Yardımlı sakini ÇIXILMAZ VƏZİYYƏTDƏ - Prezidentə müraciət olundu
Tarix: 7-12-2021, 09:18 | Çap et
Yardımlı rayon Bozayran kənd sakini Sadıyev Əkbər Səxavət oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin fəaliyyətindən narazıdır. Vətəndaşın bildirdiyinə görə, qurum onun mülkiyyətinə dair sənədin verilməsini yubadır, özbaşınalıq edir. Əkbər Sadıyev rastlaşdığı haqsızlıqdan yaxa qurtarmaq üçün ölkənin baş prokurorluğuna və DTX-ya açıq müraciət ünvanlayıb. Şikayətçi yazıb: "Möhtərəm cənab prezident, hörmətli baş prokuror, hörmətli Əli müəllim! Yazaraq bildirirəm ki, mən uzun müddətdir ki, doğulub yaşadığım Yardımlı rayonu Bozayran kəndində yerləşməklə mənə məxsus olan həyətyanı 0,20 ha torpaq sahəsinə mülkiyyət hüquqlarımı təsdiq edəcək rəsmi dövlət sənədini ala bilmirəm. Dəfələrlə aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər etsəm də süründürməçilik və birokratiya ilə üzləşmişəm. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 22 noyabr 2021-ci il tarixli məktubundan da aydın olur ki, sözügedən qurum uzun illərdir istifadəmdə olmuş və 05 may 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” bələdiyyə AKTı ilə rəsmi qaydada satın aldığım sözügedən torpaq sahəsinə ÇIXARIŞ sənədi verməkdən imtina edir. Təəssüf olsun ki, həyətyanı torpaq sahəmə bitişik olan torpaq sahəsinin vicdanlı və tək alıcısı olsam da, bələdiyyə qurumundan alıb həmin torpağı istifadə etməyimə baxmayaraq dövlət sənədini almağa nail ola bilmirəm. Hesab edirəm ki, mənə qarşı qərəzçiliyin kökündə məmurların maddi maraqları və savadsızlıqları dayanır. Bildirim ki, mən öz evimi islahatdan əvvəl tikmişəm və həyətyanı sahəm 26 sot olub. Yardımlıda islahatlar zamanı həyətyanı torpaq sahəmdə və istifadəmdə olan sözügedən 0,20 ha torpaq sahəsini sənədə zəbt kimi qeyd ediblər. 2007-ci ildə isə bələdiyyənin alqı-satqısı əsasında həmin torpağı almışam. Bələdiyyə alqı-satqısı aparılarkən 2007-ci ildə mərhum Heydər Əliyevin fərmanı və digər qanunvericilik aktları nəzərə alınmışdır. Hesab edirəm ki, mənə çıxarış sənədinin verilməməsi tam qanunsuzdur, həmin torpaq sahəsi ilkin sənədləşmələrlə və faktiki olaraq mənim mülkiyyətim olduğundan dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahəsinin əkinəyararlı kənd təsərrüfatı təyinatlı olmasının bəhanə edilməsinin heç bir hüquqi əsası yoxdur. Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, rayonda əkinəyararlı torpaq sahələrinin Nazirlər Kabineti tərəfindən təyinatı dəyişdirilmədən vətəndaşlara satılması, qanunsuz evlərin tikilməsinə münbit şəraitin yaradılması prosesi mövcuddur. Bələdiyənin örüş – otlaq sahələlərinin özəlləşdirilməsi və ya icarəyə verilməsi kimi özbaşınalıqlara da rast gəlinir. Kilagoru adlanan rayon mərkəzinə gələn yolun sağ və sol hissələri də əkin sahələri olsa da ev yeri kimi paylanıb talanmaqdadır. Ərazidə evlər tikilib və bu gün də qanunsuz yolla işlər davam etdirilir. Biləzəmi adlanan yer də əkin torpağıdır, lakin, oranı da rayonun baş bilənləri yaşayış məhəllələrinə çeviriliblər. Maraqlı odur ki, həmin evlərə çıxarış sənədləri paylayanlar mənim halal yerimə sənəd verməkdən asanlıqla imtina edə bilirlər. Bu hal da korrupsiya və rüşvət faktının olduğunu, mənim hüquqlarımın bilərəkdən pozulduğunu göstərən haldır. Beləliklə, yuxarıda sadalanları və mülkiyyət hüquqlarımın pozulduğunu nəzərə alaraq, SİZLƏRDƏN XAHİŞ EDİRƏM: Sadalanan halların araşdırılmasını, eləcə də təqdim etdiyim sənədlər əsasında mülkiyyətimdə olan məlum torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ÇIXARIŞ sənədinin verilməsini təmin edəsiniz". Vətəndaşın müraciətinə hüquqşünas Vüqar Dadaşov da münasibət bildirib. Sitat: "Əkbər Sadiyevin Baş Prokurorluğuna müraciətinim mahiyyətindən görünür ki, vətəndaş sözü gedən torpaq ərazisini yerli Bələdiyyədən alqı-satqı müqaviləsinə əsasən 07.05.2007-ci il tarixdə əldə edib. Yəni həmin dövrdə mövcud qanunvericiliyə uyğun olaraq Bələdiyyələr mülkiyyətində olan torpaq sahələrini alqı-satqı müqaviləsi ilə satmaq hüququna malik idilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ qanuna Milli Məclisin 2007-ci il 23 oktyabr tarixində etdiyi və prezident fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarından istifadə - onların hüquqi və fiziki vətəndaşlar tərəfindən alınması, icarəyə, yaxud istifadəyə götürülməsi mümkün deyil və bələdiyyələr torpaqla bağlı hər hansı bir sərəncam verə bilməzlər. Yəni bələdiyyələrin torpaqla bağlı sərəncam vermək hüququ artıq dondurulub. Göründüyü kimi, vətəndaş Əkbər Sadiyev həmin torpaq sahəsini yeni qanun qəbul olunana qədər əldə edib və yuxarıda qeyd etdiyimiz qanunun hansı ki, 01.01.2008-ci il tarixdən qüvvəyə minib, bu qanun tələbləri Əkbər Sadiyevin 07.05.2007-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə etdiyi sözü gedən torpaq sahəsinə qarşı tətbiq edilə bilməz. Hüququn fundamental prinsiplərin biri qanunun geriyə qüvvəsinin olmamasıdır. Ona görə də 8 saylı Regional bölmənin imtinası tam əsasız və hüquqa ziddir". Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|