Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                 

Nazirin adıyla 50 min dollarlıq dələduzluq etdilər – Məşhur hüquqçunun və həkimlərin ŞOK MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Tarix: 18-01-2019, 12:03 | Çap et
Nazirin adıyla 50 min dollarlıq dələduzluq etdilər
Azərbaycanda vəzifəli şəxslərin dələduzluğu, insanların külli miqdarda vəsaitlərinin mənimsənilməsi ilə bağlı faktların sayı getdikcə çoxalır. Aşağıda təqdim etdiyimiz material da bu xüsusdadır. Özəl klinikaların birində çalışan baş həkimin müavini özünü yüksək vəzifəli şəxslərin yaxını, dostu kimi təqdim edərək həmkarlarından işə düzəltmək adıyla 50 min dollar pul alıb. İnanılmaz dələduzluq ssenarisində çox maraqlı epizodlar var. Məsələn, məlum olur ki, həmin dələduzluq edən şəxsi hüquq-mühafizə orqanlarının cəngindən BDU-nun hüquq fakültəsinin dekan müavini olmuş, dələduzluq üstə həbs olunandan sonra vəzifəsini itirən Məhəmməd İmanlı qurtarıb. 50 min dollar pul mənimsəyən şəxsi bu gün də məhkəmədə qoruyan, həbsinin qarşısına sipər çəkən məhz həm "peşə”, həm də qohumluq əlaqələri olan M.İmanlıdır. İşdə yüksək vəzifəli şəxslərin adıyla alver etməkdən tutmuş, qanunsuz məhkəmə prosesləri, ağıla gələn və gəlməyən dələduzluq üsulları və cinayətkar şəbəkənin xeyli qurbanları var...

***
Hüseyn Ələkbərov 2016-cı ildə Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, oğlu isə Bakı Medical Plaza klinikasında cərrah kimi çalışdığı dövrdə dələduzluqla üzləşib. Sabiq baş həkim BakuPost-a açıqlamasında bildirib ki, 2016-cı ildə oğlunun cərrah işlədiyi Bakı Medical Plaza klinikasının baş həkiminin müavini Qasımov Feyzulla Apo oğlu və onun oğlu Rəfael Qasımov tərəfindən aldadılıb. Bu prosesdə onun əsas "silahı” özünü yalandan yüksək vəzifəli şəxsləri dostlu kimi təqdim etməsi olub.

Belə ki, F.Qasımov səhiyyə naziri Oqtay Şirəliyevlə yaxın dostluğundan, Mərdəkanda bağda tez-tez görüşmələrindən, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər nazirinin müavini, general Telman Əliyevi müalicə edərək ölümdən qurtarmasından və sairədən danışaraq, "qurbanının” gözündə özünün "mötəbər adam” obrazını yaratmağa nail olub. Bundan sonra nazirin köməyi ilə H. Ələkbərovu Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyaya baş həkim, oğlunu isə Bakıdakı xəstəxanalardan birinə şöbə müdiri təyin etdirə biləcəyini deyib. F.Qasımov həmin vaxt otağındakı Natiq adlı şəxsin general Telman Əliyevin bacısı oğlu olduğunu bildirib. Deyib ki, o, Araz Ağalarovun dostu, ailənin ən etibarlı adamıdır. O cümlədən Natiqin yaxın dost kimi ona Bakıda qolf meydançasının yaxınlığında ev hədiyyə etdiyini də söyləyib.

Nazirin adıyla 50 min dollarlıq dələduzluq etdilər
Feyzulla Qasımov

F.Qasımov oğlu R.Qasımovun hüquqşünas olduğunu, sənədləşmə işlərində onlara kömək edəcəyini deyib. 2016-cı il aprel ayının 30-da H.Ələkbərov və oğlunun CV-ləri F.Qasımovun yanında onun oğlu Rəfaelə çatdırılıb.
Beləliklə, H.Ələkbərov və oğlunun vəzifə təyinatları vədi müqabilində tələb edilən 50 min dollar bir ay müddətində hissə-hissə xəstəxanadakı iş otağında F.Qasımova verilib.

Səhiyyə nazirinin, şöbə müdirinin qəbuluna gediblər...

Bundan sonra F.Qasımov vəzifə təyinatını gözləyən Ələkbərovları bir neçə dəfə, guya, səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən qəbul ediləcəkləri vədi ilə Səhiyyə Nazirliyinə göndərib. Ancaq Səhiyyə Nazirliyinin binası qarşısında gözləsələr də, onları qəbul edən olmayıb. Hər dəfə görüş baş tutmayanda F.Qasımov müxtəlif bəhanələr gətirib. Guya, nazirin görüşü olub, qonağı var, iclasdadır və sairə... Belə bəhanələr uzun çəkdiyindən sonrakı dövrdə F.Qasımova inamsızlıq yaranıb. H.Ələkbərov və oğlu verdikləri pulun geri qaytarılmasını tələb etməyə başlayıblar. Belə olduqda F.Qasımov Ələkbərovları inandırmaq istəyib ki, vəzifə təyinatlarını Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım şöbəsinin müdiri Gülmirzə Poladov gecikdirir. Guya G.Poladov ölkəyə satış üçün ov silahlarının gətirilməsi ilə məşğul olan F.Qasımovdan silah xahiş edib, silahın çatdırılması gecikdiyi üçün də əmri yubadır. Hətta F.Qasımov ölkəyə silah gətirilməsi işi ilə məşğul olduqlarını sübut etmək üçün onlara "Kalaşnikov” markalı bir avtomat silah da göstərib. Ancaq bu bəhanə də uzun sürməyib, tərəflər arasında təyinatların yubanması ilə əlaqədar yenidən narazılıq başlanıb. F.Qasımov vəziyyəti nisbətən normallaşdırmaq üçün verilən pulun az bir hissəsini - 2 min manatını geri də qaytarıb. Daha sonra isə yeni başaldatma üsulunu işə salıb.

Günlərin birində özünü Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım (TTY) şöbəsinin müdiri Gülmirzə Poladov kimi təqdim şəxs H.Ələkbərovun mobil telefonuna zəng açıb, F.Qasımovun tapşırığı ilə onlara kömək etdiyini, yaxınlarda vəzifə təyinatına dair əmrlərin veriləcəyini bildirib. F.Qasımov bununla da kifayətlənməyib, H.Ələkbərov və oğlunu inandırmaq üçün başqa yollara da əl atıb. Məsələn, onlar "Koroğlu” metrostansiyası qarşısında Cavanşir adlı şəxslə görüşə göndərilib. Cavanşir bu vəzifə təyinatlarına kömək edəcək məsul vəzifəli şəxslərdən biri kimi təqdim olunub. Sonradan üzə çıxıb ki, həmin Cavanşir əslində "Neftçilər” metrostansiyası ətrafında çalışan taksi sürücüsüdür...

Tələb edilən 50 min dolların (77 min 552 manat) hissə-hissə F.Qasımova verilməsi başa çatandan sonra G.Poladov kimi özünü təqdim edən şəxsin də zəngləri kəsilib. Bundan narahat olan Ələkbərovlar Səhiyyə Nazirliyinə G.Poladovun qəbuluna gediblər. Orada məlum olub ki, H.Ələkbərova zəng açan G.Poladov deyilmiş. Sonradan, istintaq vaxtı G.Poladovun adından zəng açan şəxsin F.Qasımovun oğlu Rəfael olduğu üzə çıxıb...

Həsənovun "oğlu”ndan torpaq təklifi, "Hacı” müəmması

G.Poladovla bağlı yalan ifşa olunduqdan sonra heç bir bəhanələri qalmadığını görən Qasımovlar H.Ələkbərov və oğluna dil tökməyə, yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başlayıblar. Pulun müqabilində guya R.Qasımova məxsus olan və Qobustanda yerləşən şübhəli bir torpaq sahəsi təklif olunub. Həmin torpağa aid sənədi özünü R.Qasımovun yaxın dostu, sabiq xarici işlər naziri Həsən Həsənovun oğlu kimi təqdim edən Rəşad adlı şəxs Ələkbərovlara təklif edib.

H.Ələkbərov BakuPost-a bildirib ki, əslində onlardan alınmış 50 min dollar müqabilində torpaq təklif olunmasında da Qasımovların xüsusi məqsədi olub. Belə ki, onlar, çox hiyləgərcəsinə gələcəkdə dələduzluğa görə açılacaq cinayət işinin mülki işə çevrilməsinə zəmin yaratmaq niyyətini güdüblər. Lakin həmin vaxt hüquqşünasla məsləhətləşən Ələkbərovlar bu təklifi qəbul etməməklə növbəti tora düşməkdən özlərini sığortalaya biliblər. Qarşılığında isə Qasımovlara 50 min dolları qaytarmaq üçün 15 gün vaxt veriblər. Bu zaman özünü "Hacı” kimi təqdim edən bir şəxs meydana çıxıb. "Hacı” Ələkbərovlara bildirib ki, Qasımovlar qaytarılması tələb edilən pulu toplayır, yaxın günlərdə pul qaytarılacaq. Qasımovlara verilən müddət tamam olduqdan sonra "Hacı”nı axtarsalar da, tapa bilmirlər.

Bundan sonra Ələkbərovlar Daxili İşlər Nazirliyinə şikayət edirlər və 2016-cı ildə şikayət əsasında Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzluq) ilə cinayət işi açılır. Ancaq nə sirdirsə, Xətai Rayon Polis İdarəsi F.Qasımovu saxlamır. Bu proses 2 ilə qədər davam edir, işdə süründürməçilyə yol verilir. Bu zaman "Hacı” yenidən peyda olur. Ələkbərovlara məlum olur ki, "Hacı” deyilən şəxs cinayətkar dəstəyə hüquqi məsləhətlər verən, əvvəllər özü də dələduzluğa görə məhkum edilmiş Bakı Dövlət Universitetinin sabiq dekan müavini, professor Məhəmməd İmanlıdır. M.İmanlı Qasımovlarla birgə Xətai Rayon Polis İdarəsində canfəşanlıq göstərir.

Xətai Rayon Polis İdarəsində süründürməçiliyi görən Ələkbərovlar Bakı şəhər prokuroru İlqar Abbasovun qəbuluna gedir, dərdlərini danışırlar. İşin obyektiv araşdırılması üçün cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilir. F.Qasımovun cinayəti tam sübuta yetirilərək, o, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılır. Xətai Rayon Məhkəməsi F.Qasımovun barəsində həbs qətimkan tədbiri seçir.

Hüquqçu hakimləri necə ovsunlayır?

Növbəti dəfə də səhnəyə M.İmanlı çıxır. Ələkbərovlara məlum olur ki, M.İmanlı Qasımovların kürəkənidir. O, Ələkbərovlara barışıq təklif edir, Qasımovların peşman olduqlarını bildirir. M.İmanlı BŞBPİ-də müstəntiq Rauf Məmmədovun yanında yazılı iltizamnamə verərək dəymiş ziyandan 20 min manat qaytarır, yerdə qalan pulu isə qaytarmaq üçün 1 ay vaxt istəyir. Bunun müqabilində Ələkbərovlar Feyzulla Qasımovun ev dustaqlığına çıxmasına etiraz etmirlər. Lakin bu dəfə də Ələkbərovları M.İmanlı aldadır. F.Qasımov ev dustaqlığına çıxan kimi pulun qalan qismini qaytarmaqdan imtina edir, Ələkbərovları hədələməyə başlayırlar.

Nazirin adıyla 50 min dollarlıq dələduzluq etdilər
Məhəmməd İmanlı

H.Ələkbərov BakuPost-a deyib ki, ötən dövr ərzində M.İmanlı barəsində ətraflı məlumat əldə edərək, onun məşhur dələduz olduğunu öyrəniblər. F.Qasımov ev dustaqlığına çıxandan sonra M.İmanlı Ələkbərovlara bildirir ki, F.Qasımov həkimdir, adına dələduz damğası vurulmasın, iş polisdə həll edilsin və məhkəməyə getməsin. Ələkbərovlara 30 min manat da verəcəyini, yerdə qalan 27 min 552 AZN-i isə verməyəcəyini, bu pulu onlara güzəştə getməyi əvvəl xahiş, sonra hədə-qorxu ilə tələb edir. Bildirir ki, deyənə razı olmasalar, Ələkbərovlar məhkəməni uduzacaq. M.İmanlı deyir ki, professordur, "Cinayət hüququ” dərsliyini məhz o yazıb, ona gücləri çatmayacaq, işi məhkəmədə öz dostuna saldıracaq, bu barədə də artıq razılıq əldə edib. M.İmanlı Ələkbərovlara bildirir ki, 30 min hakimin qabağına atsa, hakim Feyzullanı təmizə çıxaracaq, sonda bəraət verəcək. Hətta Ələkbərovlardan verdiyi 20 min manatı da geri almaqla hədələyir.

H.Ələkbərov deyir ki, M.İmanlı və R.Qasımov bu işdə şahid qismində dindirilən Yadigar Əliyev adlı şəxsi görüşə çağırıb, dilə tutmağa, pul müqabilində ifadəsini dəyişib onların xeyrinə ifadə verməyə razı salmağa çalışıblar. M.İmanlı Y.Əliyevə bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə də onları tapşırıblar, işə baxacaq hakim Cavid Hüseynov da onun dostudur. Əlavə edib ki, Apellyasiya Məhkəməsində də adamları var, işlərini hər incə detalınadək planlaşdırıblar, sonda Feyzulla bəraət alacaq. Sonradan Y.Əliyev Ələkbərovlara deyib ki, M. İmanlının ondan bir xahişi var. O, bildirib ki, hakim C.Hüseynov Y.Əliyevin bir epizodda fərqli ifadə verməsini məsləhət görüb. Məsləhət də bu olub ki, Y.Əliyev məhkəmədə pulun "Koroğlu” metrostansiyasının qarşısında Cavanşir adlı şəxsə verildiyini söyləsin. M.İmanlı bildirib ki, əgər Y.Əliyev belə ifadə versə, qalan məsələni hakim özü həll edəcək (Səs və videoyazını sizə təqdim edirəm).

H.Ələkbərov bildirir ki, M.İmanlı dediyini edib, həqiqətən də işi məhkəmədə öz dostuna verdirib: "Bir ildir ki, 1 epizodlu, 1 təqsirləndirilən şəxs və 15 şahidi olan sadə işi hakim Cavid Hüseynov süründürür, məhkəməni planlı olaraq uzadır. Məhkəmə istintaqı çoxdan bitib, prokuror cinayətin sübuta yetirildiyini bildirərək Feyzullaya 6 il həbs cəzası istəyib. Son məhkəmə prosesi 2018-ci ilin sentyabr ayında oldu, sonra oyunlar başladı. Hakimin göstərişi ilə müttəhim özü, vəkilləri, gah da hakimlər özləri müxtəlif bəhanələrlə məhkəməyə gəlmirlər, hörmətsizlik edirlər. Hər dəfə bir bəhanə ilə məhkəmə təxirə salınır, planlı olaraq uzadılır, hökm oxunmur. Bir ildir analoqu olmayan, sonu görünməyən məhkəmə gedir. Verdiyimiz şikayətlər, sorğular isə cavabsız qalır, sanki gözəgörünməz bir qüvvə bu dələduzları müdafiə edir...”

SOCAR-a aid torpaqlara saxta sənədlər verən və PA-ya "işə” düzəldən...

H.Ələkbərov nəzərə çatdırıb ki, F.Qasımovun oğlu R.Qasımov barədə sonralar daha geniş məlumat əldə ediblər: "Rəfael Qasımov da atası kimi dələduzluqla məşğuldur. Dövlət Bayrağı Meydanı İdarəsində, Təhsil Nazirliyində hüquqşünas işləyib, yarıtmaz fəaliyyətinə görə işdən qovulub. Hazırda hüquqşünas kimi qanunsuz xidmətlər göstərir. Sabunçu rayon ərazisində SOCAR-a aid torpaqlara saxta sənədlər düzəldərək kütləvi satdığına görə polisə verilib, Məhəmməd İmanlının köməyi ilə canın qurtara bilib. Nəsimi Rayon Polis İdarəsində dələduzluğa görə saxlanılıb, dəymiş ziyanı ödəyərək azadlığa çıxıb. Atası Feyzulla Qasımovla əlbir olub, M.Bayramov adlı şəxsi də aldadaraq, onun oğlunu Prezident Aparatına işə düzəldəcəyinə söz verib, 36 min manat pulunu alıb, ona saxta vəsiqə də təqdim edib. Hazırda bu işlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində barəsində istintaq gedir. Burda da Məhəmməd İmanlının köməyi ilə istintaq nəməlum səbəbdən durdurulub. Yəni bir ailədən 3 kişi, hər üçü də peşəkar dələduzdurlar...”

BakuPost-un əməkdaşı işdə adı hallanan M. İmanlı ilə əlaqə saxlayıb. O deyib ki, hamının qohumu var, hər kəs öz əməlinə görə cavabdehdir: "Bu məsələdə kim mənin adımı hallandırır, səhv edir. Bu məsələdə mənlik bir şey yoxdur”. M.İmanlı digər suallara cavab verməyib.

Mövzunun davamı olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru