-red) həyətyanı torpaq sahələrinin Seyidov və yaxınları tərəfindən "işğal" edilməsinə, əsasən varlılara satılaraq kütləvi halda talanmasına şahid oluruq. Özünüidarə qurumu 15 ildə bir dəfə olsun seçicisinə - yerli sakinlərə hesabatı olmayıb, ancaq Arif Seyidova tabeli şəxs kimi davranıb. İHB-nin arxasındakı küçədə sıralanan evlər sözümüzün nədən getdiyini aydın edir.
Bu arada, Arif Seyidovun alternativsiz biznesmen şəriki Məhsub Dursunovun varlığını da unutmaq alınmır. Hər kəs bilir ki, son illər sabiq başçının şəriki "ƏMİNƏ" MARKET brendi altında rayonda ərzaq mallarının inhisarçısına çevrilməkdədir. Şəriklərin rayon ərazisində yeni tikilmiş 3 ədəd irihəcmli "mağazalar şəbəkəsi" mövcuddur. Şəhər avtovağzalındakı "ƏMİNƏ" marketin və MTS adlanan ərazidəki obyektlərin qarşısında qanunsuz maşın saxlanmasına Göygöl İHB-nin şurasının qərar verməsi "Seyidovçu"luğun qudurğanlığına gur işıq salır. Aldığımız bilgilərə görə, Seyidov və şəriki rayonda sahib olduğu biznes məşğuluyyətlərilə küllü miqdarda pul qazansalar da, həm Vergi orqanını, eləcə də, DSMF-nin rəhbərinin laqeydliyi ilə aidiyyatı dövlət qurumlarını aldadıblar. Dövlət nəfinə ödəməli olduqları vəsaitləri isə hara xırıd etdiklərini özləri bilir.
İnanırıq ki, islahatlar dalğasının gətirdiyi xoş dəyişim təkcə icra başçılarının özünü deyil, Arif Seyidovun yaxın ətrafının timsalında, bütünlüklə öz vacib səlahiyyətlərini bir şəxsin maraqlarının qorunmasına yönəldən qulbeçə məmurların likvidasiyasına da yönələcək.
Arif Seyidovu illərdir dəstəkləyən, onun harınlamasında iştirak edən, çete halında birləşərək Göygöl rayonuna və sakinlərinə vandal ruhiyyə aşılayan bütün yarıtmaz məmurlar da öz kürsülərindən rədd olub getməlidirlər. Şübhəsiz, elə də olacaq, rayonun aparıcı icra strukturunun Seyidovçu qulbeçələrdən tamamilə təmizlənəcək. Nəticədə, ümidvarıq ki, yeni formalaşacaq məmur komandası Göygöl sakinlərinə özlərini daha çox qulluqçu biləcək, perspektivli və nəzakətli davranışları ilə rayonumuzu irəli aparacaq.
Demokratik.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Bu gün, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Bu gün, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Bu gün, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Bu gün, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Bu gün, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Bu gün, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Bu gün, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Bu gün, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Bu gün, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Bu gün, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Bu gün, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Bu gün, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Bu gün, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Bu gün, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Bu gün, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Bu gün, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Bu gün, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Bu gün, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Bu gün, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Bu gün, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Bu gün, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Bu gün, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Bu gün, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Bu gün, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru