Güney azərbaycanlı gənc Prezident İlham Əliyevə SƏSLƏNDİ: - “Qarabağa borcumuzu ödəmək istəyirik”
Tarix: 25-09-2020, 10:53 |
Çap et
Güney Azərbaycandan olan gənc sosial şəbəkədə Qarabağla bağlı video paylaşıb.
Videoda o, Azərbaycan Prezidenti İlham Əliyevə səslənib:
“Biz, güneydə yaşayan azərbaycanlılar sizin bir əmrinizlə səfərbərlik elan etmənizi gözləyirik.
Bir milyon igid Qarabağ döyüşlərinə gəlməyə hazırdır. Sizin əmrinizi gözləyirik və səfərbərlik elanınızı istəyirik.
Səfərbərlik elan edin və Günel azərbaycanlılar Azərbaycana gəlsin, öz ana yurdlarına borclarını ödəsin. Biz Qarabağa borcumuzu ödəmək istəyirik”.