“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                 

TƏBİB-lə Nazirliyin “COVİD terroru” - iki nəfərə bir peyvənd, xəstəxanalarda gestapo, morqlarda rüşvət...
Tarix: 31-03-2021, 09:57 | Çap et
TƏBİB-lə Nazirliyin “COVİD terroru”
Kamyunun “Taun” romanı acı həqiqətlə finişə çatır və pessimizmin kulminasiya nöqtəsi sayılır: “Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə yasa çevrilə bilər.
O bilirdi ki, sevincdən qışqıran əhali çox şeydən bixəbərdir. Çünki onlar bilmirlər taun mikrobu nə ölür, nə yoxa çıxır...”
Azərbaycanda əhaliyə 1 il ərzində yaşadılan karantin stressi eynilə bu romanın finişinə oxşayır. Hər dəfə karantin yumşaldılanda insanlar sevincək olurlar ki, pis günlər geridə qaldı.
Amma çox keçmir, infeksiyaya yoluxma artır və pis günlər hələ irəlidə olur. İnsanlar artıq pandemiyadan nəinki yorulublar, artıq 2021-ci ildən də əllərini üzüblər.
Heç kəsdə inam qalmayıb ki, iyunun 1-də karantin tamamilə götürüləcək. Yox-yox, ilin sonuna qədər bu və ya digər şəkildə karantin şəraitində yaşamalı olacağıq. Bütün bunlar bir yana, həmçinin pandemiyanın yaratdığı iqtisadi çətinliklər, psixoloji pozuntu, ictimai nəqliyyatın birinin qapadılıb, digərinin açılması - hər şey aydındır, deyilib, yazılıb, Operativ Qərargahı dönə-dönə yıxıb-sürüyüblər, çi fayda?!
Anaxeber.info bildirir ki, indi yoluxmanın kəskin artdığı zamanda yeni heyrətamiz iddialar meydana çıxmaqdadır. Və səslənən ittihamlara nə TƏBİB, nə Səhiyyə Nazirliyi cavab verir. Hər iki qurumun rəhbərləri - Ramin Bayramlı və Oqtay Şirəliyev “qeybə çəkiliblər”.
Nədən ibarətdir bu iddialar – araşdırmaçı jurnalist Aynur Elgünəş yazır ki, bir peyvəndin iki nəfərə vurulması hallarına yol verilir. Bu, cinayətdir.
Sitat: “Bir neçə həkimin xəbərdarlığıdır. Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir.
Ona görə də 1 peyvəndi 2 nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib.
Təbii neynəsək də, bu cür üsullara əl atan alçaq sürüsü ilə bacara bilməyəcəyik. Yenə də çalışaq. Məsələn, peyvəndi yanınızda açılmasını və vurulmasını tələb edin. Düzdür, bir neçə dəfə tibb bacısının “bizə tapşırılıb ki, çəkib gətirib vuraq” kimi hallarla da qarşılaşanlar olub. Bu, qayda deyil, tələb etmək, sizə vurulan peyvəndi görmək haqqınızdır.
Həkimlərin sözlərinə görə, peyvəndə belə “qənaət”in səbəbi odur ki, yerdə qalanı özəl klinikalarda satırlar. Məncə, o kameraları yataq otaqlarında deyil, TƏBİB-in, Səhiyyə Nazirliyinin kabinetlərində quraşdırsanız, daha maraqlı və faydalı görüntülər əldə edərsiz”.
Dəhşətli ittihamdır. Xalqa qarşı aşkar cinayət əməlidir. Peyvəndlərin özəl klinikalarda satılması üçün biznes quranlar süni şəkildə vaksin defisiti yaradırlar və bu yolla həm əhalini aldadırlar, həm dövləti sabotaj edirlər. Bəs bu mafiya kimdir? Hansı qüvvələrdir ki, TƏBİB və Səhiyyə Nazirliyi araşdırma aparmır?
Biznes maraqlarını xalqın ən bəlalı günlərində də üstün tutan dərman mafiozları, səhiyyə caniləri peyvəndi belə əhaliyə rəva bilmirlər. Bu iddialar ortalıqdadır və ötən gün sosial şəbəkələrdə ən çox paylaşılan məlumatlardan biriydi.
Amma nə O.Şirəliyev, nə R.Bayramlı kabinetindən başını çıxarıb deyilənlərə münasibət bildirdilər. Belə bivec məmurlarla epidemiyaya necə qalib gəlmək olar?
Bir Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya baxın, hər gün xalqa hesabat verir, təhlilləri açıqlayır, ümumi epidemioloji durumu izah edir, bizimkilərsə bir peyvəndi iki adama vurmaqla yoluxma sayının dolayısı ilə artımına səbəb olurlar. Bu, xalqa COVİD19 “terroru” törətməkdir.
Anaxeber.info bildirir ki, korona ilə mübarizədə özbaşınalıqlar təkcə peyvəndləmə ilə məhdudlaşmır. Xəstələrə, xüsusən ağır vəziyyətdə olanlara qarşı səhlənkarlıq, laqeydlik sərgilənir. Redaksiyamıza ayrı-ayrı oxuculardan, yaxın çevrədəki informasiyalı mənbələrdən gələn xəbərlərdə deyilir ki, özəlliklə Zığda yerləşən Fövqəladə Hallar Nazirliyinə aid modul tipli xəstəxana gestapo və morqa çevrilməkdədir.
Bu xəstəxanaya diri girən ölü çıxır. Səbəb xəstələrə yaxşı qulluq olunmaması, oksigen aparatına qoşulanların boğazı quruduğu halda damcı su təminatının olmaması, biganəlik, etinasızlıq, ölümün pəncəsinə atılmaqlıqdır bu...
Zığdakı bu xəstəxana ilə bağlı dəfələrlə şikayətlər olub, amma qulaqardı ediblər. Son günlərdə yenə narazılıqlar dilə gətirilir, tanışı, adamı olmayan xəstələrə yaxşı xidmət göstərilmədiyi, tapşırıqla yerləşənlərə yüksək müalicə olunduğu iddiaları səslənir.
Koronavirusla yanaşı bəlaya çevrilən Azərbaycan səhiyyəsinin başbilənlərinin, TƏBİB və Nazirliyin yarıtmaz fəaliyyətinin ucbatından infeksiya qurbanlarının sayı artır. Ən dəhşətlisi isə bu virusdan ölənlərin başına açılan oyunlardır. Belə ki, əksər qurbanlar Sabunçu rayonu 3 saylı xəstəxananın morquna gətirilirlər. Burada isə rüşvət işə düşür.
Ölənin cənazəsini gətirən sürücüdən tutmuş morqda kəfənləmə proseduruna qədər pul işləyir. Əgər morqda meyitlər çoxdursa, pulu olanlar içəri daxil olur, sövdələşir, 100 manat ödəniş edir, özünkünün yuyulması, kəfənləməsini qabağa salır.
Bütün bunlar fəlakətdir və xalq bilmir ki, özünü virusdan qorusun, yoxsa səhiyyədəki rüşvət virusunun caynağından xilas olsun. Amma bu qədər ittihamlara qarşı TƏBİB və SN-də immunitet formalaşıb, donublar, dinmirlər, sanki ECMO aparatına qoşulublar, səsləri çıxmır.
Buna isə cavab verilməlidir. Uğursuz karantin-karantin hoqqabazlığı ilə əhalini həyatını bir ildən çoxdur ki, cəhənnəmə çevirənlər bu yaramazlıqlara - bir peyvəndin iki nəfərə vurulmasına, Zığdakı xəstəxanada yaşananlara, morqlarda baş verənlərə görə xalqa hesabat verməlidirlər...
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru