Əmlakını geri alan sabiq MTN generalının adamları da fəallaşıb... - BU DA FAKT!!!
Tarix: 3-03-2023, 11:43 |
Çap et
Sabiq MTN generalı, MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin biznes ortağı yeni şirkət yaradıb.
DİA.AZ-ın “Ölkə.Az”a istinadən məlumatına görə, “Bayramoğlu Palace” MMC 2023-cü il yanvarın 31-də dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, M.Əsədov ev.3 m.dalan 2 olan şirkətin nizamnaə kapitalı 10 manatdır.
“Bayramoğlu Palace” MMC-nin qanuni təmsilçisi isə Şükürov Əvəz Bayram oğludur.
Qeyd edək ki, mətbuatda Ə. Şükürovun MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə biznes ortağı olması, bina tikintisi, yol çəkilişi, restoran, ferma, karyer və digər sahələr üzrə birgə fəaliyyət göstərdikləri qeyd olunur.