Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                 

"Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı..." - GİLEY
Tarix: 4-02-2021, 09:53 | Çap et
"Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı..."
Bakı sakini Tural Əliyev Vaqif oğlu deyir ki, ötən ilin aprelində “Ege Hospital”da hernioplastika (qasıq yırtığı əməliyyatı) və varikoselektomiya (xaya damarlarının genişləməsi) əməliyyatı olunub.

DİA.AZ xəbər verir ki, cərrahi müdaxilədən sonra səhhətində kəskin ağrılar başlayıb. Üzərindən on ay keçməsinə baxmayaraq, bədənində ağırlaşma və fəsadlar müşahidə edib: “2018-ci ildə soltərəfli varikoselektomiya əməliyyatı olmuşdum. Bundan sonra hər altı aydan bir skrotal USM müayinədən keçirdim. Növbəti müayinə cavablarda məndə kiçik qasıq yırtığı və damarların kiçik genişlənməsi çıxdı. Müayinəyə profilaktika üçün müraciət etmişdim, heç bir ağrı və narahatlığım yox idi. USM həkim-radioloq mənə əməliyyat olunmağı tövsiyə etdi. Məni “Ege Hospital”a yönləndirdi, orada əməliyyat olundum. Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı. Gördüm ki, ağrılar keçmir. Məni əməliyyat edən ümumi cərrah Edqard Nurməmmədovun yanına getdim. Ağrının səbəbini bilmədilər, əvəzində mənə ağrıkəsici dərmanlar verdilər. Trombositlərim az olduğu üçün ağrıkəsicilər qanımı aşağı saldı, bu da daha çox problem yaratdı. Təkrar xəstəxanaya getdim, bu dəfə dedilər ki, nevropatoloqun yanına get”.

Şikayətçi iddia edir ki, ona məlumat verilmədən kiçik qasıq yırtığı olan nahiyəyə dəstəkləyici propilen tor (setka) implantasiya ediblər. Onun səhhətində hazırda baş verən ağrılı proses məhz həmin implantın yerləşdirilməsi ilə əlaqədardır: “Mən bunu biləndə, dedilər ki, dəstəkləyici tor qoyulmalı idi, çünki gələcəkdə yırtığın böyümək ehtimalı vardı. Əməliyyatdan sonra ağrılarım səngimirdi. Mən də hər dəfə xəstəxanaya gedirdim. Sonradan cərrah məsuliyyəti öz üzərindən atmağa çalışdı. Dedi ki, ağrı yoxdur, sənə elə gəlir. Səndəki sinir ağrısıdır, nevropatoloqa get. Mən də etiraz etdim ki, ağrı məndə əməliyyatdan sonra yaranıb. Cərrah dedi ki, altı-yeddi aydan sonra ağrı keçməsə, gələrsən, təkrar əməliyyat edərəm”.

Tural Əliyev Türkiyədə müayindən keçmək qərarına gəlib. “Memorial Şişli Hastanesi”ndə analiz verib: “Laborator müayinədən sonra orada heç bir həkim təkrar əməliyyat edib toru çıxarmağı üzərinə götürmədi. Həkim mənə dedi ki, səni bədbəxt ediblər. İmplant tor ancaq ehtiyac olduğu halda, böyük yırtığa qoyulur. Səndə əməliyyata göstəriş olmayıb. Orada həkimlər bildirdilər ki, tor implantlar elə dizayn olunub ki, bədənə yerləşdiriləndən sonra ömürlük qalır, çıxarmaq çox təhlükəlidir. Söylədilər ki, biz onu çıxarsaq, həmin nahiyədə bütün sinirlər qopacaq. Həm də yazılı razılığın olmalıdır, çünki əməliyyat zamanı toxumluğun biri tamamilə çıxarılacaq. Bildirdilər ki, sinir ağrısının müalicəsi yoxdur. Biz sənə yalnız narkotik tərkibli dərman preparatları yaza bilərik. Bu da müvəqqətidir. Yaponiyadan başqa, bütün ölkələrlə danışmışam. Hamı eyni sözü deyir: bu əməliyyata zəmanət verilmir. Əgər həmin tor implant çıxarılsa, daha ağır problemlər yaranır, hətta insan ömürlük şikəst ola bilər”.

“Mənim kimi kilometrlərlə gəzən adam urogenital nahiyyədəki güclü ağrılara görə indi bütün gün evdə yatıram. Ağrıdan işləyə, ayaq üstə dayana bilmirəm”, - zərərçəkən deyir: “Əvvələr aktiv həyat tərzi yaşamışam, idmanla, üzgüçülüklə məşğul olmuşam. Hazırda kirayədə qalırıq ,səhhətimə görə işimdən qalmışam. Düz bir ildir ki, bu ağrını özümlə daşıyıram. Bu əməliyyatdan sonra məndə ciddi kişi problemləri yaranıb. Göstəriş olmadığı halda, məni əməliyyat ediblər. Aydındır ki, eksperimental xarakterli əməliyyat olub. Bu adam məni laboratoriya siçovulu kimi istifadə edib. Mənasız yerə, açıq əməliyyatla bədənimə müdaxilə edərək, yad cism yerləşdirib. Halbuki, başqa həkimlər deyir ki, birinci mərhələdə yaranan yırtıqla ömrünün sonuna kimi rahat yaşaya bilərdin. Yanına gedəndə də, məni həyasızcasına qovur. Deyir ki, get kimə istəyirsən şikayət et. Baş Prokurorluğa müraciət edəcəyəm, cinayət işi açsınlar. Uroloq-androloq Emin Məmmədov varikosel əməliyyatını edib. Ümumi cərrah Edqard Nurməmmədov isə tor implant yerləşdirib. Bunlar pul qazanmağa görə insan həyatı ilə oynayıblar”.

Uroloq-androloq Emin Məmmədov bildirib ki, varikosel əməliyyatı olduqca bəsit prosesdir, insan orqanizmi üçün hər hansı fəsad yarada bilməz: “Bu adamın ciddi psixoloji problemləri var. Əməliyyatdan bir ay sonra gəldi ki, böyrəyim ağrıyır. Dedi ki, əməliyyat vaxtı böyrəyimə xətər yetirmisiniz. Tomoqrafiya etdirdi, məlum oldu ki, böyrək damarında genişlənmə var. Sonuncu dəfə daha irəli getdi, ümumi cərraha hədə-qorxu gəldi, dedi ki, səndən Baş Prokurorluğa şikayət edəcəyəm. Mənə otuz min manat pul verəcəksiniz. Həmin pul sizin üçün qəpik-quruşdur. Bizi təhdid edirdi. Pul istəyirdi. Özümüz bu adamla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürdük. Sadəcə, araya pandemiya düşdü. Onu da deyim ki, Tural Əliyevə iki əməliyyat, birinin qiymətinə olunub. Sığortası bitmişdi, ümumi cərrah ona yaxşılıq etdi. Əməliyyatdan sonra dəfələrlə USM müayinədən keçib, heç bir problem çıxmayıb”.

Şikayətçinin iddialarını cavablandıran ümumi cərrah Edqard Nurməmmədov deyir ki, torun qoyulması ağır, ya da qorxulu bir əməliyyat deyil: “Bu adam sinif yoldaşımın tanışıdır. Özü gəlib ki, məni əməliyyat edin. Sığorta ilə əməliyyat olunub. Ondan fantastik məbləğdə pul alınmayıb. Sığorta ilə də minimum qiymətə, səkkiz yüz manata əməliyyat etmişik. Əməliyyatdan sonra bir ay boyunca üç-beş gündən bir sarğıya gəlib. Hər dəfə də onunla görüşürdüm. Ona yumşaq şəkildə tövsiyə etdim ki, ağrılarla bağlı nevropatoloqa gedin. Bildirdim ki, obssesiv adamlar üçün köməkedici dərmanlar var. Hirsləndi ki, mən dəli deyiləm. Əməliyyatdan öncə ona tor haqqında məlumat vermişik, hara istehsalı olduğunu da demişik. Ümumiyyətlə, tor qoyulmazdan öncə nədir, hara istehsalıdır- hamısı ilə bağlı xəstələrə məlumat veririk. Bu əməliyyat torsuz olmur. Çünki sonradan əməliyyatın təkrarlanma ehtimalı çox yüksəkdir. Təhsil aldığım universitetdə 13 yaşında uşağa belə tor qoyduğumuzu xatırlayıram. Çünki heç bir əks göstərişi yoxdur. Bu adam əməliyyatdan sonra üç-dörd yerdə dopler müayinəsi etdirib, hər hansı bir problem olmayıb. Əməliyyatdan bir neçə gün sonra tanışım olan başqa bir həkimə müraciət edib ki, mənə tor qoyulub-qoyulmadığını öyrənmək istəyirəm. Əməliyyat sığorta ilə olduğu üçün düşünüb ki, bunu aldadıram, tor qoymamışam. Əsəbləşdim ki, mənə inanmırsansa, niyə gəlib əməliyyat olunmusan? İkincisi, mən sənə böyük məbləğ deməmişəm. Mənə deyir ki, sizi məhkəməyə verəcəyəm, otuz min pul istəyirəm. Mən də demişəm ki, məhkəməyə verə bilərsiniz, mən işimin arxasındayam. Heç bir problem yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru