Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                     Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama .....                     Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün .....                     BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu .....                     “Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub .....                     “Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən .....                     Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil .....                     Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin .....                     Ordumuzun zabiti faciəli şəkildə öldü .....                     Xankəndidə erməniəsilli qadın ölüb .....                     MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır .....                     Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir .....                     Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                     Xəlil Göyüşov həbs oluna bilər .....                 

Naxçıvanda YENİ HƏBS ANONSU... - KİM(LƏR)İN QOLUNA QANDAL VURULACAQ?..
Tarix: 31-05-2024, 09:22 | Çap et
Naxçıvanda YENİ HƏBS ANONSU...
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində audit yoxlamasını yekunlaşdırıb.

TNS-in əldə etdiyi məlumata görə, auditin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir.

Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin plenar və komitə iclaslarında da müzakirə olunub.

Müzakirələrdə deputat Elman Cəfərli deyib ki, yoxlamalar 2024-cü ilin 24 yanvar 1 aprel tarixləri arasında muxtar respublikanın Təhsil Nazirliyində və tabeliyində olan qurumlar üzrə aparılıb. “Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Komitə iclasında bu məsələnin müzakirəsində təhsil nazirinin müavini də iştirak edirdi. Mən şəxsən həmin sualı ünvanladım, aydın oldu ki, siniflərin komplektləşdirilməsində həqiqətən ciddi problemlər var. Maraqlıdır ki, bu problemlərin davam etməsi şüurlu şəkildə qəbul olunub. Təhsil nazirinin müavini mənim "şagirdlərin sayının şişirdilməsi, gərək olmadığı, qanunvericiliyə, təlimata uyğun olmadığı halda siniflərin yaradılması və ya açılması məsələsinə niyə göz yumulur" sualıma belə cavab verdi ki, onları ləğv etsək, 300-ə qədər müəllim işsiz qala bilər. Nazir müavini dedi ki, onlar bu məsələni Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə şifahi şəkildə razılaşdırıblar. Amma göründüyü kimi, Hesablama Palatası şifahi razılaşmalarla işləmir, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında işləyir. Mən özüm də ixtisasca müəlliməm, biz müəllimlərin işsiz qalmasını heç bir şəkildə arzulamırıq. Buna da əminik ki, həmin 300 müəllim işə götürülərkən onlara saxta siniflər açılması, şagirdlərin sayının şişirdilərək onlara dərs saatı verilməsi məsələsi gündəlikdə olmayıb", - Elman Cəfərli bildirib. Göründüyü kimi, Naxçıvanın Təhsil Nazirliyində ciddi qanun pozuntularına yol verilib. Hüquq-mühafizə orqanlarında aparılan araşdırmalardan sonra həbslər ola bilər.

Yada salaq ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ötən ilin sentyabrından vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfovdur.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda başladılan antikorrupsiya tədbirlərinin davamlı olması ümumilikdə ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir: “Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Feodal təfəkkürlü məmurların sərhədsiz mənimsəmələrini aradan qaldırmaq üçün belə tədbirlərin davamlı olması ümumilikdə duruma müsbət təsir edəcək. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan məmurlar cəzaya çatdırılmalıdır. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını almalıdır”.

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq”.

Hüquqşünas deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizə üçün məmurların gəlir bəyannaməsi vermələri vacibdir: “Bu haqda mətbuatda da xeyli yazılar dərc olunub. 30 sentyabr 2005-ci il tarixli 1003-IIQ №-li Qanunla Azərbaycan Respublikası "Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyası"na qoşulub. Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndində deyilir: “Hər bir iştirakçı dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır. 1 yanvar 2005-ci il tarixdən qüvvədə olan № 580-IIQ №-li "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 5-6-cı maddələrinə əsasən, korrupsiyanın qarşısının alınması təbiri kimi vəzifəli şəxslər maliyyə xarakterli məlumatla təqdim etməlidirlər. 24 iyun 2005-ci il tarixli 945-IIQ №-li qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilib. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 278 №-li Fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılıb ki, 2 (iki) ay müddətində həmin qaydaların 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Prezidentə məlumat versin. Bu tapşırığın icrası barədə ictimaiyyətdə məlumat yoxdur. Prezidentin 27 fevral 2020-ci il tarixli 1859 №-li Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nm 1.4-cü bəndində Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırılıb ki, 2020- 2022-ci illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçirsinlər. Bu tapşırığın da icrası barədə ictimaiyyətdə məlumat yoxdur. Nəhayət, Prezidentin 4 aprel 2022-ci il tarixli 3199 №-li Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, 2022-2026-cı illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görsün. Ötən bir il ərzində bu tapşırığın da icrası barədə cəmiyyətdə məlumat yoxdur. Vəzifəli şəxslər maliyyə xarakterli məlumatları bəyan etmirlər və bu onların qanunsuz varlanmasına, dövlət büdcəsindən ayrılan vəsaitləri rahat şəkildə oğrlamasına yol açır. Xalqın xidmətçisi olan məmurların nə maaşı, nə də ümumən gəlir və xərcləri xalqa məlum deyilsə, korrupsiya ilə mübarizə yalnız deklarativ xarakter daşıyacaq".

Natiq Ələsgərov DTX və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatlarının davamlı olmasının vacib olduğunu vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Xankəndidə erməniəsilli qadın ölüb - Səhiyyə Nazirliyi məlumat YAYDI
Bu gün, 11:40
MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır - GƏLİŞMƏ
Bu gün, 11:37
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru