RƏSUL QULİYEVİN MƏMURLARLA İŞ BİRLİYİ
Tarix: 6-01-2012, 13:34 | Çap et
EKS-SPİKERİ AKTİVLƏŞDİRƏN MALİYYƏ MƏNBƏLƏRİ HANSILARDIR?
DİA.AZ: - 2011-ci il dekabrın 2-də Milli Məclisin sabiq sədri, ABŞ-da yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Müqavimət Hərəkatı yaratmaq niyyətində olduğunu açıqlayıb. Sonra Hərəkatının proqramını cəmiyyətin müzakirəsinə çıxarıb.
Sözün düzü, nəinki cəmiyyətdən, hətta Rəsul Quliyevin keçmiş müttəfiqləri olan müxalifət partiyalarından da ona dəstək gəlməyib. Hətta keçmiş müttəfiqləri rəsul Quliyevi qeyri-ciddi olmaqda, Amerikada oturub inqilab etmək eşqinə düşməkdə ittiham ediblər. Eks-spikeri dəstəkləməyənlər bunun üçün ciddi səbəblər də gətirirlər. Doğrudan da, Rəsul Quliyev bir neçə il əvvəl özünün az-çox tərəfdarlarını aldadaraq Bakıya gələ bilməmiş və Ukraynadan geri qayıtmışdır. Bu da onun nüfuzuna ciddi təsir etmişdir. Sonrakı illərdə isə Rəsul Quliyev bir müddət susmağa üstünlük vermiş və sanki siyasətdən çəkildiyini öz partiyadaşlarına mədəni şəkildə çatdırmağa çalışmışdır. Düzdür, Azərbaycan Demokrat Partiyasından uzaqlaşdırılandan sonra eks-spiker Açıq Cəmiyyət Partiyası yaratsa da, cəmiyyət tərəfindən heç bir dəstək ala bilməmişdir. Belə olan halda Rəsul Quliyev özünü yazıçılıqda sınamaq qərarına gəlmişdir. Və ACP sədri Rəsul Bayram imzası ilə bir-birinin ardınca yeni romanlar yazaraq bu yolla nəyəsə nail olmaq, cəmiyyətin yaddaşında qalmaq istəmişdir. Məhəbbət və detektiv, tarix və siyasət mövzularında yazdığı serial-romanlar Rəsul Quliyevə nəinki şöhrət gətirmiş, əksinə, olub-qalan hörmətini də puç etmişdir. Bütün gedişləri fiasko ilə nəticələnən eks-spiker «Ərəb baharı» deyilən olaydan sonra yenidən meydana atılmaq qərarına gəlmişdir. Onun son vaxtlar elan etdiyi Müqavimət Hərəkatına öz partiyasından başqa heç bir partiya qoşulmayıb. Cəmiyyətdən və ölkənin mövcud siyasi spektrindən heç bir dəstək ala bilməyən ACP sədri yeni taktikaya əl atmış, bəzi indiki və keçmiş məmurlarla danışıqlara başlamışdır. Mətbuatda gedən məlumata görə, ilk danışıqlar Naxçıvan Muxtar respublikasının keçmiş baş naziri, hazırda Türkiyədə yaşayan Becan Fərzəliyevlə olub. Rəsul Quliyev digər keçmiş məmurlarla da, hətta həbsxana həyatı yaşayan keçmiş səhiyyə naziri Əli İnsanovla da əlaqə yaratmağa cəhd edib. Ancaq məlumata görə işbirliyi hələ ki, alınmayıb.
Keçmiş spikerin danışıq apardığı şəxslərdən biri də Azərbaycan Naminə Forumun sədri Eldar Namazovdur. Ancaq hiss olunan odur ki, keçmiş məmurlar tərəfindən hələ ki, eks-spikerə ciddi dəstək görünmür. Vaxtilə haqqında cinayət işi qaldırılmış, 15 ildir ölkədə olmayan, hər dəfə tərəfdarlarını aldadan bir şəxsin ciddi dəstək qazanması müşkülə çevrilib.
«Hər ay, hər il Azərbaycana qayıtmaq barədə düşünürəm, lakin bunu həyata keçirməyi, sadəcə olaraq, bacarmamışam» deyən partiya sədrinin hansısa ciddi qərar qəbul edəcəyinə heç onun yaxınları da inanmır.
Ancaq buna baxmayaraq, Rəsul Quliyev uzun müddət fəaliyyəti hiss olunmayan Açıq Cəmiyyət Partiyasının (ACP) rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclərin iştirakı ilə Amerikada oturub konfrans keçirir, indiki məmurların bəzilərini özünə qoşmağa çalışır.
İndiki bəzi məmurlarla aparılan iş deyəsən, öz nəticəsini verir. Mötəbər mənbədən redaksiyamıza daxil olan məlumata görə, 2012-ci ilin başlanğıcında aparılması gözlənilən köklü kadr islahatları zamanı vəzifəsini itirməyə real namizəd olan bəzi məmurlar Rəsul Quliyevin yaxın ətrafı ilə danışıqlara başlayıblar. Onsuz da yaxın aylarda vəzifəsi ilə vidalaşacağını bilən məmurlardan biri hətta keçmiş spikerə maliyyə yardımı edib. Hətta həmin məmurun ACP sədrinə ilkin olaraq müəyyən miqdarda maliyyə yardımı etdiyini də mənbəmiz söylədi. Həmin məmurun adı bizə bəlli olsa da, müəyyən səbəblərdən açıqlamağı hələ düzgün hesab etmədik. Mənbəmiz yaxın günlərdə Rəsul Quliyevlə gizli işbirliyinə gedən daha bir neçə məmurun adını açıqlayacağını bildirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|