Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                 

«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR - GİLEY
Tarix: 16-03-2021, 09:23 | Çap et
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli, zaman-zaman hər kəsin diqqətini cəlb edib. Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən, yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elmdir və bu sahə canlı və cansız оrqanizmlərin bir-biri ilə, həmçinin хarici mühitlə qarşılıqlı əlaqələrini tənzimləyir, оnların yaşayış tərzində, inkişafında, çохalmasında belə bir amillərin rоlu olduqca böyük olur. O da hər kəsə bəllidir ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət, bu gün də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Belə ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizə olunması, mütərəqqi texnologiyaya əsaslanan yeni müəssisələrin inşa olunması, yaşıllıqların və parkların salınması və s. məqsədilə atılan addımlar, məhz ölkəmizin ekologiya sahəsinin inkişafında mühüm rol oynadı. Bu yöndə atılan addımların nəticəsidir ki, indiyə kimi ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub.



İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin varlığı zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri, məhz ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Qanunun belə bir tələblərinin varlığına baxmayaraq, 28 dekabr 2020-ci il tarixdə «Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları olmazın hoqqalara qol qoyub, bənzəri olmayan qanunsuzluğa imza atırlar. Yəni, adı çəkilən qurumun əməkdaşları 2-ci mədən sahəsində, 41 saylı neft quyusunun həndəvərində yaşayan Cəlilabad rayon sakini Kərimov Ramil Ağakərim oğlunun, təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqları elə bir formada məhv edirlər ki, ümumi mənzərəni görən hər kəsin sanki görən gözlərindən “qan axır”.



Onu da qeyd etmək yerinə düşər ki, həmin ərazilər «Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsinin balansında olsa da, indiyə kimi həmin ərazilərdə çoxsaylı yaşayış evləri inşa olunub, bu gün də inşa olunmaqdadır. Qaldı ki, Ramil Kərimov adlı şəxsin ərsəyə gətirdiyi yaşıllıqların məhv edilməsinə, bu başqa bir söhbətin mövzusudur. Yəni, dolaşan söz söhbətlərə görə təqribən 15-16 il ərzində ərsəyə gətirilmiş yaşıllıqların məhv edilməsində, «Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsində vəzifə sahibi olan bəzi şəxslərin xüsusi marağı olur. Ona görə də həmin şəxslər bu yöndə addımlarını atmazdan öncə, həm Balaxanı bələdiyyəsi sədrinin imkanlarından, həm də qeyd olunan ərazidə yaşayan bəzi sakinlərin rolundan məharətlə istifadə etməyi bacarırlar. Bunun üçün onlar ilk əvvəl qonşular adından ərizə yazırlar və həmin ərizədə qeyd olunur ki, “Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusunun həndəvərində yaşayan, həmçinin Sabunçu rayonunda qeydiyyatda olan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin yerdə qanunsuz tikinti işləri aparmaq qərarına gəlmişdir. Ona görə də, bu şəxsin qanunsuz əməllərinin qarşısının alınması, ərazidə əmələ gələn törtöküntülərin aradan qaldırılması, eyni zamanda ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılmasını xahiş edirik”. Onu da bildirək ki, yazılmış ərizə haqda bəzi qonşuların xəbəri olmur, bəzi qonşuları isə müxtəlif adlar altında aldadılır və belə bir yolla da həmin ərizəyə imza çəkdirirlər. Ərizəyə imza atan şəxslər A.Əhmədova, P.Qasimov, A.Səlimov, S.Hacıyeva, Nəsibə Əliyeva, M.Kamranova, Ruslan Eyyubov və Rəhilə Bəhrəmova olurlar.



Bundan əlavə yazılmış ərizənin hüquqi əsaslandırılması üçün, 03 fevral 2021-ci il tarixdə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları, qeyd olunan məsələ ilə bağlı bir akt da tərtib edirlər. Tərtib olunmuş aktda yazılır: “Balaxanı Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə, yəni həmin quyunun təhlükəsizlik zolağında Cəlilabad rayonunda qeydiyyatda olan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin ərazidə qanunsuz tikinti işləri aparmağa qərarlıdır. Kəsilmiş ağacların foto-şəkilləri çəkilmiş və bunlar tərtib olunmuş akta əlavə olunmuş, həmçinin qeydiyyatı da aparılmışdır” deyə qeyd olunur. 3 fevral 2021-ci il tarixdə tərtib olunmuş aktı 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədova, 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Vüqar Mirbala oğlu Qasımov, Balaxanı Neft-Qaz Çıxarma idarəsinin hüquqşünası Rəşad Rəfayıl oğlu Çovdarov və Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu imzalayırlar.

Elə ki, baş verən olaylarla bağlı həyata keçirilmiş video-görüntülərə diqqət yetirirsən, o halda bəlli olur ki, 2-ci mədən sahəsinin 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə salınmış yaşıl ağacları, ağır texnikadan istifadə etməklə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları kökündən çıxarmışlar. Yəni, həmin yaşıl ağacların kökündən çıxarılması, az sonra elektrik mişarları ilə doğranıb ərazidən daşınması və s. kimi işləri bu qurumun əməkdaşları həyata keçirmişlər. Bu da onu söyləməyə tam şəkildə əsas verir ki, həm yazılmış ərizə, həm də tərtib olunmuş akt saxtadır.



Digər tərəfdən, bu yöndə atılan addımlarla bağlı həyata keçirilmiş video-çəkilişlərə diqqət yetirib realllığı gördükdən, həmçinin əməkdaşımızın əldə etdiyi məlumatlara istinad etdikdən sonra, mövcud problemin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məktub ünvanladıq. Ünvanladığımız məktuba verilmiş cavabda qeyd olunub: “Bu məsələ ilə əlaqədar məktuba Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmış, həmçinin bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılarkən bəlli olur ki, vətəndaş Kərimov Ramil Ağakərim oğlu tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması məqsədilə ağacları kəsildiyi müəyyən edilmişdir. Balaxanı bələdiyyəsinin və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qanunsuz tikintinin qarşısı alınaraq yaşıllıq zolağı bərpa edilmiş və ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır”. Qeyd edək ki, ünvanladığımız məktuba 01 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayevin imzası ilə təsdiq olunmuş № 210820200294 saylı məktubla cavab verilib.



Elə ki, 28 dekabr 2020-ci il tarixdə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları, Kərimov Ramil Ağakərim oğlunun təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqları məhv edirlər, o halda o, bu yöndə atılmış addımdan gec xəbər tutur və ləngimədən qeyd olunan əraziyə gəlir. Hətta o, ərsəyə gətirdiyi yaşıl ağacların ağır texnikanın vasitəsilə kökündən çıxarılması ilə bağlı video-çəkiliş də həyata keçirir. Az sonra o, mövcud problemlə bağlı yazmış olduğu ərizəsini, həmçinin həyata keçirdiyi video-çəkilişi diskə köçürüb Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinə ünvanlayır. Bu şəxsin göndərdiyi şikayət ərizəsinə, 04 fevral 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən Rəvan Tağıyevin imzası ilə təsdiq olunmuş № 26/kol-072 saylı məktubla cavab verilir. Cavab məktubunda qeyd olunur: “Məsələ ilə əlaqədar Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu yazdığı izahatında bildirir ki, “Abadlıq işləri aparmaq məqsədilə əraziyə gəldikdə gördük ki, bir neçə ağac kök hissəsindən çıxarılmış, bəzi çıxarılmış ağaclarla əraziyə hasarlar çəkilmiş, həmin hasarlar sökülmüş və kökündən çıxarılmış ağaclar elektrik ağackəsən mişarı ilə kəsilmiş və maşınlara yığılaraq ərazidən daşınmışdır”. Elə ki, tərəfimizdən araşdırmalar aparılarkən ərazinin əvvəlki görünüşü ilə sonrakı görünüşünü müqayisə etdik, o halda bəlli oldu ki, ağaclar kök hissəsindən çıxarılaraq məhv olunmuşdur. Təqdim olunan video-görüntülərdən də bəlli olur ki, Balaxanı əməliyyat şirkətinin əməkdaşları ETSN-nin rəyi olmadan və nəzərə almadan, həmin ağacları texnika vasitəsilə kökündən çıxarıb məhv etmişlər. Faktla bağlı Balaxanı əməliyyat şirkəti barəsində protokol tərtib edilərək hüquqi şəxs qismində qərar çıxarılması üçün, toplanmış materiallar aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir”.

Bütün bunlar onu göstərir ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsində bəzi vəzifə sahibləri hansısa maraqlarını güdürlər ki, bu cür oyun qaydalarına imza atmağı özlərinə rəva bilirlər. Bugünlərdə isə sakinlər arasında belə bir məlumat dolaşır ki, Ramil Kərimovla ixtilafda olan və pərdəarxası Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ilə “sıcaq münasibət” qurmağı bacaran, həmçinin yazılmış saxta ərizəyə, tərtib olunmuş saxta akta hər dəfə birinci şəxs olaraq imza atan və 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədovanın dayısı Nazim adlı şəxs, məhz bu gün də “makler”lik fəaliyyəti ilə məşğul olur. Belə bir səbəbdən də, hər iki şəxs Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ilə aralarında olan “isti münasibət”lərdən istifadə edib, qeyd olunan ərazini ələ keçirmək niyyətindədirlər.

P.S. Əldə etdiyimiz müəyyən məlumata görə, bu gün səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin Təsərrüfat xidmətinin rəhbəri Vahid Əbdülhəsənov, təsadüfən qeyd olunan ərazidə Ramil Kərimovun anası Xatirə xanım Kərimova ilə rastlaşır. Həmin an o, Xatirə xanıma “Oğlun özünü çox “cırıb-dağıdır”, elə etməsin ki, məhv edilmiş ağacları onun boynuna qoyduraq və özünü də “KPZ”-yə saldıraq” deməkdən də ehtiyat etmir.

Mövzu diqqətimizdədir.
//deryaz.az//

«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru