"AİLƏLİ KİŞİLƏRLƏ GÖRÜŞMƏK QƏBAHƏT DEYİL"
Tarix: 13-07-2013, 10:32 | Çap et
Müasir şou-biznesdə müğənnilik sənəti mikrofonu ikiəlli tutmaqla pul qazanmaq bacarığını aşılayır. Gözəl səs isə mikrofonla dodaqların arasında olan məsafə ilə ölçülür. Bu gün silikonlu dodaqların iri başlı mikrofonu əzizləməsi səhnə mədəniyyəti sayılır. Nə qədər bayağı səslənsə də, müasir şou biznes mənəviyyatı, daha dəqiq desək, mənəviyyatsızlığı bununla bitmir.
Bu gün dəyərdən düşmüş şou biznes dəyərlərini gənc müğənni Sevinc Ağaşirinova ilə birlikdə dəyərləndirəcəyik.
- Özün haqqında məlumat verərdin.
- Əslim Qubalıdı. Ailədə iki bacı olmuşuq. Musiqi Texnikumunun Muğam fakültəsini bitirmişəm. On ildi bu sənətdəyəm. 2006-cı ildə ilk dəfə ATV kanalında «Xalq Ulduzu - 1»də aparıcı kimi çıxmışam. Sonra isə oxumağı davam etdirmişəm.
- Uşaqlıq illərin necə keçib?
- Uşaqlığımı yorğun, düşüncəli xatırlayıram. Həmişə gələcəyimi düşünürdüm.
- Musiqiyə həvəs necə oyandı səndə?
- Uşaqlıqdan həvəsim var idi musiqiyə və elə oldu ki, oxumaq istədim. Evdə də narazılıq olmadı.
- Röyanın dəstəyi sənin üçün bir yol açdımı bu sənətdə?
- Röya mənə dəstək oldu. Onu heç vaxt unutmaram. Mahnı seçimində mənə məsləhətlər verirdi. Mahnım da uğurlu alındı, hamı tərəfdən sevildi.
- Efirlərdə az-az görünməyinin səbəbi nədir?
- Səbəb madiyyatdı və düzgün prodüserlə çalışmamağımdı. Çox iş görmək üçün pul da çox lazımdır.
- İlk qazancın nə vaxt olub?
- 2003-cü ildə. Hazırda gəlirim yetərincə deyil ki, tez-tez efirlərə çıxa bilim.
- Xalq artistlərinin dava-qırğınına necə baxırsan bir gənc kimi?
- Normal baxıram, küsürlər, sonra vaxt gələcək yenə barışacaqlar.
- Bəs qalmaqala necə baxırsan?
- Normal baxıram. Mən çox sevirəm qalmaqalı, bəzən ondan qaçmaq olmur.
- Yaşlı sənətkarlardan şəxsən sənə pislik dəyibmi?
- Yaşlılara həmişə hörmət etmişəm. Pislikləri də dəyməyib, yaxşılıqları da.
- Özünü şanslı xanım hesab edirsən?
- Şanslıyam, amma şansımı qaçırtmağı tez bacarıram.
- Deyirlər, Türkiyə vətəndaşı ilə nikaha girmisən.
- Bu şayiədir, elə bir şey yoxdur.
- İlk məhəbbətin neçə yaşında olub?
- Məktəb vaxtı olub, uzaqdan-uzağa. O, dərsə gəlməyəndə həmin gün maraqsız olurdu.
- Ailəli oldun, tez bir zamanda da ayrıldın. Düzünü de, səbəb sənətin idi?
- İllər öncə ayrıldıq. Sadəcə xasiyyətimiz tutmadı, sənətimlə bağlı deyildi.
- Qorxaq həyatı sevmir, onu itirməkdən qorxur. Həyatı sevib, onu itirə biləcəyinlə barışa bilirsənmi?
- Mən qorxağam, həyatı da sevirəm. Həyatı itirməkdən yox, sevdiklərimi itirməkdən qorxuram.
- Sevgi olmadan həyatdan zövq almaq olarmı?
- Mən sevgisiz yaşaya bilmərəm, həyatın zövqü olmur. Amma bəzən insan istədiyi insanı tapmaq üçün bir müddət həyatdan zövq almasa da, yaşamağı bacarmalıdır.
- Özünü kimin qarşısında günahkar sayırsan?
- Özüm ancaq öz qarşımda günahkaram.
- Taleyin arzu etdiyin kimidir, ya layiq olduğun kimi?
- Taleyimin bəzi məqamları öz xəyal etdiyim kimidir, bəziləri təbii ki, sürprizlər.
- Səncə ürəyin dərmanı nə ola bilər?
- Ürək istərsə, həmin an onun dərmanı onun istədiyi insandır. İstədiyi olmasa da, heç olmasa valeryan dərmanıdır.
- Bir müddət əvvəl səni maraqlı fotosessiyalarda görürük. Yoxsa müğənniliyi atıb, model biznesinə qatılmağa hazırlaşırsan? - Fotosessiya da sənətlə bağlı layihənin bir hissəsidir. Mən müğənniyəm və bu sənəti atmağı düşünmürəm. Bizim gözəl modellərimiz var. Onların cəsarətinə heyranam. Mən də onlara baxıb, həvəslənirəm. Amma model yox, müğənni kimi. O ki qaldı sənəti atmağa, bunu heç vaxt düşünmürəm. Sənətimi çox sevirəm və bacardığım qədər özümü sübut etməyə çalışıram. - Özün barədə şayiələr eşitmisənmi?
- Eşitmişdim ki, guya mən dənizdə boğulmuşam. Bir dəfə də eşitdim ki, guya sevgilimlə Moskvada fotosessiya etdirmişəm. Şayiələri məni gözü götürməyənlər yayır. Mənə paxıllıq edən həmyaşıdlarım çoxdur.
- Bu günədək «raskrutka»ya nə qədər pul xərcləmisən?
- Dəqiq bilmirəm, amma nə qazanmışam, onu da xərcləmişəm. Çox pulum olsaydı, çox xərcləyərdim.
- Şou-biznes sənə nələri öyrətdi?
- Bura qədər demək mən heç nə bilmirdim. On bir il orta məktəbdə oxuduqlarımın hamısını silib apardı. Şou-biznes ayrı məktəbdir.
- Özünü cazibədar hiss edirsən?
- Bəzi müğənnilərin bəxti hansısa məqamlarda gətirir. Mənim də şansım gözəl olmağımdır. Özüm özümü tərifləməyim. Tamaşaçının qarşısına dəfələrlə makiyajsız çıxmışam. Nəyisə ört-basdır eləməyə ehtiyacım yoxdur. Boy, kilo, cizgilər yerindədir. 2006-cı ildə burnumdan plastik əməliyyat olmuşam. Nə vaxtsa plastik əməliyyata yenidən ehtiyac olsa, edərəm. Amma hələlik buna ehtiyac duymuram. Hər şey göz qabağındadır. Bəzi xanımlar slikondan həddindən artıq istifadə edib, tanınmaz hala düşürlər. Bəlkə fotolarda daha gözəl görsənə bilsinlər deyə edirlər, bilmirəm. Amma bəzi silikonlularla qarşılaşanda adam səksənir. Münasibət qurduğum bütün xanımları bəyənirəm. Hər biri özünəməxsus gözəldir. Amma iddialı, daha gözəl müğənni seçmək mənim üçün çətindir. Çünki hamısı gözəldir. Bütöv şəkildə yanaşsam, silikona görə ad çəkmək istəmirəm. Belələri çoxluq halındadır. Bəzi kişi müğənnilər bəzi xanım müğənnilərdən silikon məsələsində daha diqqətlidirlər. İstifadə edəndə məhdudiyyəti nəzərə alırlar.
- Taleyi ilə oynayan Sevinc risk etməyi sevir?
- Böyük riskləri sevmirəm, çünki pisdir. Düşünürəm birdən uduzaram.
- Səncə məhəbbət izafi olanda nifrətə çevrilir?
- Məncə olur, amma o hirs də soyuyub gedir. İnsan qəlbində nə qədər nifrət daşıyırsa, o qədər mənəvi dünyası qaralır, ən gözəli zamana buraxmaq və nəticəni görməkdi.
- O dünyanı necə təsəvvür edirsən?
- Əvvəllər çox inanırdım, məsum idim, hər nə haqsızlıq olurdusa, hər şeyi o dünyaya saxlayırdım. Amma getdikcə o dünya da, bu dünya da gözümdən düşüb. Heç nəyə inamım qalmayıb.
- Kimin yoxluğuyla barışa bilmirsən?
- Atam maşın qəzasında rəhmətə gedib. Onun yoxluğuyla barışa bilmirəm.
- Həyatında gizli kodlar, sirli şifrələr varmı?
- Gizli kodu yalnız “facebook”da qoymuşam.
- Bəs fala necə, inanırsan?
- Arada inanmaq istədim, amma düz çıxmır.
- Sirr deyil ki, bəzi qadın həmkarların ailəli kişilərlə qeyri-rəsmi şəkildə yaşayırlar. Buna münasibətin necədir?
- Mən necə baxdım, baxmadım, bu ta qədimdən belə gəlib, belə gedəcək. Normal baxıram. Bir kişiyə bir neçə qadın düşür, Sultan Süleyman kimi.
- Elə həmkarların da var ki, ailə dağıdıb, ailə qururlar. Buna münasibətin necədir? - Normal baxıram. Hər insan səhv edə bilər. Gec-tez hamı xoşbəxt olmaq istəyir, ayrılırsa, deməli, ailə xoşbəxt deyil.
- Maraqlıdır. Həyat haqqında düşüncələrin nədir?
- Həyatı hələ də dərk etməmişəm. Dərk etmək istəyəndə də insanlar mənim fikirlərimi hər dəfə alt-üst edir.
- Ən çox nifrət etdiyin vərdişin nədir?
- Yaddaşsızlığıma nifrət edirəm.
- Şou-biznesdə hamı özünə titul qoyur. Bəs sənin titulun nədir?
- Mən o barədə düşünmürəm.
- Səncə sənin ifana tələbat var?
- Niyə də yox.
- Sirr deyilsə, toylara neçəyə gedirsən?
- Bəlkə yeganə müğənniyəm ki, toy qiymətim yoxdur. Kim istəyir çox verir, kimisi az.
- Nəyə biganə qala bilmirsən?
- Sevdiyim insana.
- Nazını kim çəkir?
- Mən kimin nazını çəkirəm, o.
- Qısqanc insansan?
- Qədərində. Qısqanclıq normadan artıq olanda dəli kimi baxıram.
- Şəlalə nə deməkdir sənin üçün?
- Şəlalə gurultulu görünüşdə olsa da, mənə sakitlik verir.
- Ürəyində qalan sual?
- Öz-özümə çox sual verirəm, amma cavabları yoxdur.
- Bu günə son sözün?
- Bilirəm ki, 15 yaşınız tamam olub. O vaxtdan oxuduğum 1 nömrəli qəzet idi. Hər an çox bəyənirəm. Öz sözünü 15 il əvvəl deyib «Oxu məni» qəzeti. Bütün komandanızı təbrik edirəm. \ oxumeni.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
|