FHN rəhbərliyində səfi pozanlar kimlərdir? - İTTİHAM VAR
Tarix: 28-03-2017, 10:02 | Çap et
Azərbaycan cəmiyyətində kağız mediası üçün tiraj, inernet mediası üçün İP kütləviliyi yaradan mövzulardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bu şəxs hər zaman oxucu auditoriyası üçün maraqlı olmasına rəğmən uzun müddət kölgəyə çəkilib. Mətbuatın “fövqəlsusqunluğu” elə təəssürat yaratmışdı ki, sanki ölkənin ən kristal və şəffaf naziri FHN rəhbəridir və bu strukturun fəaliyyətində heç bir qaranlıq yoxdur. Amma bu yanlış təəssüratdır. Baş verənlərlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar əsl gerçəklikləri üzə çıxarır. Söhbət K.Heydərovun media qorunmasından, rəqiblərinin bu müdafiə səddini aşmasından və nəhayət nazirin ətrafının da onun rəqiblərinə əks təbliğat üçün əsas verməsindən gedir. Heydərovun topdağıtmaz imici və rəqiblərə pas verən komanda K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın. İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi. Xüsusi qeyd etmək lazımdır ki, K.Heydərov karyeristdir. Nazir yalnız özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur. İnhisarçı nazir olsa da, onun kurasiyasında olan obyektlərdə insanlara qayğı var, nazirə müraciət edən şəxsin problemi həll olunur, nazirliyin işçiləri heç zaman rüşvət almaz, iş üçün ağız açanın məsələsi düzəlir, obyekt tikdirdiyi yerdə plana düşən tikililərə görə sahibəri ilə hallalaşır, duyğusal adamdır, bəstəkardır və s. ilaxır… Heydərov özü haqda mərhəmətli oliqarx-nazir obrazı formalaşdırıb. Amma artıq bu imic dağılmaqdadır. Bir müddətdir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı mətbuatda bir-birindən rəngarəng materiallar yayımlanır. Saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilirdi. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkirdi. Amma daha sonra məsələlər ciddiləşdi, nəinki faktlar ortaya qoyulmağa başlandı, hətta ara-sıra millət vəkilləri, yüksək çinli YAP mənsubları tərəfindən də “fövqəlnazir”in bostanına daş atıldı. Maraqlıdır ki, K.Heydərova qarşı təbliğatda təsirli və inkarolunmaz təbliğata elə onun ən yaxın ətrafı səbəb oldu. Biz bu yazımızda cumhuriyyet.az olaraq komandadan olan səbəbkarlardan ikisi – “fövqəlnazr”in müavinləri Rəfail Mirzəyev və Tapdıq Əmiraslanov haqda məlumatlara diqqət çəkəcəyik. Surət Hüseynovla həbsxanadan “fövqəlnazir”in sağ əlinədək yol gələn Rəfail Mirzəyev Kəmaləddin Heydərovlla bağlı mediaya çıxan ilk məlumatların mənbəyi fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə bağlı idi. Bu məlumatlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarlar zamanı ilginc faktlarla rastlaşdıq. Məsələn bildirilir ki, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər: “2012-ci ildə Zaqatala və Balakəndə baş verən zəlzələ zamanı dağılan evlərin təmir-bərpası zamanı da işlər R.Mirzəyevin yaxınlarının şirkətlərinə verilməklə büdcədən xeyli vəsait mənimsənilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri dəymiş ziyanı artıqlaması ilə hesablayıblar”. Lakin R.Mirzəyev haqda məlumat bununla bitmir. Son bir neçə ildə FHN-də kadr məsələləri sırf R.Mirzəyevin kurasiyasındadır: “Bu adam isə əvvəllər MTN-in işçisi olub. Namiq Abbasovun vaxtında MTN-in rəsmi iççisi, eyni zamanda Gömrük Komitəsi sədrinin birinci müavini olub. Hətta Gəncədə çalışdığı dövrdə Surət Hüseynovla problemlər yaşayan R.Mirzəyev onun tərəfindən bir neçə sutkalıq həbs də edilib. MTN-də topladığı təcrübəsini istifadə edən R.Mirzəyev nazirliyin mərkəzi aparatında təmizlik və mühafizə işlərinə öz agentlərini yerləşdirib. Xadimələr otaqlarda olan danışıqları, bəzən də sənədləri R.Mirzəyevə çatdırırlar”. Ötən il nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsində 3 milyon manatlıq yeyinti faktı aşkarlanıb: “Nazir Kəmaləddin Heydərovun da bundan xəbəri olub və fakt onu bərk qəzəbləndirib. Bununla əlaqədar Maliyyə-iqtisadiyyat Baş İdarəsində bəzi yüksək vəzifəli işçilər, eyni zamanda idarənin Maliyyə şöbəsinin rəisi Rəsulov Veysəl də işdən uzaqlaşdırılıb. İtən pulun bir hissəsi, daha doğrusu, təxminən bir neçə yüz minlik az qismi qaytarılıb. Amma sonradan nazirliyin yüksək rütbəli şəxsi tərəfindən bu məsələ ört-basdır edilib”. R.Mirzəyevlə bağlı mediada yayılan digər bir məlumatda o da bildirilir ki, o, nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb: “Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur. Halbuki yanğın xidməti faktiki olaraq E.Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi E.Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır. Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir. Ümumilikdə R.Mirzəyevə nazirlik daxilində “biət” edən yüksək vəzifəlilər bunlardır: Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi Elşad Hüseynov, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarə rəsi Valeh Abdullayev, idarə rəisi Niyazi Zamanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cəbrayıl Xanlarov, Katibliyin rəhbəri Cəfər İbadov. Sabiq rektorun oğlanlarının yaratdığı problemlər Lap bu günlərdə Kəmaləddin Heydərovun medianın gündəminə gətirən digər bir müavini isə Tapdıq Əmiraslanovdur. T.Əmiraslanovun tərcümeyi halına diqqət yetirdikdə onun haqqında yaranan təəssürat “gənc və inelektual” kadr kimi görünür: “Tapdıq Əmiraslanov 1978-ci il fevralın 7-də Moskva şəhərində anadan olub. O, 1999-cu ildə ABŞ-ın Hyuston Universitetinin Biznes idarəçiliyi fakültəsini bitirib. Daha sonra 2003-cü ildə Amerikanın St.Tomas Universitetində Biznes idarəçiliyi üzrə təhsil alıb. İxtisası marketinq-maliyyədir. İqtisadi elmlər namizədidir. O, 2003-ci ilin avqust ayından 2004-cü ilin aprelinədək Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr baş idarəsində Baş məsləhətçi, daha sonra həmin idarədə Xarici dövlət borcunun uçotu və icmallaşdırılması sektorunda sektor müdiri və müdir müavini işləyib. T.Əmiraslanov 2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin, daha sonra Regional inkişaf siyasəti və regionlarla iş şöbəsinin müdiri postuna çalışıb. O, 2009-cü ilin fevral ayından 2013-cü ilin noyabr ayınadək Fövqəladə Hallar Nazirliyinin Katibliyində Katibliyin köməkçisi, 2013-cü ildən nazir müavini təyin olunanadək həmin katiblikdə rəis müavini vəzifəsində çalışıb”. 35 yaşında ölkənin ən güclü nazirinin müavini olan bu gəncin yüksəlişində təhsilindən daha üstün digər bir factor da var: O uzun müddət Tibb Universitetinin rektoru, indiki millət vəkili Əhliman Əmiraslanovun oğludur. Amma cumhuriyyet.az olaraq gənc nazir müavininin tərcümeyi halı ilə bağlı mediada yer alan fərqli iddialara da rast gəldik: “Tapdıq Əmiraslanov Amerikada təhsil alaraq, orda dindar qardaşlarla ünsiyyətdə olub. Ancaq ABŞ-da təhsil alaraq həmin təhsil ocağı ilə paralel BDU-da da təhsil almağı barədə məlumat var. Deyilənlərə görə, bu şəxsin Amerikada ola-ola BDU-da imtahanlarda qiymət almasında Azər Əmiraslanovun müstəsna rolu olub”. Məlumat üçün bildirək ki, Azər Əmiraslanov Tahir Əmiraslanovun qardaşıdır və Azərbaycan Tibb Universitetinin saytında (http://www.amu.edu.az/az/cafedra/628/632) Azər Əmiraslanovun fəaliyyət sahəsinin “Sümük, yumşaq toxuma, dəri və süd vəzisinin şişlərində müxtəlif cərrahi əməliyyatlar” olduğu deyilir. Amma cumhuriyyet.az olaraq bildirək ki, Azər Əmiraslanovun ayrı-ayrılıqda iş adamları ilə şərik olmağı barədə mətbuatda bir çox məlumatlar var. Bu məlumatlardan təsəvvür yarana bilər ki, Azər Əmiraslanov hətta lazım olanda kollektor rolunu icra edir. Məlumatlarda K.Heydərovun müavininin də qardaşının işləri ilə bağlılığı və hazırda “İçərişəhər” metrosu yaxınlığında böyük bir tikintiyə sahib olduğu bildirilir. Elə bu günlərdə mediada yayılan məlumatlarda da Əmiraslanov qardaşlarının milyonluq qalmaqalından söz açılırdı. *** Mənbəmiz onu da bildirdi ki, FHN-də yaxın vaxtlarda ciddi kadr islahatlarının olacağı gözlənilir: “Vəziyyətin dəyişməsi zərurətə çevrilib. Əks halda, K.Heydərovun müsbət imici zədələnə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
|