"SAÇIMI SARALTSAM, KİŞİ OLMARAM AXI"...
Tarix: 22-07-2013, 11:22 | Çap et
Kulis.Az-ın “Ekran üzü” layihəsinin növbəti qonağı Space televiziyasında yayımlanan “Sevimli şou” proqramının aparıcısı Mikayıl Güləddinoğludur. - Televiziyada çalışmağı planlaşdıranda qarşınıza şou əhli ilə işləməyi məqsəd qoymuşdunuz, yoxsa hər şey təsadüf nəticəsində belə alındı? - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirmişəm. İxtisasım ssenaristdir. Elçin Əlibəyli birlikdə təhsil almışam. Hərbi xidmətdən qayıdandan sonra “Zarafatyana” verilişində ssenarist kimi işə qəbul oldum. Daha sonra “Çal-çağır” verilişindəki Böyükxanım və Kiçikxanım obrazlarına ssenari yazdım. 8 il “Çal-çağır”da işlədim, baş redaktor oldum. Verilişin mətnlərini mən yazırdım. Sonra bir prodakşn layihəsi olan “Tamammı, davammı” verilişini apardım. Onu deyim ki, prodakşn çox qeyri-peşəkar idi. “SOY” şirkətində çalışdığım üçün televiziyanın nə olduğunu bilirdim. Təsəvvür edin ki, pasport stola rəy almağa gedirdilər. - Pasport stola niyə? - Deyirdi ki, baldızım orda işləyir. Soruşaq görək verilişimiz necədir. Mənə gülməli gəlirdi. Bayağı üsullara əl atırdılar. Aparıcını səhər 6-da, xaş vaxtında işə çağırmazlar. Səmimi deyirəm, məni 6-da işə çağırırdılar. Niyə? Axşam 10-un yarısı efirdi (gülür). Gördüm ki, burda aləm bir-birinə qarışacaq və mən biabır olacam. İki aydan sonra həmin layihəni tərk etdim. Qərara gəldim ki, “Olduğu kimi” verilişini aparım. Hər şeyi olduğu kimi göstərim. - “Olduğu kimi” intellektual-əyləncəli proqram (sözümü kəsir). - Əyləncəli deyildi. - İntellektual proqram idi? - İntellektual deməyək. Düzdü, kanalın rəsmi saytında siz dediyiniz kimi intellektual-əyləncəli proqram yazılmışdı. Ancaq “Olduğu kimi”də heç bir əyləncə yox idi. Veriliş başıma bəla oldu. Məhz o verilişi aparanda bəzi xanım müğənnilərə görə mənə təzyiqlər oldu. Veriliş canlı deyildi. Zənglər gəlirdi ki, filan sualı vermisən, o sualı kəs çıxart, yoxsa sənin üçün pis olar. Gənc xanım müğənnilərin sevgililəri zəng edirdilər ki, sən kimsən axı bu sualları onlara verirsən. Təbii ki, mən də onlarla razılaşmırdım, dedikləri sualları da çıxartmırdım. Namiq Məna ilə aramızda qalmaqal yarandı. Təkcə Namiq Məna ilə yox, meyxanaçıların bir çoxu “Olduğu kimi” verilişinə görə mənimlə düşmən oldular. Mən hər şeyi olduğu kimi göstərirdim. Heç kimdən qorxmuram, çəkinmirəm. - Hər şeyi olduğu kimi göstərirdiniz? Qurama heç nə olmurdu? - Verilişdə qonaq olmuş istənilən müğənnidən bu haqda soruşa bilərsiniz. Məhəbbət Kazımov verilişdən çıxanda dedi ki, təzyiqimi qaldırdın. Qıpqırmızı olmuşdu. İlk verilişdə Hüseyn Dəryanın xəbəri olmadan Sonanı gətirdim. Bu, qurama deyildi. Doğrudur verilişdə tamaşaçını intizarda saxlamaq üçün müəyyən “priyom”lardan istifadə etmişəm. Mehman Əhmədliyə demişdim ki, Namiq gələcək. Deməmişdim Namiq Məna gələcək. Dedim, Namiq gəlir, Namiq gəlir. Axırda Namiq adlı bir “ofisiant” gəldi. Görüşdülər, nə var, nə yox, sağ ol. Televiziyalarda qurama işlər çox olub, amma “Olduğu kimi”də qurama olmayıb. Bu verilişi aparanda yoldaşım deyirdi ki, kasıb adamıq, bizim nəyimiz var, birdən sənə nəsə edərlər. - “Olduğu kimi”ni ciddi görkəmdə aparmağınız, ümumiyyətlə proqram bir xeyli tənqid olundu. Deyəsən, tənqidə dözümlüsünüz. - Bakı şəhərinin mərkəzində yaşayanlar, özünə müasir deyənlər məni sevməyə bilər. Mən beləyəm də, nə edim? Nazlanıb veriliş aparmalı, sırğa taxmalı, qız kimi hərəkətlər etməliyəm ki, bəyənilim? Sadəcə mənə toxunan, pis təsir edən budur. Məyus oluram. Atayam və mənim övladlarım var. Düzdür, körpə olduqlarına görə internetə girmirlər. Ayıbdır axı. Ətrafımda olan yaxın insanlar, məni tanıyırlar bilirlər ki, mən necə əqidəli insanam. Məni bölgələrdə sevirlər, bu mənə bəsdir. - Deyə bilərik ki, hazırda aparıcısı olduğunuz “Sevimli şou” müğənnilərin toy tutmasına xidmət edir? - Əksinə, müğənnilərin çoxu bu verilişdən qaçır. Verilişdə sifarişlər olur, bəstəkar mahnıları ortalığa çıxır və müğənnilər oxuya bilmir. Bir dəfə verilişə gələn, ikinci dəfə gəlmir. Sanmıram onlar bu verilişdən toy tutur. “Durnalar”la toy tutmaq olmaz. - Sırf bəstəkar mahnıları olmur axı, toy mahnıları da səslənir. - Bu, sifarişdən asılıdır. Tamaşaçı zəng edir, tamaşaçıya nə demək olar. Hərdən də elə olur ki, prodüserlər zəngləri bağlamırlar. Verilişlərin birində xalq artistinə sifariş verdilər ki, “Qarabağ şikəstəsi” ifa elə. Bacarmadı, pərt oldu. Həmin xalq artisti bir də verilişə gəlmədi. Ona görə biz onların xətrinə dəyməsin deyə rahat mahnılar seçirik ki, heç olmasa verilişə gələn olsun. - Verilişdə özünüzü çox sərbəst aparırsınız. Hətta efirdə dirijorluq etməyiniz haqda xəbər də hazırlanmışdı. - Mənim musiqi savadım var. Qara Qarayev adına musiqi məktəbinin tar sinfini qırmızı diplomla bitirmişəm. Eyni zamanda fortepiano sinfində oxumuşam. Bu, dirijorluq deyildi. Dirijorluq eləmək üçün təhsilin olmalıdır. Bu, şoudur. Həftə içində musiqiçilərlə məşq edirəm və bilirəm ki, harda qarmonun zamanıdır, harda gitaranın. Bir çox şoumenlər var ki, bu cür hərəkətlər edirlər və mən də bunu şou xətrinə edirəm. Məsələn, Türkiyədə Bəyazıd Öztürk bunu edir. Təxminən 20 gün Bəyazın yanında oldum. Bizim “Şhow TV”-də, “Kanal D”-də, “TRT”-də izlədiyimiz şou proqramlarını Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Onların bir verilişi üçün təxminən 60 nəfər çalışır. XIV Ludoviq deyirdi ki, dövlət mənəm. Və bu gün mən apardığım verilişlərdə “hər şey mənəm” deyə bilərəm. Sağ olsun rəhbərlik, mənə bu şansı yaradıb. Verilişin rejissoru da mənəm, prodüseri də, “telefonu söndürün” deyən də. Axı Türkiyədə bu yoxdur. Bəyaz bizim işlədiyimiz rejimdə işləsə siyah olar. Qaldı ki, sərbəstliyə, mənə elə gəlir ki, bir qədər şablonluqdan çıxmaq lazımdır. - Niyə daha çox insanların ikinci dərəcəli hesab etdiyi müğənniləri dəvət edirsiniz proqrama? - Mənim verilişimdə üzdəniraqlar ola bilməz. Özünü qız kimi aparan müğənni görəndə, özünü nazlı aparan aparıcı görəndə qıcıqlanıram. Mən beləyəm. Bu gün aparıcı ola bilərəm. Amma hər şeyi hamıya görə eləmirəm. Özümü və ailəmi də düşünürəm. Mənim üçün elə şeylər əsas deyil. Digər tərəfdən o müğənnilərin gəlməsini mən özüm istəyirəm. “Sevimli şou”ya başlayanda məndən bir çox müğənnilər inciyib getdi. Onlar canlı ifa etmirlər. Ümumiyyətlə, onlar mənim tipimdə deyil. Dodağını şişirdən, sırğa taxan insanlar məni sevmir, bunu yüzdə-yüz bilirəm. İstəmirəm müasirliyi, mənə bunlar xoşdur. Mənə deyirlər ki, saçını bir az saralt. Mən saçımı saraltsam, saçıma min oyun açsam, qırmızı şalvar geyinsəm evdə necə əlimi vuraram stolun üstünə ki, evin kişisiyəm. Belə kişi olar? Qoy desinlər geridə qalıb, qoy desinlər verilişinə Manaf gəlir, Baloğlan gəlir, nə bilim Məhəbbət Kazımov gəlir. Hər şey Bakının “Tarqovı” küçəsi ilə ölçülmür axı. Bölgələrə gedəndə insanların sevgisi ilə qarşılaşıram. Bölgələrə çıxanda mən bunu görürəm. Hamı dəstəkləyir məni. Qoy məni kənd camaatı sevsin. Mən kəndçiyəm, vəssalam. Düzdür, şəhərdə anadan olmuşam, 34 ildir Bakıda yaşayıram, Nərimanovda böyümüşəm. Mənə kəndçi şeylər ləzzət edir. Müəyyən aparıcılar var ki, elit restoranlarda xalq artistləri ilə yemək yeyir. Mənə bu xoş deyil. Mənə ən ucqar yerdə Məhəbbət Kazımovla şor-çörək yemək ləzzət edir. Bu gün Səyyad Əlizadəyə kim nə deyə bilər? Mənim üçün bir nömrə Məhəbbət Kazımovdur. Gəlin etiraf edək ki, bu veriliş mənim reytinqimi artırır və bu gün hamı “Sevimli şou”ya baxır. Mən veriliş adları çəkərəm ki, xalq artistləri orda “mənəm-mənəm” deyir, amma verilişin reytinqi birdir. Mən Aşıq Tellini, Baloğlan Əşfərovu, Məhəbbət Kazımovu çağıranda reytinq gəlir. Gəlin belə danışaq. Aşıq Tellini və Məhəbbət Kazımovu, bir də sanballı müğənnilərindən birini çağıraq. Həftəsonu reytinqə baxaq. Görək hansı daha çox reytinq verir. Çünki camaat belə istəyir. Saytlara baxırsan, filankəs filan yerdə istirahət elədi, cəhənnəmə eləsin. Allah haqqı, bu, tamaşaçıya maraqsızdır. Özünə müasir deyən, saçını arxaya darayan, jile vuranlar məni bəyənməsə yaxşıdır. Amaciyə görə mənə nələr demədilər. O veriliş mənim deyildi, sadəcə olaraq mən o televiziyanın işçisiyəm. O cırhacırda, sel-su axa-axa o verilişi apardım. Evimə qədər məni tənqid etdilər. Amma mən buna getməli idim. Təhqiramiz sözlər yazırdılar, deyirdilər bu nədir. Mən təhqiramiz sözləri yazanlara cavab olaraq onları çağırırdım ki, qoy məni tanısınlar, bilsinlər mən kiməm (gülür). Onlar da gəlmirdilər. Mənə elə gəlir o rəyləri yazanların özlərinin böyük problemləri var. Biz həm də bir az aqressivik, heç nəyi bəyənmirik. Kimə deyirsən deyir, mən Azərbaycan kanallarına baxmıram. Ay faşist, niyə baxmırsan? Bəs Azərbaycan kanallarına bax da, bir şeyi bəyən də. - Səviyyəli proqramların azlığına görə yəqin ki, baxmırlar. - Bu gün intellektual veriliş açım, reytinqi bir versin, səhər rəhbərlik o verilişi bağlayacaq. Oyna, atdan düş, nə edirsən et, əsas reytinq ver. Qurtardı, getdi. Mən də ailəmi reytinqlə dolandırıram. Reytinq olmasa mən rəhbərliyin nəyinə lazımam. Göydən düşmüşəm?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
|