Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                 

Şok: Bakıda təhlükəli üzlüklə qablanmış klinika var imiş... - Xəstələrlə yanaşı elə həkimlər də təhlükə altındadır
Tarix: 22-05-2015, 11:02 | Çap et
Şok: Bakıda təhlükəli üzlüklə qablanmış klinika var imiş...
Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən və Vüsal Bədəlovun rəhbərlik etdiyi "Avrasiya" klinikasına müraciət edən xəstələr, eləcə də onların yaxınları adıçəkilən tibb müəssisəsində qiymətlərin digər özəl xəstəxanalara nisbətən baha olmasından şikayətlənirlər.

Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, 2007-ci ildə fəaliyyətə başlayan "Avrasiya" klinikasında allerqologiya, anesteziologiya və reanimasiya , ginekologiya, laboratoriya, otorinolarinqologiya , ozonoterapiya, radiologiya, ümumi cərrahiyyə, dermatovenerologiya , diaqnostika, hepatologiya, manual terapevt, pediatriya, stomatologiya, plazmaferez, uro-andrologiya, endokrinologiya, kardiologiya, kosmetologiya, nevrologiya və ya nevropatologiya , qastroenterologiya , terapiya, travmatologiya və ortopediya şöbələri mövcuddur.

Məlumatlı şəxs qeyd edir ki, "Sağlamlığınızı bizə etibar edin" şüarını özünün fəaliyyət kredosu seçdiyini iddia edən klinika daha çox gəlir əldə etmək məqsədi ilə "Xalq Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Buta Sığorta", "Meqa Sığorta", "Ata Sığorta", "A-Group Sığorta" və "Standard Insurance" sığorta şirkəti ilə əməkdaşlıq edir: "Deyilənlərə görə, "Avrasiya" klinikasındakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatlarının qiyməti orta hesabla 2-10 min manat arasında dəyişir. Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə 1200-2000 manatla ölçülür. Qanın ümumi müayinələri orta hesabla 15-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Son zamanlar dəb halını alan plastik əməliyyatlar da "Avrasiya" klinikasının xidmətləri sırasındadır. Burada ən geniş yayılan rinoplastika, yəni burunun korreksiyası əməliyyatıdır ki, bu da 1500-2500 manat arasında dəyişir. Təkcə xəstə qəbulu, məsləhət 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 100-150 manata qədər artır".

Əldə etdiyimiz bilgilərə görə, digər bir sıra özəl tibb müəssisələri kimi "Avrasiya" klinikası da xarici ölkələrdən həkim mütəxəssislər dəvət edib onların reklamı ilə də məşğul olur: "Bu mütəxəssislər isə yüksək qiymət müqabilində tibbi xidmət göstərirlər. Deyilənlərə görə, dəvət olunan xarici həkimlər çox zaman hər hansı müqavilə olmadan çalışırlar. Halbuki, mövcud qaydalara görə, xarici mütəxəssis dəvət edən özəl tibb müəssisəsi bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinə bununla bağlı ətraflı məlumat verməlidir. Həmçinin, xarici mütəxəssislərin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddət, özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surəti və mütəxəssis barədə məlumatlar da Səhiyyə Nazirliyinə təqdim olunmalıdır. Yalnız bundan sonra xarici mütəxəssislərin özəl klinikalarda fəaliyyətinə icazə verilir. Vüsal Bədəlovun rəhbərlik etdiyi "Avrasiya" klinikası isə bəzi məqamlarda bu mühüm tələbə əməl etməkdə maraqlı görünmür". Adıçəkilən özəl tibb müəssisəsində cərrahiyyə əməliyyatı və doğuş zamanı müəyyən əyrintilərə imza atıldığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, "Avrasiya" klinikasında çalışan bəzi həkimlər xəstənin vəziyyətinin ağır olması barədə onun yaxınlarını asanlıqla inandıraraq xeyli miqdarda pul ödətdirməyə nail olurlar: "Deyilənlərə görə, əsasən doğuş zamanı bu cür hallara daha tez-tez rast gəlinir. Çünki qeysəriyyə doğuş "Avrasiya" klinikasına daha çox gəlir gətirdiyindən həkimlər əksər hallarda müxtəlif bəhanələr gətirməklə bu üsulu seçirlər. Bunun üçün bir sıra üsullara baş vurulur. Məsələn, "Avrasiya" klinikasında qeydiyyatda olan xəstələrə doğuşdan bir həftə əvvəl xüsusi iynə vurulur ki, nəticədə doğuşun vaxtı süni yolla uzadılır. Bu zaman xəstə və onun yaxınları məcburiyyət qarşısında qalaraq qeysəriyyə əməliyyatına razılıq verir. Onu da qeyd edim ki, Vüsal Bədəlovun rəhbərlik etdiyi tibb müəssisəsində yaşanan digər problem isə yeri gəldi-gəlmədi xəstələrə firma dərmanların təyin olunması ilə bağlıdır. Belə ki, bu gün "Avrasiya" klinikasında az qala bütün dərman firmalarının nümayəndələri var və onlar həkimlərə müəyyən haqq ödəməklə təmsil etdikləri firmaların dərmanlarının təyinatına nail olurlar. Həkimlərin xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi dediklərimizi bir daha sübut edir. Deyilənlərə görə, "Avrasiya" klinikasında həkimlər xəstəyə bir neçə dəfə firma dərmanları aldırırlar. Yəni əvvəlcə xəbərdarlıq edirlər ki, bu dərmanlar istifadə edilsin, effekt verməsə, əlavə dərmanlar yazılacaq. Yenə də firma dərmanlar yazılır. Belə çıxır ki, həkimlər firma dərmanları yazmaqla həm maddi tələbatlarını ödəyirlər, həm də xəstələr üzərində eksperiment aparırlar".

Məlumatlı şəxsin sözlərinə görə, son zamanlar "Avrasiya" klinikasında göstərilən tibbi xidmətə görə tələb olunan qiymətlər artsa da, keyfiyyət getdikcə aşağı düşür: "Bu klinikada tətbiq olunan qiymətlər insanlar arasında ciddi narazılıq doğursa da, xəstələr bu ünvana məqsədli şəkildə yönəldilirlər. Çünki "Avrasiya" klinikası paytaxtın bir sıra tibb müəssisələrinin həkimləri ilə əlverişli biznes əlaqəsi qurub və bu əlaqədən külli miqdarda gəlir əldə olunur. Belə ki, klinikanın rəhbərliyi xəstələrini ora göndərən həkimlərin istiqamətverici xidmətini yetərincə mükafatlandırır. Bu səbəbdən də əksər dövlət xəstəxanalarında çalışan tibb işçiləri xəstələrə məhz "Avrasiya" klinikasını məsləhət görürlər".

Bu arada, adıçəkilən tibb müəssisəsinin fasadının penoplast üzlüklə örtüldüyünü deyən məlumatlı şəxs bildirir ki, bu, "Avrasiya" klinikasında müayinə və müalicə olunan xəstələrin, eləcə də onların yaxınlarının ciddi təlaş keçirməsinə səbəb olur: "Yaşanan acı təcrübələr göstərir ki, binaların fasadının penoplastla örtülməsi sonda ciddi fəsadlara səbəb ola bilər. Çünki bu zaman həmin bina təhlükə qarşısında müdafiəsiz qalır. Görünür, "Avrasiya" klinikasının rəhbərliyi bu cür önəmli məsələyə yetərincə əhəmiyyət vermədiyindən tibb müəssisəsinin fasadına penoplastın çəkilməsinə üstünlük veriblər. Halbuki ekspertlər penoplast üzlüklərl yaşayış binalarının, tibb və təhsil müəssisələrinin, bir sözlə mühüm obyektlərin binalarının fasadına vurulmasının yolverilməz olduğunu bildirirlər. Çünki bu üzlüklər tez alışan və yanan zaman zəhərli qazlar buraxdığından olduqca təhlükəlidir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələ ilə bağlı "Avrasiya" klinikasının rəhbərliyinə müvafiq tapşırıq versələr, yerinə düşər. Çünki sonra gec ola bilər…"
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru