Hansı icra başçılarının kürsüsü oynaqdır... - Gedəcəklərin siyahısı
Tarix: 8-01-2016, 14:02 |
Çap et
DİA.AZ: - Dünən xəbər verərək bildirdik ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunması gözlənilir. DİA.AZ-ın xəbərində həmçinin o da qeyd olunurdu ki, daha 3 rayonun rəhbərinin tutduqları postlardan azad olunmaları gözlənilir.
Bununla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Məlumatlı mənbənin dia-az.life-a bildirdiyinə görə, artıq başçıları dəyişəcək digər 3 rayonun da adı müəyyən mənada dəqiqləşib.
Mənbənin söylədikləri: "Hələlik tam dəqiq olmasa da, Ağsu, Qazax və Qusar RİH başçılarının dəyişəcəyi gözlənilir".
Mənbə dia-az.life-a açıqlamasında həmçinin Daşkəsən, Gədəbəy, Astara və Tovuz rayonlarının da rəhbərlərinin kürsülərinin oynaq olduğunu bildirib.