Əsas Səhifə > Ölkə, Manşet > Əmlakını geri alan sabiq MTN generalının adamları da fəallaşıb...

Əmlakını geri alan sabiq MTN generalının adamları da fəallaşıb...


3-03-2023, 11:43
Əmlakını geri alan sabiq MTN generalının adamları da fəallaşıb...
Sabiq MTN generalı, MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin biznes ortağı yeni şirkət yaradıb.

DİA.AZ-ın “Ölkə.Az”a istinadən məlumatına görə, “Bayramoğlu Palace” MMC 2023-cü il yanvarın 31-də dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, M.Əsədov ev.3 m.dalan 2 olan şirkətin nizamnaə kapitalı 10 manatdır.

“Bayramoğlu Palace” MMC-nin qanuni təmsilçisi isə Şükürov Əvəz Bayram oğludur.

Qeyd edək ki, mətbuatda Ə. Şükürovun MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə biznes ortağı olması, bina tikintisi, yol çəkilişi, restoran, ferma, karyer və digər sahələr üzrə birgə fəaliyyət göstərdikləri qeyd olunur.

Geri qayıt