DÖVLƏTİN "QARASU" QAYĞISI...
Tarix: 10-10-2013, 09:35 | Çap et
ƏMƏLİYYAT ŞİRKƏTİ BÜDCƏYƏ 1 MANAT DA ÖDƏMƏYİBŞirvan şəhərində fəaliyyət göstərən «Qarasu» Əməliyyat Şirkətində mövcud olan problemlər barədə keçən saylarımızda silsilə yazılar dərc etmişdik. Faktlar əsasında ərsəyə gələn materiallarda şirkətdə hökm sürən özbaşına vəziyyətdən, işçilərə qarşı qeyri-insani münasibətdən və kütləvi maliyyə yeyintilərindən bəhs olunurdu. Nə qədər acı da olsa deməliyik ki, yazdığımız faktlara aidiyyəti dövlət orqanları tərəfindən münasibət bildirilmədi və şirkətin başbilənləri cəzasız qaldılar. Elə bu cəzasızlığın nəticəsidir ki, oktyabrın 3-də şirkətə məxsus avtobusun qəzaya düşməsi nəticəsində 16 nəfər neftçi müxtəlif dərəcəli bədən xəsarəti aldı və hətta onlardan biri vəziyyəti ağır olduğu üçün cərrahiyyə əməliyyatına cəlb olundu.
Şirkətin nümayəndələri qəzanın sürücünün səhlənkarlığı üzündən baş verdiyini açıqlasalar da, sonra təyin olunan avtotexniki ekspertiza zamanı məlum oldu ki, qəzaya uğrayan avtobus istismar müddətini çoxdan başa vurubmuş. Lakin buna baxmayaraq, şirkətin rəhbər şəxsləri fəhlələrin həyatını risk altında qoyaraq onları xarab avtobusda gəzdirirmiş. Məlumat üçün bildirək ki, «Qarasu» Əməliyyat Şirkəti ölkəmizin qurudakı ən məhsuldar yataqlarına sahib çıxsa da, ölkənin ən qapalı hasilatçı şirkəti adına layiqdir. Qəzetimizin də yazdığı kimi, şirkətdə çalışan neftçilər iş şəraitinin pis olmasından, əmək haqlarının aşağı olmasından dəfələrlə şikayət ediblər.
Şirkət Bakıdan 110- 120 km cənubda yerləşən «Kəlaməddin» və «Mişovdağ» yataqlarının işlənməsi, rekonstruksiyası və kəşfiyyatı məqsədi ilə yaradılıb. Bununla bağlı 12 sentyabr 2000-ci ildə Vaşinqtonda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR - 15%) ilə Amerikanın "Moncrief Oil” (49,7% - operator) və Türkiyənin "Petoil” (35,3%) şirkətləri arasında Hasilatın Pay Bölgüsü (PSA) tipində müqavilə imzalanıb. Həmin ilin 25 oktyabrında müqavilə parlamentdə ratifikasiya edilib və noyabrın 25-də ölkə prezidentinin imzaladığı sərəncamla hüquqi qüvvəyə minib. Müqavilənin şərtlərinə əsasən, artıq fəaliyyətinin 3-cü ilində əməliyyat şirkəti hasilatı 1999-cu il təsərrüfat göstəricilərindən 150% artırmalıydı.
Qeyd edək ki, 1999-cu ildə «Mişovdağ» yatağında 94,8 min ton neft hasil edilmişdi, "Kəlaməddin” yatağında isə 46 min ton, yəni ümumilikdə 140,8 min ton. 2002-ci ilin yekunlarına görə, şirkət müqavilə sahəsindən 131 min 864 ton neft hasil etməyə müvəffəq olub. Yəni faktiki olaraq, SOCAR-dan təhvil aldığı yataqlardan hasilat 6,3% az idi. Ekspertlərin fikrincə, buna səbəb layihənin operatoru olan "Moncrief Oil” şirkətinin əslində hasilatçı bir şirkət olmaması idi. 2007-ci ildən hasilatın yenidən azalması müşahidə edilməyə başlayır: 265,3 min ton. Bu isə o zaman baş verdi ki, artıq "Nations Energy” şirkəti yataqda apardığı geoloji-kəşfiyyat tədbirləri nəticəsində burada əlavə neft ehtiyatlarının olmadığı qənaətinə qəlir. Ona görə də 1956-cı ildən istismarda olan "Mişovdağ” və 1977-ci ildən neft hasilatına cəlb edilmiş "Kəlaməddin” yatağına əlavə sərmayə qoymağı kommersiya baxımından rentabelli layihə hesab etmir və investor axtarışına başlayır. 2007-ci ilin sonunda artıq investor tapılır və 2008-ci ilin fevralında alqı-satqı müqaviləsi tam şəkildə yekunlaşır. Artıq o zamandan şirkətin 85% səhmləri Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən "Global Energy İnc.” şirkətinə məxsusdur.
Bu şirkət haqda geniş ictimaiyyətə adından başqa elə bir şey məlum olmasa da, ancaq Rusiyanın işgüzar "Finmarket.ru” portalının əldə etdiyi məlumata görə, "Global Energy İnc.” şirkəti təsis sənədlərinə görə, Vircin adalarında 26 sentyabr 2007-ci ildə qeydiyyatdan keçib. Onun 2 təsisçisi var, hər ikisi də ofşor şirkətlərdə qeydiyyatdan keçən hüquqi şəxslərdir: 51% - Weistein Limited, 49% - Demipliet Limited.
"Kəlaməddin” və "Mişovdağ” yataqlarında hasilatın tədricən azalması müşahidə olunsa da, "Global Energy” şirkətinin operatorluğu altında hasilatın stabilləşməsi 2008-2010-cu illərdə özünü büruzə verib və 200 min tondan artıq illik hasilat göstəriciləri qorunub saxlanılıb. Fəaliyyətindəki müxtəlif nöqsanlar isə şirkətin əslində ölkəmizə lazım olmadığını göstərir.
Şirkətin iş şəraiti, əmək haqqı, sosial təminatı, tibbi təminatı istənilən səviyyədə deyil. Ekspertlərin araşdırması zamanı o da məlum olub ki, şirkət 2012-ci ilin yekununda və 2013-cü ilin I yarısında Azərbaycan Dövlət Neft Fonduna 1 manat belə mənfəət ödəməyib.
Belə bir şirkətin ölkəmizə ziyanı var, nəinki xeyiri. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri «Qarasu» Əməliyyat Şirkətinin işindəki nöqsanları görməli və bununla bağlı öz qərarlarını mütləq verməlidirlər. Əgər şirkətdə tüğyan edən çoxsaylı problemlərin qarşısı alınmasa, gələcəkdə daha böyük fəsadlar ortaya çıxacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|