ƏLİKRAM HÜMBƏTOVDAN DAHA BİR GƏDƏLİK
Tarix: 1-10-2013, 11:31 | Çap et
Ələkrəm Hümbətov oğlunu və gəlinini İrəvana oxumağa göndərir
Bu günlərdə Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində olan separatçı, qondarma “Talış-Muğan respublikasının prezidenti” Ələkrəm Hümbətovun yeni xain açıqlamaları yayılıb. Virtualaz.org-un xəbərinə görə Ə.Hümbətov səfərini başa vurub İrəvandan Hollandiyaya yola düşərkən erməni agentliyi “Regnum”un müxbirinə geniş müsahibə verərək Azərbaycan ərazilərini işğal altında saxlayanlara qarşı hüsn-rəğbətini ifadə edib.
“Bilirsiniz, təsəvvürümə də gətirə bilməzdim ki, məni bu cür yüksək səviyyədə qəbul edəcəklər. Mən buna görə erməni hökumətinə də, artsax hökumətinə də dərin təşəkkürümü bildirirəm” deyə Hümbətov bildirib. O əlavə edib ki, özünü talış xalqı qarşısında “ömrünün sonuna qədər” borclu hesab edir. Çünki vaxtilə bu xalqın qarşısında götürdüyü öhdəliklərə axıradək əməl edə bilməyib.
Ə.Hümbətov Şuşadan yayımlanan “Talışıstanın səsi” radiosuna görə ermənilərə minnətdarlıq edərək deyib ki, talışlar bu radionun köməyi ilə öz dillərini öyrənmək imkanı əldə ediblər: “Biz hər gün bu radioya qulaq asırıq, sevinirik, öz xalqımıza, mədəniyyətimizə bir daha vuruluruq. Təkcə bu radio bizə öz köklərimizə qayıtmaqda, milli kimliyimizi itirməməkdə kömək edir”.
Ə.Hümbətov İrəvan Dövlət Universitetində açılmış talışşünaslıq kursunun da dünyada yeganə olduğunu bildirib, ancaq təəsüflənib ki, bu fakultədə bir nəfər də olsun talış yoxdur. “Biz bu məsələni müzakirə etdik və mən qərara gəldim ki, gənclərə nümunə göstərim, yerdə qalanları ruhlandıran addım atım. Mənim oğlum öz həyat yoldaşı ilə birlikdə gələn il İrəvan Dövlət Universitetinin iranşünaslıq fakultəsində “talışşünaslıq” ixtisası üzrə magistratura oxumağa gələcək. Ümid edirəm ki, heç bir xoşagəlməz hal bu planının həyata keçirilməsinə mane olmayacaq və mənim olum gəlinimlə birlikdə bu kursu müvəffəqiyyətlə başa vuracaq, əlavə bilik və magistr diplomu qazanacaq” deyə Hümbətov bildirib.
Bədnam separatçı daha sonra deyib ki, Azərbaycan və Türkiyənin Ermənistanın monoetnik respublika olması, istənilən digər xalqa düşməncəsinə yanaşdığı barədə təbliğatı əsassızdır. Çünki Ermənistanda talış xalqının öyrənilməsinə ayrılan diqqət bunun əksini göstərir.
Ə.Hümbətov Dağlıq Qarabağa səfər təəsüratları haqda danışarkən deyib ki, onun səfəri üçün ən münbit şərait yaradılmışdı. “Mən Dağlıq Qarabağ gəncləri ilə ünsiyyətdə oldum. Ən başlıcası odur ki, mən onların çox inamlı olduqlarına əmin oldum, gözlərində öz torpaqlarına sonsuz məhəbbət gördüm” deyə o bildirib.
İrəvan Dövlət Universitetində “talışşünaslıq elmi”nin əsasını qoyan, Hümbətovu Ermənistana dəvət edən professir Qarnik Həsrətyan isə bədnam separatçını “güclü xarizmaya malik tarixi şəxsiyyət” adlandırıb. Bildirib ki, onun universitetdə, talışşünaslıq proqramının açılışındakı emosional çıxışı bütün audoriyanı riqqətə gətirmişdi. Həsrətyanın sözlərinə görə, Hümbətovun çıxışını dinləyən erməni gəncləri tarixi hadisənin iştirakçıları olublar. “Onilliklər keçəcək, bizim şərqşünaslar deyəcəklər ki, onlar Ələkrəm Hümbətovu öz gözləri ilə görüblər, həyatını öz xalqına həsr edən bu qeyri-adi insanla ünsiyyətdə olublar” erməni professor bildirib.
Daha sonra Ə.Hümbətov vaxtilə Qarabağ müharibəsində iştirakından danışıb. Deyib ki, o Azərbaycan ordusunun sıralarında Ermənistana qarşı vuruşanda vətəndaşı olduğu ölkənin ərazi bütövlüyünü müdafiə edirdi. “Mən Azərbaycanı həmişə öz vətənim hesab etmişəm və heç vaxt fikirləşməzdim ki, özümü talış adlandırdığım üçün günlərin birində bu cür nifrətlə qarşılaşa bilərəm” o bildirib.
Hümbətov deyib ki, o müharibədə iştirak edəndə Azərbaycanın talışların da vətəni olduğunu düşünürdü: “Lakin müharibənin gedişində başa düşməyə başladım ki, biz düzgün istiqamətdə getmirik. 1993-cü ildə mən demək olar ki, dayandım. Talış-Muğan respublikasını elan edəndə düşünürdük ki, bu Azərbaycanda yeni dövlətçilik nümunəsi olacaq. Talışlar onda sadəlövhcəsinə hesab edirdilər ki, ölkənin ərazi bütövlüyünü pozmadan öz müqəddəratlarını təyin etməklə başqalarına nümunə ola bilərlər”.
Nəhayət erməni jurnalist Hümbətova sual edib: “Vətən üçün darıxırsınızmı?”
Xain separatçının cavabı: “Bəli, çox darıxıram. Mən özüm heç yerə getməyə hazırlaşmırdım. Məni ölkədən deportasiya etdilər. Birbaşa həbsxanadan aerporta göndərdilər, vətəndaşlıqdan məhrum etdilər və sürgünə göndərdilər. Mən indiki pasportumla Azərbaycandan başqa dünyanın istənilən ölkəsinə gedə bilərəm. Acınacaqlıdır! Əgər elə bu gün vətənə getmək imkanı olsaydı mən bir saniyə də dayanmazdım. Mən Qarabağda olanda (səsi titrəyir) bir neçə dəfə beynimdə bu fikir dolaşdı ki, elə bil evdəyəm, Talışsıztandayam. Hətta sürücüdən xahiş etdim ki, məni Lənkəranla sərhədə qədər aparsın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
|