Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi .....                     Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib .....                     Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər .....                     Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir .....                     Gözətçi "Kapital Bank"a kredit almağa getdi .....                     İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı .....                     Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Qarabağ belə azad edilib: .....                     Ora da Azərbaycanındır, geri çəkilməliyik .....                     HƏMAS-ın Siyasi Bürosunun sədr müavini .....                     Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... .....                     Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var .....                     Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? .....                     Neft tədarükünün və ixracının azalması .....                     İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR .....                     “McDonald`s”dakı təhlükə: .....                     Dədə Süleymanın .....                     "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" .....                     Həkimlərə 30 xəstə limiti? .....                     Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                     Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama .....                     Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün .....                     BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu .....                 

İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Tarix: Bu gün, 13:10 | Çap et
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb
“Biz 16 nəfər zərərçəkənə çatmalı yarım milyon vəsaiti naməlum hesaba köçürən Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov məhkəməni də saymır, məhkəmənin çağırışına gəlmir”.

Bu sözləri Musavat.com-a “MTN işi” üzrə zərərçəkənlərdən olan Hüseyn Səfərov deyib.

Onun sözlərinə görə, məhkəmə icra məmuruna iclasın keçirildiyi yer, tarix və saatla bağlı məlumat verib. Lakin Rəfail Səfərov heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına qatılmayıb:

“Buna baxmayaraq, məhkəməyə Nərimanov rayon İcra Şöbəsində bizə qarşı baş vermiş böyük korrupsiya cinayəti haqda yazılı müracətimizi, əlavə sübut və faktları da təqdim etmişik. Rəfail Səfərov yarım milyon manatı özbaşına, özünün istədiyi şəkildə məhkəmə qərarında göstərilməyən bir şəxsin adına keçirib. Həmin şəxs də mənimlə əlaqə saxlayıb, övladlarınn canına, müqəddəs Qurani-Kərimə and içib deyir ki, yarım milyon manatdan ona 1 qəpik də çatmayıb. Bizə qarşı böyük bir cinayət törədilib. Mövlam Şıxəliyev əmlaklarının satışından əldə olunan və biz 16 nəfər zərərçəkənə ödənməli olan vəsaiti icra məmuru Rəfail Səfərov və onun rəisi Zaur Abdullayev yoxa çıxarıblar. Qeyd etdiyim kimi, bu, çox böyük bir cimayətdir və araşdırılmalıdır. Müəyyən edilməlidir ki, Rəfail Səfərov bu özbaşınalığı, vəzifə cinayətini kimin və ya kimlərin göstərişi ilə törədib. Biz zərərçəkələr bu cinayətin açılmasını tələb edirik. 2 ilə yaxın süründürməçilikdən sonra, bizi həyatdan bezdirdikdən sonra Nərimanov rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevlə icra məmuru Rəfail Səfərov bizə qarşı bu cinayətə getdilər. İntihar həddinə gəlmişik, baş verənlərin araşdırılmasını tələb edirik. Bu adamlar ən sərt şəkildə cəzalandırılmalı, biz zərərçəkənlərə ödənməli olan yarın milyon manat geri qaytarılaraq hesabımıza köçürülməlidir”.

Hüseyn Səfərov Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Hakim Hafiz Kamranovun sədrliyi ilə Hüseyn Səfərovun icra məmurlarının qanunsuz hərəkətlərindən verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hüseyn Səfərov Milli Təhülkəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan rütbəsi alınmış general Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biridir. O, icra məmuru Rəfail Səfərovun Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmünü bir kənara qoyub özbaşınalıq etməsindən narazıdır.

“2021-ci ildə Mövlam Şıxəliyevin həbsindən sonra 1 ilə yaxın istintaq aparıldı. Cinayət işi üzrə 36 zərərçəkən müəyyən olundu və iş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərildi. Məhkəmə Mövlam Şıxəliyev və digər 3 polkovnikin biz zərərçəkənlərə qarşı cinayət törətdiklərini təsdiqlədi. Məhkəmə eyni zamanda biz zərərçəkənlərin Mövlam Şıxəliyev və digərlərinə qarşı mülki iddilarımızı da təmin etdi” - Hüseyn Səfərovun sözləridir.

Deyir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iş üzrə icra hərəkətlərinin başlanması üçün Nərimanov rayon İcra Şöbəsinə yönləndirilib:

“İcra Şöbəsində icra işi icra məmuru Rəfael Səfərova həvalə olundu. İcraçı bir neçə ay işi uzadıb dedi ki, məhkəmə hökmü üzrə icra hərəkətlərini apara bilmir. Buna görə də Bakı Hərbi Məhkəməsinə müraciət etməklə izah tələb edəcək. Belə də oldu. İcraçı Rəfail Səfərov Bakı Hərbi Məhkəməsinə müraciət edib izah istədi. İzah tələbinə məhkəmədən cavab verildi, aydınlaşdırıldı ki, ilk növbədə 16 nəfər mülki iddia vermiş zərərçəkənin, sonrakı mərhələdə isə digər zərərçəkənlərin mülki iddiaları üzrə tələbləri təmin edilməlidir. Bu cavabı alandan sonra Rəfail Səfərov yenə də icra işi üzrə zəruri qanuni addımları atmadı. İsrarlı tələblərimizə isə ən müxtəlif bəhanələr gətirir, icra işi üzrə hərəkətsizlik edirdi”.

Onun sözlərinə görə, 1 ilə yaxın süründürməçilikdən sonra icraçı Rəfail Səfərov Bakı Hərbi Məhkəməsinə yenidən müraciət edib:

“Rəfail Səfərov yenə də Bakı Hərbi Məhkəməsindən Mövlam Şıxəliyev və digərlərinin barəsindəki məhkəmə hökmü üzrə icra hərəkətlərinə dair izah istədi. Məhkəmə bu dəfə qərarla izah verib aydınlaşdırdı ki, ilk növbədə 16 nəfər zərərçəkənin mülki iddiası üzrə tələblər icra olunmalı, yalnız bundan sonra digər zərərçəkənlərin tələbləri üzrə icra hərəkətləri aparılmalıdır. Bakı Hərbi Məhkəməsinin bu qərarından iş üzrə zərərçəkənlərdən olan Cavidan Hacıyev apellyasiya şikayəti verdi. Cavidan Hacıyev 16 nəfərlik siyahıda olmamasından narazı idi. Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin qərarını qüvvədə saxladı və dərhal icra işlərinin başlamasını Nərimanov rayon İcra Şöbəsinə həvalə etdi. Bu qərarla Cavidan Hacıyevin şikayəti təmin olunmadı”.

Hüseyn Səfərov deyib ki, bundan sonra Nərimanov rayon İcra Şöbəsi cinayət yolunu tutub:

“İcra Şöbəsinin rəisi Zaur Abdullayev icraçı Rəfail Səfərovla bərabər Bakı Hərbi Məhkəməsinin iş üzrə hökm və qərarını yumşaq desəm, bir kənara qoydular. Əslində isə Azərbaycan Respublikası adından çıxarılmış hökm və qərarı bir kənara tullayıb tam qanunsuz, “İcra haqqında” Qanuna daban-dabana zidd, öz bildikləri və ya aldıqları sifarişə uyğun icra işinə başladılar. Təsəvvür edin ki, icra işi o qədər eybəcər şəkildə aparılıb ki, icraçıların xeyrinə cinayətə yol verdikləri şəxslər sırasından da mənə şikayətlər var. Apardığım araşdırma zamanı öyrənmişəm ki, biz 16 nəfər zərərçəkənə mülki iddialarımız üzrə çatmalı vəsaitin yarım milyon manatı zərərçəkənlərdən birinin adına açılmış hesaba köçürülüb.

Zərərçəkən də and-aman edir ki, həmin yarım milyon manatdan 1 qəpik də ona çatmayıb. Yarım milyon kimin cibinə gedib? İcracılar Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökm və qərarlarını, öz təşəbbüsləri ilə, lüzumsuz tələbləri ilə aldıqları izaha cavab və qərarı niyə kənara qoyub belə bir cinayətə qol qoyublar?

Təsəvvür edin ki, 2 ilə yaxın süründürməçilikdən sonra Nərimanov rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevin göstərişi ilə icra işi üzrə hərəkətlərın başlandığı elan olundu. Zaur Abdullayevin göstərişi ilə icra məmuru Rəfail Səfərov biz 16 nəfər zərərçəkəni dəvət etdi və dedi ki, dəymiş zərəri almağın 1 yolu var. 16 nəfər zərərçəkənin hər biri Zaur Abdullayevin adına ərizə ilə yazıb şikayət etmək hüququndan imtina etməli, onların verdikləri qərarla razılıqlarını bildirməlidirlər. İcra məmurunun tələbi tam qanunsuz olsa da, məcbur qalıb qanunsuz olaraq tələb etdikləri ərizəni də yazdıq. Bu ərizənin bizlərə yazıdırlması da sübut edir ki, Zaur Abdullayev və icra məmuru Rəfael Səfərov bizə qarşı cinayətə bilə-bilə yol veriblər.

Mən bu məsələlərin araşdırılmasını Nərmanov rayon Məhkəməsindən tələb edirəm. Nərimanov rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev və icra məmuru Rəfael Səfərov korrupsiya cinayətlərinə yol verməklə yanaşı, Azərbaycan Respublikası adından çıxarılan hökmü qanunların tələb etdiyi şəkildə deyil, öz istədikləri kimi, öz maraqları çərçivəsində həyata keçiriblər. Nərimanov Rayon Məhkəməsində xüsusi qərardad çıxarılaraq yol verilmiş korrupsiya cinayətlərinin araşdırılmasını tələb edəcəyəm.

Sual edirəm - əgər Rəfail Səfərov Azərbaycan Respublikası adından çıxarılan hökmünü öz istədiyi və ya ona verilmiş sifarişə uyğun icra edəcəkdisə, bu halda Bakı Hərbi Məhkəməsindən niyə izah istəyirdi?

Əgər Rəfail Səfərov Azərbaycan Respublikası adından çıxarılan hökmü öz istədiyi və ya ona verilmiş sifarişə uyğun icra edəcəkdisə, bu halda Bakı Hərbi Məhkəməsindən niyə qərar tələb edirdi?

Bakı Hərbi Məhkəməsinin hökmündə adlı siyahısında adı olan, 16 nəfər zərərçəkənə çatmalı, müsadirə edilmiş əmlakın satılmasından əldə edilən yarım milyon manatı kimin sifarişi ilə digər hesaba köçürüb?”

Hüseyn Səfərovun sözlərinə görə, apardığı araşdırma ilə müəyyən edib ki, Nərimanov rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevlə icra məmuru Rəfail Səfərov Ədliyyə Nazirliyində çalışmış şəxslərin qanunsuz göstərişlərini icra ediblər:

“Öyrənmişəm ki, iş üzrə zərərçəkənlərdən olan Cavidan Hacıyevin kürəkəni Tural Süleymanov Ədliyyə Nazirliyi İcra Baş İdarəsində çalışıb. Tural Süleymanov həmin İdarədə Emin Veyisovla birgə Nərimanov İcra Şöbəsinin rəhbərliyini, icra məmuru Rəfail Səfərovu ələ alıblar. Ortaya Elçin Muradovun da adını atmaqla cinayətlərini həyata keçiriblər. Biz ədliyyə naziri cənab Fərid Əhmədova müraciət etmişik. Bundan sonra Tural Süleymanovla Emin Veyisov vəzifələrindən uzaqlaşdırılıblar. Amma bizə qarşı törədilmiş cinayət hələ ki, araşdırılmayıb və həmin cinayətdən doğan böyük zərərimiz də ödənməyib. Həmin zərəri də məhkəmədə tələb edəcəyik”.

Hüseyn Səfərov deyib ki, baş vermiş böyük korrupsiya cinayəti ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciətlər ünvanlayıb:

“Möhtərəm cənab Prezidentin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflər var və həmin hədəflərə çatmaq üçün son illər ərzində hüquq-mühafizə orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirlərini daha da gücləndiriblər. Təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsi çərçivəsində işlərin aparılmasını alqışlayırıq və dəstəkləyirik. Hesab edirik ki, bizə qarşı törədilmiş korrupsiyaya cinayəti də qısa müddətdə araşdırılacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan
Bu gün, 14:15
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
Bu gün, 14:14
Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... - İLGİNC İDDİA
Bu gün, 14:08
Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var - RƏY
Bu gün, 14:02
Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? - AÇIQLANDI
Bu gün, 14:00
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
Bu gün, 14:00
İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR - TƏFƏRRÜAT
Bu gün, 13:56
“McDonald`s”dakı təhlükə: - Uşaqlarda mədə-bağırsaq infeksiyaları yaradır
Bu gün, 13:50
Dədə Süleymanın ANIM GÜNÜDÜR
Bu gün, 13:37
"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" - Al Jazeera
Bu gün, 13:29
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Xankəndidə erməniəsilli qadın ölüb - Səhiyyə Nazirliyi məlumat YAYDI
Bu gün, 11:40
MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır - GƏLİŞMƏ
Bu gün, 11:37
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru