Onlayn təhsildə ƏN BÖYÜK ƏNGƏL... - Yeni nazir də hərəkət etmir...
Tarix: 6-04-2021, 10:30 | Çap et
Aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Abşeronda, eləcə də Gəncə və Şəkidə ümumtəhsil müəssisələrində dərslərin onlayn keçirilməsinə başlanılıb. Dərslərin yenidən onlayn təşkili distant təhsilə əlçatanlığı olmayan ailələrdə yenidən qayğılar yaradıb.
Onlayn təhsilə əlçatanlıq ötən gün Milli Məclisdə də müzakirə mövzusuna çevrilib. Ombudsman Səbinə Əliyeva Milli Məclisin iclasında çıxışı zamanı deyib ki, pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır. S.Əliyeva bildirib ki, kəndlərdə bir sıra hallarda internetin, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur: “Bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən mərhələli şəkildə bütün zəruri işlər həyata keçirilir:""Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən Bakı və ətraf ərazilərdə yerləşən fərdi evlərdən ibarət yaşayış massivlərində “Evədək optika” layihəsinin icrasına başlanılıb. GPON (Gigabit Passive Network) texnologiyası əsasında tətbiq edilən bu layihə bir optik xətt üzərindən istifadəçilərin telefon, internet və televiziya xidmətlərinə qoşulmasına imkan yaradır. Texnologiya telefon xətlərindən asılılığın olmaması, 100 Mbit/s-ə qədər qoşulma sürəti və digər üstünlüklərə malikdir. Eyni zamanda, “Baktelecom” məhdud infrastrukturlu Bakıətrafı ərazilərdə simsiz rabitə – LTE (Long Term Evolution) texnologiyası üzərindən sakinlərin rabitə xidmətləri ilə təminatını həyata keçirir. Təqdim edilən “Simsiz rabitə” xidməti ilə uzun zaman mövcud olan telefon çəkilişi və internet xidmətləri ilə təchizat çətinliyi aradan qaldırılır. İstifadəçilər “simsiz” şəbəkəni dəstəkləyən xüsusi avadanlıq əldə etməklə rabitə xidmətlərindən yararlana bilirlər. “Aztelekom” MMC tərəfindən aparılan işlər nəticəsində artıq Sumqayıt şəhərinin ətraf ərazilərinin sakinləri internet və multimedia xidmətlərindən yararlanırlar".
Ombudsmanın qaldırdığı məsələyə gəlincə, nazirlikdən bildirilir ki, rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə yeni tikilən evləri və genişlənən əraziləri, habelə yeni salınmış yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, Zaqatala, Qazax rayonlarında və Şirvan şəhərində ONU (Optical Network Unit – Optik Şəbəkə Bloku) tipli avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, həyata keçirilən şəbəkənin müasirləşdirilməsi layihəsi çərçivəsində göstərilən xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir və GPON texnologiyası tətbiq edilir. Kəndlərdə köhnə tipli avadanlıqlar müasir avadanlıqlarla əvəz olunur, xətt şəbəkəsi təmir edilir, şəbəkənin genişləndirilməsi işləri aparılır. Proses hazırda da davam etdirilir. Görülən işlərin nəticəsi kimi, vətəndaşların telefon və internetlə təmin olunmasında artım müşahidə edilir.
Qeyd edək ki, hazırda onlayn təhsilə əlçatanlığa mane yaradan amillərdən biri də internetin sürətinin çox aşağı olmasıdır. Nazirlikdən bildirirlər ki, internet xidmətinin verilməsində kəsintilər və ya sürətin aşağı enməsi müxtəlif xarici və daxili amillərin təsiri ilə baş verə bilər: "Mis kabellər müasir standartlara cavab verən fiber-optik xətlərə nəzərən xarici təsirlərə məruz qalır. ADSL texnologiyasında yüklənən axının sürəti ötürülən axının sürətindən yüksək – yəni asimmetrik olur. Bu səbəbdən “Baktelecom” tərəfindən mis xətlərin dayanıqlı fiber-optik xətlərlə əvəzlənməsi işləri aparılır. “Baktelecom” Bakı şəhəri üzrə köhnə və yeni tikililərdə optik şəbəkəyə keçidlə bağlı “Evədək optika” layihəsinin icrasını həyata keçirir. Görülən işlər çərçivəsində “Baktelecom”un inşa etdiyi 180 min mənzilə müasir standartlarla genişzolaqlı xidmətin ötürülməsinə imkan yaradılıb. “Baktelecom” istifadəçilərindən internetin sürəti ilə bağlı müraciətlər daxil olarkən çətinlik fərdi qaydada araşdırılır, xətt göstəricilərinin texniki normalara uyğunluğu müəyyənləşdirilir, şəbəkəni ötürən modemin saz vəziyyətdə olmasına diqqət yetirilir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2024-cü ilədək fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı internet şəbəkələrinin və xidmətlərin əhatə dairəsinin 80%-dək genişləndiriləcəyi bildirilirdi. Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapmışdı. Amma hələ internetsiz ərazilər var. Bölgələrdə fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı internetin təmini gecikir.
Nazirlikdən isə bildirilir ki, bölgələrdə də çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər.
Nazirlik bölgələrdə onlayn təhsilə əlçatanlığın təmin olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü söyləsə də, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ucqar kəndlərdə onlayn təhsilə çıxış əldə edə bilməyən şagirdlərin sayı kifayət qədərdir:
"Xüsusilə ucqar kəndlərdə internetə çıxış məhduddur. Elə kəndlər var ki, orada onlayn təhsilin yalnız adı var. Elə Təhsil Nazirliyinin milli qiymətləndirmə keçirməsinin səbəbi də bu reallığı üzə çıxartmaq idi. Rayonlarda, kəndlərdə, hətta Bakıda onlayn təhsilə qoşulmaqda çətinlik çəkən şagirdlər var. Düzdür, Təhsil Nazirliyi bunu nəzərə alaraq teledərslər keçirdir. Televizor hər evdə var. Amma şagirdlərin gündəlik onlayn dərslərə qoşulmaq imkanı olmalıdır. Bölgələrdə xüsusilə internetə əlçatanlıq təmin edilməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
|