COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

“MÜSAVAT HƏLƏ DƏ ÖZÜNƏ BAŞQAN AXTARIB TAPA BİLMİR”
Tarix: 14-09-2011, 11:45 | Çap et
“MÜSAVAT HƏLƏ DƏ ÖZÜNƏ BAŞQAN AXTARIB TAPA BİLMİR”

“QALMAQAL YARATMAQLA GÜNDƏMDƏ QALMAĞA ÇALIŞIRLAR”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsi

- İctimai Palatanın hazırladığı “Yol xəritəsi”ni necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, belə bir məsələnin ortaya atılması, ümumilikdə hər bir siyasi partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələridir. Bu gün partiyalar var ki, onların nə layihəsi, nə də proqramları var. Həmin partiyalar 1990-cı illərin əvvəllərində yarandığı kimi, bu gün də ətrafında kimsənin olmadığı, ancaq bir sədr, bir də möhürdən ibarət olan təşkilatlardır. Onların ortaya hansısa bir layihə qoymaq, hər hansı bir fikir söyləmək, ümumiyyətlə, nə isə etmək üçün həm qabiliyyət baxımından, həm savad baxımından heç bir potensialları yoxdur. Lakin 20 ildir ki, xalq bunların əməllərini görür, onları yaxşı tanıyır. Bu baxımdan onların masa üzərinə hansısa bir layihə təqdim etməsi mümkün deyil. Onlara öz qəzetlərindən başqa demək olar ki, heç bir mətbuat orqanı diqqət yetirmir. Yalnız bəzi qəzetlərdə təkrar müsahibələr dərc etdirməklə, qəzet səhifəsində qalmaqal yaratmaqla gündəmdə qalmağa çalışırlar. Çünki qəzet siyasətçiliyindən başqa heç bir peşənin sahibi deyillər.

- Müsavat başqanı İsa Qəmbər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkədə inqilab edəcəklərini bildirib. Bu fikir Azərbaycan Konstitusiyasına zidd və qanunlara qarşı çıxmaq deyilmi?
- Təbii. Əslində, ciddi bir adamın belə fikir irəli sürməsi aidiyyəti qurumlar tərəfindən anti - konstitusion addım kimi qiymətləndirilə bilər. İsa Qəmbərovun bu fikirləri isə 20 ildən artıqdır ki, Azərbaycan cəmiyyətində eşidilir. İsa Qəmbərovun bütün fikriləri qeyri-ciddi qəbul edilir. Partiya daxilində hər hansı bir dəyişiklik etməyə, islahatlar aparmağa potensialı olmayan birisinin, 20 ildən artıq başqan vəzifəsində müqəvva kimi saxlanılan bir şəxsin Azərbaycanda inqilab etmək iddiası tamamilə gülünc bir məsələdir. Digər bir tərəfdən bu fikirlərin hər biri Müsavat başqanının müavinləri işləmiş insanların fikirləridir. İsa Qəmbər bir qrup insanın bu və ya digər xarici təşkilatlardan, ayrı-ayrı şəxslərdən aldığı maliyyənin quluna çevrilib. Tez-tez fikrini dəyişən bu cür insanların ideyalarını ciddi qəbul etmirəm və heç bir əhəmiyyət vermirəm.

- Məlumata görə “Yol xəritəsi” ABŞ diplomatları ilə də müzakirə edilib. Sizcə, bu, xarici qüvvələrin alət kimi istifadə etdikləri radikal müxalifətə yenidən maraq göstərməsi deyilmi?
- Qeyd edim ki, bəzi xarici dövlətlər Azərbaycanda güclü, imkanlı, inkişaf etmiş dövlətin olmasını istəmir. Ətrafımıza nəzər salsaq istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərqdə, o cümlədən postsovet məkanına daxil olan ölkələr arasında, Şərqi Avropada elə bir sistem yaratmağa çalışırlar ki, orda güclü dövlət olmasın və o dövlət orda yaşayan xalqın maraqlarını əks etdirməsin. Bu və ya digər şəkildə özlərinin maraqlarını həyata keçirsin və həmin dövlətlər də o ölkənin istər təbii sərvətlərindən, istərsə də digər resurslarından istədikləri şəkildə istifadə etsinlər. Keçmişdə belə bir üsul mövcud idi ki, ölkələrin daxilinə nüfuz etmək üçün oradakı müəyyən qüvvələri hərəkətə gətirirdilər. İndi bu qüvvələrdən ancaq pərdə kimi istifadə edirlər. Hal-hazırda istər Liviya, istər Misir və ya Suriyada baş verən hadisələrə baxdıqda görürük ki, orda xalq anlayışı yoxdur. Onların təqdim etdikləri “üsyançı xalq” anlayışı “Əl-Qaidə” döyüşçülərindən ibarətdir. Buna hər hansı bir demokratik don geyindirməkdən ötrü, o insanların ətrafına bir neçə siyasi partiyalar, bir neçə qeyri-hökumət təşkilatı, qurumlar cəlb edərək xalqın tələbi kimi qələmə verirlər. Bu baxımdan İctimai Palatanın da müzakirə üçün təqdim etdiyi “layihə” heç bir gerçəkliyi əks etdirmir, məntiqə sığmır. Bu gün Azərbaycan Avropa Şurasının üzvüdür, Azərbaycanda qəbul olunan qanunlar və həyata keçirilən islahatlar Avropa qurumları ilə məsləhətləşmələrdən sonra aparılır, onların tövsiyyəsi nəzərə alınır. İqtisadi sahədə isə həyata keçirilən islahatlar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu tərəfindən dəyərləndirilir. Azərbaycanda aparılan islahatlar, o cümlədən maliyyə-kredit sahəsində görülən işlər beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən həmişə təqdir olunub. Neftdən gələn gəlirlərin xərclənməsində şəffaflığın qorunması, Dövlət Neft Fondunun fəaliyyəti bu qurumlar tərəfindən nümunə kimi göstərilir. Azərbaycanda sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı problem yoxdur. Azərbaycanda qəbul olunan qanunların hər birində Venesiya Komissiyasının tövsiyyələri nəzərə alınır və Azərbaycan Parlamenti tərəfindən qəbul edilir. Bütün bunlar olduğu tərzdə

Azərbaycanda demokratiyanın olmadığı haqda danışmaq qeyri-ciddilikdən xəbər verir. Azərbaycanda söz və mətbuat azadlığının boğulması və digər halların mövcud olması cəfəngiyyatdan başqa bir şey deyil. Bu gün müxalifət xalqla deyil, muzdla işlədikləri ağaları ilə birlikdədir. Azərbaycanda insanların öz yolu var və hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilər yolu ilə hakimiyyətini formalaşdırır. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Bu adamlar bir çox mühüm, əhəmiyyətli məsələləri əhaliyə düzgün formada çatdırmaq əvəzinə, başqa formada təqdim edirlər. Bununla da ölkənin mövqeyinə, nüfuzuna ləkə salmağa çalışırlar. Onların Azərbaycana münasibəti budur, onlar üçün yalnız hakimiyyət hərisliyi mövcuddur, nəyin bahasına olursa-olsun, hətta erməni ilə işbirliyinə getməyə də razı olarlar ki, təki hakimiyyətə gəlsinlər.

- Sizcə, radikal müxalifəti ultimativ çağırışlar etməyə və hədələyici bəyanatlar verməyə həvəsləndirən nədir?
- Təbii ki, onların bütün fəaliyyətləri mövsümi xarakter daşıyır. Hər mövsümdə də bunlar bir-iki bəyanat verir, hansısa məsələyə münasibət bildirərək ordan-burdan beş-on manat qazanır, özlərinin qış istirahətlərini təşkil etmək haqqında düşünürlər. Ümumilikdə götürsək, bunlar cəmiyyət tərəfindən qəbul olunmayan insanlardır. Müsavat Partiyası hələ də özünə başqan axtarıb tapa bilmir. Müsavat bu gün siyasi təşkilat deyil, dərnəyə çevrilib. Yəni sistematik olaraq, vaxtı-vaxtında, nizamnamədə göstərilən tələblərə uyğun şəkildə iş görmürlər. Bir qurum daxilində səmimi münasibət yarada bilməyən insanlar bütün Azərbaycanda hansı səmimiyyətdən və idarəçilikdən danışırlar. Azərbaycan cəmiyyəti bu insanları vaxtı ilə görüb. Artıq cəmiyyətə məlumdur ki, bu cür insanlarla möhkəm hakimiyyət, güclü dövlət, Azərbaycan xalqının maraqlarına xidmət edən bir sistem qurmaq mümkün deyil. Onların ancaq şəxsi maraqları ilə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına aparıb çıxarmaq mümkün deyil. Bu gün Azərbaycanın mükəmməl strateji xətti var. Bu istiqamətdə Azərbaycan inkişaf edir, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz istər inkişaf etmiş Avropa dövlətləri arasında, istərsə də regional dövlətlər arasında ən öndə gedən lider dövlətdir.

Bir də ki, Azərbaycanın bu naliyyətlərini gözü götürməyən qüvvələr var və onlar da daxili qüvvələrdən istifadə etməyə çalışırlar. Azərbaycanda mitinq keçirmək istəyən insanlara deyilir ki, onlar üçün yer ayrılıb və həmin ərazidə tədbirlərini keçirə bilərlər. Bu insanlar da istəyir ki, aksiyalarını başqa yerdə keçirsinlər, bunun da arxasında maliyyə vəsaiti durur. Kim özünü kameraya göstərcəksə, o da ikiqat pul alacaq. Burada hansısa ideologiyadan söhbət gedə bilməz.

- Səhv, düşünülməmiş siyasətini davam etdirən radikal müxalifətin bununla hələ də küçə təfəkküründən və meydan eyforiyasından ayılmadıqlarını söyləmək mümkündürmü?
- Hərdən iqtidarla müxalifət arasında dialoqdan danışırlar, fikirlər səsləndirirlər. Onların arasında elə bir potensiala malik adam yoxdur ki, dialoq aparılsın. İkincisi, cəmiyyət-vətəndaş dialoqu var. Bunlar isə kənarda qalmış insanlardır. Dövlət idarə olunur, vətəndaşların sosial-rifah halını yaxşılaşdırmaq üçün addımlar artılır, islahatlar həyata keçirilir. Kimsə kənarda öz evində və ofisində özünü siyasi partiya adlandırırsa onlarla hansısa formada dialoq aparmaq mənasız və əhəmiyyətsiz bir fikirdir.

Təbii ki, onlar qanunsuz aksiyalarla xaricdən aldıqları tapşırıqları yerinə yetirməyə çalışırlar. Dəflələrlə müxalifətin keçirdikləri küçə yürüşlərini izləmişəm və görmüşəm ki, xarici vətəndaşlar, ayrı-ayrı ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri müxtəlif cihazlarla neçə nəfərin haradan gələcəyini əvvəlcədən müəyyənləşdirir. Aydındır ki, əvvəlcədən hansı küçədən kimlərin gəlməsinə dair məlumatlar xəritə şəkilində göstərilir. Sosial bazalarının olmaması səbəbindən insanlar onlara etimad göstərmir. Buna görə də Azərbaycan cəmiyyətində hörmətləri yoxdur, belə olan təqdirdə nə ağalarının, nə də özlərinin anti-Azərbaycan maraqları həyata keçmir.

İkinci bir tərəfdən, Azərbaycanda xalqla Prezidentin vəhdətdə olması, cəmiyyətin aparılan siyasəti dəstəkləməsi bunları tamamilə kənara sıxışdırır. Onlar nə qədər qanunsuz aksiyalar keçirsələr də istəklərinə nail ola bilməyəcəklər. Azərbaycanın işğal olunmuş əraziləri yandırılır, azyaşlı uşaqlar erməni snayperləri tərəfindən vurulur, sərhəd suları ilə axıdılan müxtəlif oyuncaqlarla partladılır, bunların heç biri haqqında nə yazırlar, nə də göstərirlər, elə bil ki, belə bir hadisə baş verməyib. Amma şəhərin küçələrində, insanların toplaşdığı, istirahət etdiyi yerlərə xüsusi öyrədilmiş adamlar göndərirlər. Həmin şəxslər bəzi insanları televiziya kanallarında Azərbaycanın əleyhinə danışmağa təhrik edirlər və bunu xarici telekanallarda göstərirlər. Onların kim olduğunu beynəlxalq təşkilatlar da yaxşı tanıyırlar, bilirlər ki, onların potensialı nədən ibarətdir.

SİA









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru