NƏQLİYYAT SİSTEMİNDƏ ÖZBAŞINALIQ
Tarix: 10-12-2011, 14:06 | Çap et
ZİYA MƏMMƏDOV ÖZÜNƏ BÖYÜK İMPERİYA QURUB
DİA.AZ: - Bu gün ən aktual problemlərdən biri də paytaxt Bakının nəqliyyat infrastrukturunun yenidən qurulmasından qaynaqlanan problemlərdir. Taksi xidməti göstərən şəxsi avtomobillərin »London taksiləri» ilə əvəzlənməsindən tutmuş, şəhərlərarası marşrutlarda baş verən dəyişikliklər əsl xaos yaradıb. Əslində isə adına »nəqliyyat islahatları» verilən bu proses bütünlüklə nazir Ziya Məmmədovun gəlirlərini artırmağa hesablanmış gedişlərdir. Bu yazımızda nəqliyyat sektorundakı problemlər və özbaşınalıqlara işıq tutmağa çalışacağıq. Beləliklə...
Nazir marşrut pullarını nəzarətə götürmək istəyir
İki il öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə veriləndən sonra nəqliyyat naziri Ziya Məmmədov Bakıdakı bütün qanunsuz avtovağzalların ləğv edilərək bütün marşrutların Bakı Beynəlxalq Avtovağzal Kompleksinə köçürüləcəyini desə də, sonradan bu fikrindən daşındı. Mətbuatın da diqqətindən yayınan bu məsələnin həll edilməmiş qalmasının arxasında isə bəzi gizli məqamlar yatmaqdadır. Etibarlı mənbədən aldığımız məlumata görə, Ziya Məmmədov həmin açıqlaması ilə köhnə avtovağzalın »krışalığı»nı edənlərə »müharibə elan etmiş», onları məğlub etdikdən sonra isə hər şey əvvəlki qaydasında qalmışdır.
Rəsmi statusa malik olmayan ənənəvi köhnə avtovağzalların ləğv edilməsi isə düzgün fikir deyildi və bu ideyann irəli sürülməsi əsassız idi. Ona görə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi şəhərin şimal girişində inşa edilib və bu bütün iastiqamətlərə hərəkət üçün əlverişlı deyil. Məsələn, Salyan, Şirvan, Astara, Masallı, Lənkəran və digər onlarla rayonlara gediş üçün marşrutlar əvvəlcə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlməli, oradan sərnişinlə dolu vəziyyətdə yenidən paytaxt küçələrinə daxil olmaqla şəhərin o biri girişinə getməli və adıçəkilən marşrut üzrə hərəkət etməlidir ki, bu da olduqca əlverişsizdir. Çünki, Bayıldan, Günəşlidən, Əhmədlidən sərnişin təxminən 40-50 kilometr yol qət etməklə şəhərin çıxışına gəlib marşruta əyləşib yenidən həmin məsafədə yol gedib Salyan yoluna çıxmalıdır. Bu da həm sakinlərin əsəblərinin gərilməsinə, həm də şəhərdə tıxacların yaranmasına səbəb ola bilər. Buna görə də bütün marşrutların həmin kompleksdən start götürməsi mümkünsüzdür. Bu planın həyata keçirilməsi planının mümkünsüzlüyünü Ziya Məmmədov əvvəlcədən bilirdi, amma yuxarıda da qeyd etdiyimiz kimi ənənəvi avtovağzallar üzərində də hakimiyyətini möhkəmləndirdikdən sonra nazir bir daha bu mövzuya qayıtmadı. Amma ara-sıra ənənəvi və qeyri rəsmi avtovağzallara qarşı hücumlar olur. Elə bu günlərdə »Salyan avtovağzalı»nın ləğvi haqqında verilmiş qərar da bunun göstəricisidir.
Nəqliyyat Nazirliyinin məqsədi nədir?
Əslində Bakıda əvvəllər də bir neçə avtovağzal olub və bu avtovağzallar daim şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərib. Məsələn, o vaxtdan Bakıda 3 tanınmış qeyri-rəsmi avtovağzal olub. Düzdü, bu avtovağzalların ayrıca inzibati binaları olmasa da, onların fəaliyyət göstərmələri üçün ərazilər təyin edilib və bölgələr üzrə əlverişli ərazilərdə avtovağzallar problemsiz fəaliyyət göstərib. Bakıda »Karvansaray Avtovağzalı» deyilən ərazidən marşrutlar bir bölgə üzrə, »Salyan Avtovağzalı»ndan bir bölgəyə, »Şamaxı yolu» Avtovağzalından isə marşrutlar digər bölgələrə start götürüb. Həmin vaxt məncə nə sərnişinlər arasında anlaşılmazlıq yaranmışdı, nə də sürücülər arasında. Təxminən 50-60 il fəaliyyət göstərən bu avtovağzallar artıq Bakı sakinləri ilə yanaşı, bölgələrdə yaşayan vətəndaşlar tərəfindən də tanınırdı. Sərnişinlər hansı istiqamətə getmək üçün hara müraciət etdiyini bilirdi və qarışıqlıq yaranmırdı.
Nəqliyyat sistemində əsl xaos hökm sürür
İndi nəqliyyat sistemində mütəmadi olaraq həyata keçirilən və məqsədi anlaşılmayan dəyişikliklər nəticəsində əsl xaos yaranıb. İndi vətəndaş bilmir ki, hansı istiqamətə hardan və necə getmək olar. Hətta nazirin adamları bəzi bölgələrə gedən marşrutları da ləğv edib kompleksdən həmin bölgələrə yeni marşrutlar açmaqla milləti çaşdırdı. Məsələn, indi, kompleksdən Lənkərana, Masallıya, Astaraya, Beyləqana və sair ərazilərə marşrutlar işləyir. Bu iritutumlu marşrutlar kompleksdən sərnişin yığmaq üçün paytaxt küçələri ilə uzun avtobuslarla hərəkət edib şəhərdə tıxaclar yaradaraq, şəhərin bu başına gəlib interval vaxtı tamam olan kimi də yenə eyni vəziyyətdə sərnişin dolu avtobusla geri qayıdıb şəhərin o biri tərəfindən magistrala çıxır. Ziya Məmmədov isə bu problemi həll etmək əvəzinə tıxacların günahını yıxır şəhərdəki avtomobillərin çoxluğunun üstünə və başlayır paytaxtda milyonlarla başa gələn keyfiyyətsiz körpülər, yeraltı keçidlər inşa etdirməyə. Söhbət körpülərdən və keçidlərdən düşmüşkən qeyd edək ki, artıq son 2-3 ildə tikilib istifadəyə verilən bu körpü-keçidlər qısa müddətdə dağılmağa başlayıb. Bakıda bu gün ona yaxın körpü var ki, həmin körpülər bəlkə 40-50 il əvvəl inşa edilib, onu inşa edən memar və ustaların sümüyü də çürüyüb. Amma həmin körpülər hələ də Bakı küçələrindəki vəziyyətə tab gəirməyə qadirdir. Amma dövlət büdcəsindən ayrılan milyonlarla manatı göyə sovurmaqla Ziya Məmmədovun inşa etdirdiyi »anoloqsuz» körpülər iki il keçməmiş istifadəsiz və keyfiyyətsiz olur. Məsələn, Bakının 3-cü mikrorayon dairəsindəki körpünün istifadəsi 2 il ola ya olmaya, amma artıq körpüdə təhlükəli çatlar var. Bundan başqa, »Şamaxı yolu» adlanan ərazidə tıxacları aradan qaldırmaq üçün tikilən yeraltı magistral yol ötürücüsü istifadəyə veriləndən bir ay keçməmiş təhlükəli vəziyyətə düşdü.
Ziya Məmmədovun nəqliyyat inhisarçılığı
Tikintisi və inşaası zamanı milyonlarla yeyintinin olduğu təsdiqlənən Bakı Avtovağzal Kompleksinin əslində bütün marşrutları qəbul etməyə yararlı olmaması ilk günlərdən özünü göstərdi. Çünki, kompleksin nə ərazisi, nə də daxili imkanları bunun üçün yetərli deyil. Ona görə də, cənab Ziya Məmmədov ayrıca olaraq şəhərin digər əlverişli yerlərində ən azından iki-üç avtovağzal inşa etdirməli idi ki, sərnişinlərin rahatlığını təmin etmək mümkün olsun. Əslində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi də lazımdı. Dünyanın əksər ölkələrinin paytaxtında böyük və əzəmətli avtovağzal kompleksi var və fəaliyyətini davam etdirir. Amma bununla yanaşı şəhərin nəqliyyat yükünü azaltmaq üçün müvafiq ərazilərdən də mini avtovağzal kimi istifadə olunur və bu benəlxalq praktikadır. Amma Ziya Məmmədov gəlirlərə daha asan nəzarəçt etmək olsun deyə, bu təcrübədən yararlanmaq istəmir və nəqliyyat monopoliyası yaradır. Avropa paytaxtlarında beləa bir neçə alternativ avtovağzallar, hətta kiçik dayanacaq vağzallar da var ki, həmin obyektlər aidiyyəti üzrə fəaliyyət göstərir və sərnişinlərin rahatlığını normal səviyyədə təmin edir. Bizdə isə bu cür avtovağzallar ya sıxışdırılır, ya da qanunsuz adı ilə fəaliyyət göstərdiyi bəyan edilir.
Taksi qovan nazir qanunsuz avtovağzallarla bacarmır?
Burada maraqlı məqamlardan biri də bəzi mini avtovağzalların fəaliyyətinə icazə verildiyi halda digərinə belə bir imkanın tanınmamasıdır. Bu isə haqlı olaraq ortaya müəyyən şübhələr çıxarır. Əgər qanun varsa və tətbiq olunursa bu hamıya eyni qaydada şamil olunmalıdır. Amma hazırda Bakıda köhnə avtovağzallara qarşı ayrı-seçkilik qoyulur, Ziya Məmmədovla hər ay »halallaşan» obyektlər fəaliyyət göstərir, digərləri isə yox. Bu gün də fəaliyyət göstərən belə avtovağzallardan biri də »Şamaxinka» deyilən ərazidədir və Şirvan bölgəsi istiqamətində sərnişindaşıma ilə məşğuldur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilənə qədər bu obyekt qanuni fəaliyyət göstərsə də, həmin vaxtdan etibarən həmin avtovağzal qanunsuz adlandırıldı. Əvvəlcə Ziya Məmmədov bu avtovağzalları yığışdırmaq istəsə də, sonradan bu planından vaz keçdi. Düzdü, həmin avtovağzalın lisenziyası gecikdirildi ki, ləğv edilsin və avtovağzallar yalnız Ziya Məmmədovun əlində cəmləşsin. Amma cəhdinin uğursuz alındığını görən nazir məcburiyyət qarşısında qalıb şəhərin müəyyən yerlərində öz adamlarının təhkimçiliyi ilə qanunsuz avtovağzallar yaratdı. İndi şəhərdəki qanunsuz avtovağzallar paytaxtın 3-cü mikrorayon dairəsində, Lökbatandakı »Binə» Ticarət Mərkəzinin yanında, »Nizami» metrostansiyasının yaxınlığında və sair ərazilərdə fəaliyyət göstərir. Bu avtovağzallar nazir Ziya Məmmədovun nəzarəti ilə qanunsuz olaraq fəaliyyət göstərməkdədir. Məlumata görə, Ziya Məmmədov həmin avtovağzalları başqa sahibkarların adına sənədləşdirsə də, nəzarəti birbaşa öz adamları həyata keçirir. Amma buna baxmayaraq, əhalinin gözündən pərdə asmağa çalışan nazir bu avtovağzalların qüanunsuz və qondarma olduğunu etiraf edir.
Nazirə belə sərf edir...
Amma nədənsə nazir bu qondarma avtovağzalları yığışdırmağa da cəhd etmir. Çünki, nəzarət, haqq-hesab yenə onun adamları vasitəsilə olur. Maraqlı odur ki, şəhərdə xüsusi taksiləri də nəzarətə götürən, milləti işsiz qoymaqla öz biznesini artıran Ziya Məmmədov qanunsuz avtovağzalların qarşısını ala bilmir. İnandırıcıdırmı? Əlbəttə ki yox. Ziya Məmmdov az qala 9 milyonluq Azərbaycanda kimin evində, həyətində neçə avtomobilin olduğunu, hətta az qala onları dövlət nömrə nişanları ilə tanıdığı halda qanunsuz avtovağzalları tanımır? Xüsusi taksiləri rəngi və sayı ilə bilən nazir buna necə nəzarət etmir? Maraqlı məqamlar saysız-hesabsızdır. Xüsusi taksiləri sıxışdırmağı, vətəndaşları ac qoymağı bacaran Ziya Məmmədov 3-4 qanunsuz avtovağzalı necə yığışdıra bilmir? Əlbəttə çox asanlıqla yığışdıra bilər. Amma onların fəaliyyəti Ziya Məmmədova sərf etdiyindən buna baş qoşmur. Görünür, belə sərf edir. Buna başqa ad vermək mümkün deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|